Mm-dən mühazirələrin kanspekti



Yüklə 6,07 Mb.
səhifə101/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   97   98   99   100   101   102   103   104   ...   122
Mülki müdafiə

Köçürmə tədbirləri
Köçürmə (təxliyə) – adamların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil surətdə çı­xa­rı­lıb təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə təd­bir­lər kompleksidir. Köçürmə tədbirləri əvvəlcədən plan­laş­dı­rıl­malı və fövqəladə hallar ehtimal olunan rayonlarda sülh və mü­haribə dövrlərində adamların həyatı və sağlamlığı üçün təh­lü­kə yaranarkən qısa müddətdə ya qabaqcadan, ya da zə­də­lə­yi­ci amillər əhaliyə bilavasitə təsir göstərərkən dərhal yerinə ye­ti­ril­məlidir.

Təxliyə əhali zərbə faktorları təsiri olan rayonlardan və ərazidən təhlükəsiz rayon və məntəqələrə tam çıxarıldıqda başa çat­mış hesab olunur. Köçürmə tədbirləri əhalini təhlükəli sa­hə­lə­rdən (zədələnmə ocaqlarından) təhlükəsiz rayonlara vax­tın­da çıxarmağa və bununla da fövqəladə halların təsirindən tö­rə­yən tələfatı maksimal dərəcədə azaltmağa imkan verir.

Köçürmə tədbirləri düşmən tərəfindən müasir adi silahlar və kütləvi qırğın vasitələri tətbiq edilməsi, həmçinin təbii fəla­kət­lər, güc­lü istehsalat qəzaları baş verməsi ehtimalları nəzərə alın­maqla çoxvariantlı planlaşdırılmalı, yaranmış vəziyyətdən asılı olaraq köçürmə işlərinin müxtəlif variantlarda yerinə yetirilməsi nəzərdə tutulmalıdır.

Köçürmə tədbirlərinin planlaşdırılması və həyata keçiril­mə­si tələb olunan təhlükəli rayonlara aşağıdakılar aid edilir:

- düşmən basqını gözlənilən şəhərlərin və əlahiddə ob­yek­tlərin ətrafında ehtimal olunan güclü dağıntılar zonası;

- şəhərlərin, yaşayış məntəqələrinin və xalq təsərrüfatı obyektlərinin ətrafında yarana biləcək radioaktiv və ya kimyəvi zəhərlənmə zonaları;

- ehtimal olunan təbii fəlakət, güclü istehsalat qəzası ra­yon­ları və fəlakətli daşqın zonaları;

- silahlı münaqişələr vaxtı hərbi əməliyyatlar aparılan sər­hədyanı rayonlar və cəbhəətrafı zolaqlar.



Təhlükəsiz zona – düşmən basqını gözlənilən dərəcəli şə­hərlərin və əlahiddə obyektlərin ətrafında ehtimal olunan da­ğıntı zonalarından və digər təhlükəli rayonlardan kənarda əha­li­nin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir.

Təhlükəsiz zona aşağıdakı şərtləri təmin et­mə­li­dir:

- müasir qırğın silahlarının təsirindən və dağıntılardan əhalinin etibarlı mühafizəsi;

- müəssisələrin iş növbələrindəki işçilərin təhlükəsiz zo­na­dan obyektə minimal vaxt sərf etməklə gətirilməsi;

- MM qüvvələrinin zədələnmə ocağına yeridilməsi üçün əlverişli şəraitdə qruplaşdırılması;

- lazımi sanitariya-gigiyena şəraiti.

Köçürüləcək əhalinin təhlükəsiz zonada yerləşdiriləcəyi rayonların və yaşayış məntəqələrinin müəyyən edilməsi, ha­zır­lan­ması və təşkil edilməsi işləri əvvəlcədən, hələ sülh dövründə başlanılır, fövqəladə hallar təhlükəsi yaranan dövrdə tam sü­rət­lə başa çatdırılır. Bu məqsədlə:

- nəqliyyat yolları təkmilləşdirilir və qaydaya salınır;

- mövcud olan rabitə sistemi inkişaf etdirilir;

- mənzil fondu, tibbi komunal, ticarət müəssələri kö­çü­rü­lüb gətirilən əhalinin yerləşməsi və ona xidmət göstərilməsinə hazırlanır;

- əlavə su təchizatı mənbələrinin, digər mühəndis texniki tədbirlərinin yerinə yetirilməsi işləri təşkil edilir.

Əhalinin köçürülməsi istehsalat - ərazi prinsipi üzrə tə­ş­kil edilir.




Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə