Az
ərbaycan dili məsələləri
129
Sovet dövrü Az
ərbaycan ədəbi dilinin lüğət tərkibinin
inkişafının ikinci mərhələsi də (1940-1980-ci illər) kitab-
da geniş işıqlandırılmışdır. Müəllifin göstərdiyi kimi,
1940-1980-ci ill
ər Azərbaycan ədəbi dilinin çiçəklənməsi
dövrüdür. Bu dövrd
ə dilimizin lüğət tərkibinin zənginləş-
m
əsində daha real imkanlar yaranır, dildaxili qanuna-
uyğunluqlarının çəkisi artır. Verilən materiallardan da bir
daha aydın olur ki, ədəbi dilin terminoloji potensialının
rus dili alınmaları hesabına zənginləşməsi üstünlük təşkil
edir, lakin ümumxalq malı ola bilməyən bir sıra rus
sözl
ərinin potensialı azalır, daha məqbul və ümumişlək
ərəb-fars mənşəli sözlər yenidən ədəbi dilə qayıdır.
Mü
əllifin fikrincə, cəmiyyət həyatında baş verən bir
çox ictimai-siyasi hadis
ələrlə, elmi-texniki tərəqqi və
t
əsərrüfat-mədəni inkişafla əlaqədar bu mərhələnin ayrı-
ayrı dövrlərində ədəbi dilin inkişafında spesifik cəhətlər
müşahidə olunur. Başqa sözlə desək, 1940-45-ci illərdə
dil
ə çoxlu hərbi istilahlar gətirilirsə, 1945-55-ci illərdə
kosmik f
əzanın tədqiqi, 1960-cı illərdən sonra isə elmi-
texniki t
ərəqqinin coşğun inkişafı ilə bağlı yeni sözlər
yaranır.
Kitabda xüsusi maraq doğuran bölmələrdən biri
neologizml
ərə həsr olunan səhifələrdir. Ümumiyyətlə,
dilçilik
ədəbiyyatında müxtəlif baxımdan şərh olunan
neologizml
ər dilin inkişafında xüsusi mərhələ təşkil etsə
d
ə, onun sonrakı taleyi, dildə davamlılığı bərabər şəkildə
getmir. Bunu n
əzərə alan müəllif kitabda neologizm
anlayışı, ümumdil və fərdi neologizmlərin əsas xüsusiy-
y
ətləri haqqında yığcam nəzəri məlumat verdikdən sonra
Az
ərbaycan dilində yaranan ümumdil neologizmlərin dörd
əsas növü üzərində dayanmışdır.
Misir S
əfərov
130
Əminik ki, bu dərs vəsaiti Azərbaycan dili tarixinin
t
ədrisinə lazımi kömək göstərəcək, tələbələrin, müəllim-
l
ərin və oxucuların Azərbaycan ədəbi dili haqqında aldığı
m
əlumatı daha da zənginləşdirəcəkdir.
1987
Az
ərbaycan dili məsələləri
131
QİYMƏTLİ TƏDQİQAT ƏSƏRİ
Ümumi dilçilik v
ə Azərbaycan dilçiliyinin müxtəlif
probleml
ərinə həsr edilmiş bir sıra elmi-tədqiqat əsər-
l
ərinin və dərsliklərin müəllifi kimi tanınan, Azərbaycan
SSR EA-
nın müxbir üzvü, filologiya elmləri doktoru,
professor Afat Qurbanovun yenic
ə çapdan çıxmış “Poetik
onomastika” (elmi redaktoru filologiya elml
əri doktoru
Ə.M.Cavadov) adlı kitabı müəllifin bu sahədə apardığı
uğurlu tədqiqatların davamı kimi maraq doğurur.
