M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Müəllimin  şəxsiyyəti  səmərəli  pedaqoji  ünsiyyətin  mü-



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə185/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   ...   181   182   183   184   185   186   187   188   ...   197
Ali mekteb pedaqogikasi-kitab

Müəllimin  şəxsiyyəti  səmərəli  pedaqoji  ünsiyyətin  mü-
hüm amili kimi
.  Pedaqoji  ünsiyyətin  səmərəsi  müəllimin  şəxsi 
keyfiyyətlərindən, ünsiyyət mədəniyyətindən çox asılıdır. Müəl-
lim-tərbiyəçi hər sahədə olduğu kimi, bu məsələdə də tələbələrə 
nümunə  olmalıdır.  Müəllimin  şəxsi  keyfiyyətləri  –  alicənablığı, 
müdriklik,  xeyirxahlıq,  insanpərvərlik  və  yüksək  vətəndaşlıq 
mövqeyi,  elmi  dünyagörüşü,  dərin  bilik  və  erudisiyası  uğurlu 
ünsiyyətin vacib şərtlərindəndir. Alicənab, humanist müəllim tə-
ləbəyə  sadəcə  obyekt  kimi  yox,  şəxsiyyət  kimi  yanaşır,  xırda, 
cılız  hissələrə  və  hərəkətlərə  yol  vermir.  Fəal  vətəndaşlıq  möv-
qeyinə,  geniş  dünyagörüşünə  malik  olan  müəllim  tələbəyə 
cəmiyyətimizin, millətimizin gələcəyi kimi, aparıcı qüvvəsi kimi 
baxır,  sabahımızın  daha  yetkin,  etibarlı  olması  üçün  qüvvəsini 
əsirgəmir, layiqli kadrlar yetişdirməyi özünün vətəndaşlıq və mə-
nəvi  borcu  sayır.  Belə  müəllimlər  tələbə-müəllim  münasibət-
lərini yüksək ideya-mənəvi tələblər əsasında qururlar. 
Tərbiyəçinin 
ünsiyyətlilik  bacarığı 
da  pedaqoji  ünsiyyətə 
müsbət  təsir  göstərir.  Ünsiyyətlilik  müəllim-tərbiyəçi  üçün  sa-
dəcə şəxsi keyfiyyət kimi yox, şəxsi-peşə keyfiyyəti kimi əhə-
miyyət kəsb edir. Ünsiyyətlilik bacarığına malik olmayan müəl-
lim-tərbiyəçi tələbələr üçün cansıxıcı, əlçatmaz olur. Buna görə 
də gənclərlə işləyən müəllim-tərbiyəçi özündə ünsiyyətlilik ba-
carığı formalaşdırmağa çalışmalıdır. 
Pedaqoji  ünsiyyət 
pedaqoji  etika
  tələblərinə  əsaslanma-
lıdır. Bu tələblər sırasına pedaqoji peşə borcu və ləyaqəti, peşə 
vicdanı, ədalətlilik, pedaqoji nüfuz kimi kateqoriyalar daxildir. 
Pedaqoji 
peşə  borcu
  cəmiyyətin  müəllim  qarşısında  qoyduğu 
yüksək  tələblər  səviyyəsində  işləməyi,  bu  sahədə  məsuliyyət 
hissini nəzərdə tutur. Peşə borcu və ləyaqəti müəllimin özünün 
və təmsil etdiyi kollektivin şərəfini və ləyaqətini uca tutmaqda, 
ona ləkə gətirən əməllərdən çəkinməkdə ifadə olunur. 
Pedaqoji  etika  tələbləri  içərisində 
ədalətlilik
  müəllimin 
nüfuzuna, ünsiyyətinə güclü təsir göstərir. Ədalətlilik müəllimi 


 
 
216 
tələbə gözündə nə qədər yüksəldirsə, ədalətsizlik – bir o qədər 
alçaldır.  Ədalətsizlik  şəraitində  normal  ünsiyyətdən  söhbət  ge-
də bilməz.  
Müəllim-tərbiyəçi 
pedaqoji  ünsiyyət  mədəniyyətinə
  yiyə-
lənməli,  tələbələrlə  ünsiyyət  formasını  daim  təkmilləşdirməyə 
çalışmalıdır. Bunun üçün ünsiyyətin dəyişən şəraitinə operativ 
bələdləşmək; kommunikasiya sistemlərini, xüsusən sözlə təsiri 
düzgün  planlaşdırmaq  və  həyata  keçirmək;  ünsiyyət  şəraitinə, 
tələbə qrupuna və tələbələrin fərdi xüsusiyyətlərinə görə adek-
vat  ünsiyyət  vasitələrini  düzgün  müəyyənləşdirmək;  tələbə 
qrupu və ayrı-ayrı tələbələr haqqında əvvəldən informasiya əldə 
etmək;  tələbələrlə  ünsiyyətdə  neqativ  ustanovka  doğuran  ste-
reotipləri aradan qaldırmaq vacibdir.  
Müasir şəraitdə əməkdaşlıq pedaqoqikasının başlıca tələb-
lərindən  biri  müəllim-tələbə  (şagird)  münasibətlərinin  huma-
nistləşdirilməsi  və  demokratikləşdirilməsidir.  Müəllim-tərbiyə-
çi  pedaqoji-peşə  mədəniyyətinə  yiyələnməklə  öz  işini  müasir 
tələblər səviyyəsində qura bilər.  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə