Mm-dən mühazirələrin kanspekti



Yüklə 6,07 Mb.
səhifə64/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   122
Mülki müdafiə

Dəriqoruyucu vasitələrin təyinatı dərinin açıq nahiyə­lə­ri­nə, paltarlara, ayaqqabılara və ləvazimata maye halda olan zəhərli maddələrin, infeksion xəstəliktörədicilərin, radioaktiv maddə­lə­rin düşməsinin qarşısını alır. Dəriqoruyucu vasitələr də iki cür olur: ta­­­bel və əlaltı. Tabel vasitələri filtrasiyaedici geyim komp­lek­tin­dən ibarətdir. Əlaltı vasitələr isə radioaktiv tozlardan qo­run­maq üçün əlavə önlük, başlıq bərkidilmiş adi paltar da ola bilər.

 

Mühazirə 13 Mülki müdafiənin mühafizə qurğuları


Mülki müdafiənin əsas məqsədlərindən biri əhali və ob­yekt­lə­rin ­kütləvi qırğın silahlarının təsirindən qorumasıdır. Bu işi təş­kil etmək məqsədilə kompleks tədbirlər keçirilməli, əhalinin ya­şa­ması və fəaliyyəti, mülki müdafiə obyekt və qüvvələrinin dur­ma­dan işləməsi üçün maksimum əlverişli şərait yaradılmalıdır. Bu məq­sədlərin həyata keçirilməsi ilə mülki müdafiə rəisi, qərargah rəisi və müxtəlif xidmət rəisləri məşğul olmalıdır.

Mülki müdafiənin əsas qorunma üsullarından biri müha­fi­zə qurğularından istifadə edilməsidir. Sülh və müharibə dövr­lə­rin­də baş vermiş fövqəladə hadisələr zamanı əhalinin sığı­na­ca­q­lar­da yerləşdirilməsi, xüsusən, böyük şəhərlərdə əhalinin təxliyə edil­­məsi mümkün olmadıqda çox böyük əhəmiyyətə malikdir. Tək­­cə müharibə dövründə deyil, sülh şəraitində də baş verən föv­qə­ladə hadisələrdə əhalinin sağlamlığı və həyatının qorunmasında mülki müdafiənin sığınacaq və qurğularından istifadə olunur. Mü­hafizə qurğuları fondunun daha da mükəmməlləşdirilməsi, güc­lən­diril­mə­si aşağıdakı yollarla həyata keçirilir:

- sosial-məişət obyektlərinin yerləşdirilməsi üçün şəhərin yer­altı ərazisinin istehsal, təsərrüfat məqsədilə və əhalinin mü­ha­fizəsi üçün istifadə edilməsi;

- zirzəmi və digər yeraltı ərazilərdəki sığınacaqların daha da yararlı olması məqsədilə mükəmməlləşdirilməsi üçün qeydiyyata alınmalı, insanların mühafizəsi üçün metropolitenlərdən də isti­fa­də edilməlidir;

- təhlükəli dövrlərdə çatışmayan qurğular daha sadələri ilə əvəz edilməlidir.

Son dövrdə əhalinin mühafizəsi üçün mülki müdafiə vasitə­lə­rindən istifadə edilməsi qaydası yaradılmışdır. Sülh dövründə bunlardan təşkilatların, müəssisələrin, idarələrin ehtiyacları üçün istifadə edilir. Kimin hansı mülkiyyətində olmasından asılı ol­ma­yaraq onların balansında mülki müdafiə vasitələri varsa onları qo­ru­malı və lazım olduğu zaman 12 saat müddətində yararlı vəziy­yətə gətirməlidirlər.

Mühafizə qurğularının təsnifatı aşağıdakı xüsusiyyətlər üzrə aparılır:

- təyinatına görə – texnika və mülkiyyətin qorunması, əha­li­nin mühafizəsi (sığınacaqlar, radiasiya əleyhinə sığınacaqlar və sa­də sığınacaqlar);

- konstruksiyasına görə – açıq tipli ( xəndək, boşluq), qapalı tipli (sığınacaqlar və radiasiya əleyhinə sığınacaqlar ).

Əhalini müharibə və sülh dövründə fövqəladə hallar zamanı baş verən təhlükələrdən qorumaq üçün kollektiv mühafizə üsul­la­rın­dan istifadə olunur (mülki müdafiənin mühəndis qurğuları). Əhalinin müharibə və sülh dövründə ən etibarlı mühafizə vasitəsi sığınacaqlardır.





Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə