|
Mm-dən mühazirələrin kanspekti«Yüksək səfərbərlik halları ilə müşahidə olunan kəskin psixi-emosional şok mərhələsi”
|
səhifə | 78/79 | tarix | 23.12.2023 | ölçüsü | 1,17 Mb. | | #157440 | növü | Mühazirə |
| Mm-d n m hazir l rin kanspekti«Yüksək səfərbərlik halları ilə müşahidə olunan kəskin psixi-emosional şok mərhələsi”. Bu mərhələ adətən qısa müddətli donub qalma halından sonra inkişaf edir, 3-5 saat davam edir və ümumi psixi gərginliklə, psixofizioloji ehtiyatların çox yüksək səfərbərliyi, qavrayışın kəskinləşməsi, düşünmə proseslərinin artması, ehtiyatsız hünər (xüsusən, yaxınların xilas edilməsində) və eyni zamanda vəziyyətin tənqidi qiymətləndirilməsinin aşağı düşməsi, lakin məqsədə uyğun fəaliyyətə qəbil olmanın saxlanılması ilə səciyyələnir. Emosional halda bu dövrdə baş gicəllənməsi və baş ağrıları, ürək döyüntüsü, ağızda quruluq, çətin nəfəsalma ilə müşayiət olunan ümidsizlik üstünlük təşkil edir. Davranış bu dövrdə məhz yaxınların xilas edilməsi imperativinə, sonradan isə əxlaq, peşə və qulluq borcu haqda təsəvvürlərin reallaşmasına tabedir. Səmərəlilik komponentlərinin olmasına baxmayaraq, məhz bu dövrdə təlaş reaksiyalarının və bu reaksiya ilə digərlərinin yoluxdurulması daha çox ehtimal ediləndir ki, bu da öz növbəsində xilasetmə əməliyyatının keçirilməsini xeyli mürəkkəbləşdirə bilər.
“Psixi-fizioloji sustalma (demobilizasiya) mərhələsi” üç sutkayadək davam edir. Bir çox hallarda bu mərhələnin başlanması baş vermiş faciənin miqyasının dərk edilməsi (“dərketmə stresi”) ağır yaralar və cəsədlərlə ünsiyyət, eləcə də xilasetmə və tibbi briqadaların gəlməsi ilə əlaqələndirilir. Bu dövr üçün əhvalı və psixi-emosional halın kəskin pisləşməsi, çaşqınlıq hissinin artması (özünəməxsus laqeydlik halınadək), ayrı-ayrı təlaş reaksiyalar, davranışda əxlaq normalarının aşağı düş-məsi, hər hansı fəaliyyətdən imtina və bu fəaliyyətə heç bir səbəbin sezilməməsi səciyyəvidir. Eyni vaxtda kəskin depressiv tendensiyalar, diqqət və hafizə funksiyalarının pozulması (müşahidə olunanlar faciə vaxtı nə etdiklərini aydın xatırlamırlar, təbii ki, zaman keçdikcə hafizədəki bu “boşluqlar” dolur) müşahidə olunur. Xəstələr bu dövrdə adətən ürəkbulanmadan, başda olan “ağırlıqdan”, mədə-bağırsaq yolunda narahatlıqdan, iştahanın olmamasından, kəskin zəiflikdən, nəfəsalmanın çətin olmasından şikayətlənirlər. Zərərçəkənlərin əhval-ruhiyyəsinin sonrakı dinamikası bir çox hallarda faciəvi hadisələrdən sonra onların aldığı zədələr və mənəvi-psixoloji vəziyyətləri, ekstremal faktorların təsir spesifikası ilə müəyyənləşir.