Professor A.Qurbanov öz t
ədqiqatlarını, əsasən, dil-
çiliyimizin az öyr
ənilmiş sahələrinə həsr edən alimlə-
rimizd
əndir. Son dövrlərdə onomastik leksikanın tədqi-
qin
ə, öyrənilməsinə marağın güclənməsini nəzərə alan və
60-
cı illərdən onomastik vahidlərlə maraqlanan, axtarışlar
aparan, toponimikaya dair mühazir
ələr oxuyan, bu fənnin
proqramını hazırlayan professor A.Qurbanov “Müasir
Az
ərbaycan ədəbi dili” (1985), “Azərbaycan onomasti-
ka
sı” (1986), “Azərbaycan onomalogiyası məsələləri”
(1986)
əsərlərini nəşr etdirmiş və dilçiliyimizin bu sahə-
d
ə öyrənilməsinə düzgün elmi istiqamət vermişdir. Pro-
fessor A.Qurbanov yuxarıda adlarını çəkdiyimiz əsərlə-
rind
ə, qəzet və jurnal məqalələrində poetik onomastika
m
əsələlərindən az da olsa danışmışdır. Lakin poetik ono-
mastikanın xüsusi elmi-tədqiqat obyekti olduğunu nəzərə
alan mü
əllif bu sahəyə aid ayrıca tədqiqat işi aparmağı
lazım bilmişdir. Professor A.Qurbanovun “Poetik onoma-
tika” adlı əsəri məhz belə bir zəruri ehtiyacdan irəli gəl-
Misir S
əfərov
132
mişdir. Kitabın annotasiyasında oxuyuruq: “Vəsaitdə bədii
əsərlərdə və oradakı surətlərə, hadisələrin təsvir olunduğu
yerl
ərə verilən adlar, onların üslubi xüsusiyyətləri, əsərin
ideya-b
ədii təsir qüvvəsinin artmasında onomastik vahid-
l
ərin rolu, bədii ədəbiyyatda xüsusi adların komik təbiəti,
etnik adlar, onomastik vahidl
ərin obrazlılığı bədii əsər-
l
ərdə xüsusi ad yaradıcılığı, poetik adların qrammatik və
semantik xüsusiyy
ətləri, yazıçının fərdi onomastikasının
t
əhlili və s. məsələlər əhatə olunur”. Bu göstərilənlər
kitabın Azərbaycan onomastik sistemində özünəməxsus
yer tutan, lakin uzun müdd
ət tədqiqatdan kənarda qalan bir
sah
ənin öyrənilməsinə həsr olunduğunu bir daha təsdiq
edir.
Əsər “Giriş” və üç fəsildən ibarətdir. “Giriş” adlanan
birincı hissədə müəllif poetik onomastikanın tədqiqat
obyektini, v
əzifələrini və bir sıra vacib məsələləri sadə bir
dill
ə izah edir. Burada həm də poetik onomastik vahidlərin
öyr
ənilməsinin ədəbi dil tarixi, üslubiyyat, dialektologiya,
müasir dil v
ə dilçiliyin başqa sahələri üçün maraqlı faktlar
ver
ə biləcəyi göstərilir, şifahi xalq ədəbiyyatında işlənən
onomastik vahidl
ərlə yazılı ədəbiyyatda işlənən onomastik
vahidl
ərin leksik-semantik və üslubi cəhətdən bir-birindən
f
ərqləndiyi nümunələr əsasında izah edilir. “Onomastik
vahidl
ərin üslubi imkanlar” adlanan birinci fəsildə müəllif
haqlı olaraq göstərir ki, xüsusi adların – onomastik vahid-
l
ərin təhlili zamanı onların (xüsusi adların) emosionallıq,
b
ədiilik, ifadəçilik və s. xüsusiyyətlərinə nəzər salmaq
Az
ərbaycan ədəbi dili tarixinin az tədqiq olunmuş sahə-
l
ərinin öyrənilməsində mühüm rolu ola bilər.
Professor A.Qurbanov şifahi xalq ədəbiyyatında
işlənən onomastik vahidləri tədqiq edərkən düzgün olaraq
Dostları ilə paylaş: |