Psixi-fizioloji sustalmanın (demobilizasiya) arxasınca dayanıqlı olaraq dördüncü - “həlledilmə mərhələsi” müşahidə olunur (3 gündən 12 günədək). Bu zaman əhval-ruhiyyənin get-gedə stabilləşməsi baş verir. Lakin obyektiv məlumatların nəticələrinə görə müşahidə olunanların əksəriyyətində zəif emosional fon, ətrafdakılarla əlaqələrin məhdudlaşdırılması, nitqin intonasiya rəngarəngliyinin aşağı düşməsi, hərəkətin ləngliyi, yuxu və iştahın pozulması, eləcə də müxtəlif psixomatik reaksiyalar (xüsusilə ürək-damar sistemində, mədə- bağırsaq yolunda və hormonal sferada) davam edir. Bu mərhələnin sonunda zərərçəkənlərin bir çoxunda baş vermiş hadisələrin şahidləri olmayanlara bir qədər həyəcanla “ürəyini boşaltmaq” istəyi yaranır. Psixoloji mühafizə təbii mexanizmlər sisteminə daxil olan fenomen bir çox hallarda zərərçəkənlərə xeyli rahatlıq gətirir, onların faciəli hadisələrlə bağlı təəssuratlarının transformasiyası nəticəsində həyəcan və qarabasma məzmunlu pozulmuş yuxularını bərpa edir. Psixofizioloji halın “bərpa mərhələsi” əsasən ekstremal faktorun təsirindən sonra ikinci həftənin sonunda başlayır və özünü ilk əvvəl davranış reaksiyalarında daha aydın biruzə verir: bu zaman insanlarla ünsiyyət fəallaşır, nitqin emosional rəngarəngliyi və mimik reaksiyalar normal hala gəlir, faciədən sonra ilk dəfə zarafatlar səslənir, müayinədən keçənlərin bir çoxunda yuxu görmə bərpa edilir.
Zərərçəkənlərdə tranzitor psixopatologiyanın əsas formaları adətən: astenodepressiv hallar - 56%; psixogen stupor-23%; ümumi psixomotor həyəcan - 11%; autizasiya təzahürlü ifadəli neqativizm - 4%; sayıqlama-hallusinator reaksiyalar - 3%; qeyri-adekvatlıq, eyforiya - 3%.
Daha gec müddətlərdə (bir aydan sonra) zərərçəkənlərin 12%-22% -də yuxunun dayanıqlı pozulması, əsaslandırılmamış qorxular, təkrar olunan dəhşətli yuxular, sayıqlama-hallusinator və digər vəziyyətlər meydana çıxır, mədə-bağırsaq yolunun, ürək-damar və endokrin sistemlərinin psixosomatik pozuntuları ilə əlaqələnən asteno-nevroz reaksiyaların əlamətləri isə zərərçəkənlərin 75%-də müəyyən edilir (“sonraya saxlanmış reaksiyalar mərhələsi”). Eyni zamanda xüsusi yanaşmalar tələb edən daxili və xarici münaqişəlilik artır.
"Beslan hadisələrinə müraciət edərək etiraf etmək lazımdır ki, zərərçəkənlərin halının ağırlığı və dinamikası xeyli fərqli ola bilər. İnsan valideynlərini itirdikdə dünya onun nəzərində sanki tənhalaşır, bununla belə, dərd nə qədər acı olsa da, bu bizim hadisələrin təbii gedişatına aid təsəvvürlərimizlə uyğun gəlir (valideynlər dünyadan uşaqlarından əvvəl köçməlidir). Uşaq öldükdə, dünyanın bütün çalarları illər, onilliklər, bəzən də həmişəlik sönür.
İnsanların baş vermiş faciədən minlərlə kilometr aralıda olduğu halda subyektin hər hansı müşahidəyə qaçılmaz psixoemosional vəziyyətdə qoşulması duran bazis həyəcanının güclənməsi və psixofizioloji halının pisləşməsi- məlum faktdır. Məhz “müşahidə” xüsusi qeyd olunmalıdır.
Ümumiyyətlə faciəvi hadisələrdən sonra millətin həmrəyliyi güclənir, insanlar həyatda doğruluğa, alicənablığa, səmimiliyə yol açan parlaq dəyişikliklərə güclü tələbat hiss edirlər, bu isə bütün dövlət orqanları nümayəndələrinin üzərinə xüsusi öhdəliklər qoyur.
Dostları ilə paylaş: |
|
|