Mm-dən mühazirələrin kanspekti


Mühazirə 5. Hərbi mənşəli fövqəladə hallar



Yüklə 6,07 Mb.
səhifə21/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   122
Mülki müdafiə

Mühazirə 5. Hərbi mənşəli fövqəladə hallar
Kütləvi qırğın silahları
Nüvə silahı. Kütləvi qırğın silahla­rı­nın tətbiqi kütləvi it­ki­lərə və ətraf mühitin bərpaedilməz dərəcə­də korlanmasına səbəb olur. Əsas xüsusiyyəti – insanların psi­xi du­rumunun və genetik gös­təricilərinin pozulması, ekoloji ta­ra­z­lı­ğın dəyişməsi, ümumi­lik­də yaranmış problemlərin aradan qal­dı­rıl­masında ciddi çətinlik­lər­lə üzbəüz qoymasıdır.

Müasir dövrdə bütün inkişaf etmiş ölkələr öz hərbi po­ten­si­a­lını saxlamaq və inkişaf etdirmək üçün kütləvi qırğın silahları ilə tə­minata mühüm yer ayırırlar. Nüvə silahları, kimyəvi silahlar və bioloji silahlar digər silahlara nisbətən dövrümüzün ən dəhşətli kütləvi qırğın silahları siyahısına aid olmaqla yanaşı, daim ye­ni­ləş­məkdədir.

Nüvə partlayışlarının güclü dağıdıcılıq xüsusiyyətlərini nə­zərə alaraq onu döyüş əməliyyatlarında strateji və taktiki mə­sə­lə­lə­rin həlli üçün tətbiq edirlər. Nüvə silahlarını qısa bir zamanda, bö­yük ərazilərdə, ilin bütün fəsillərində, gecə və gündüz istifadə etmək mümkündür.

.

Nüvə bombası (yaxud da atom bombası) – ağır nüvələrin zən­cirvari bölünməsi, yaxud da yüngül nüvələrin termonüvə sin­te­zi zamanı ayrılan nüvə enerjisinə əsaslanan partlayıcı təsirli si­lah­dır. Bütün nüvə silahlarını aşağıdakı kateqoriyalara bölmək olar:



1) Atom bombası adlanan döyüş sursatları – bunların part­la­ma­sı zamanı yalnız bir növ nüvə reaksiyası gedir və ağır element (uran və ya plutonium) daha yüngül nüvələrə çevrilir. Bunlar bir­fa­zalı ya birpilləli nüvə silahları sayılır.

2) Termonüvə silahı (çox vaxt hidrogen bombası) – daha yün­gül elementlərin sintezindən ayrılan enerjiyə əsaslanır. Fitil k­i­mi birfazalı bombadan istifadə olunur ki, onun partlaması zamanı la­zım olan temperatur yaranır (1 neçə milyon dərəcə) və sintez reak­siyası gedir. İlkin material kimi hidrogenin iki müxtəlif izo­to­pun­dan (deyterium və tritium) istifadə olunur. Bu ikifazalı, yaxud ikipilləli tipdir. Hidrogen bombasının gücü atom bombasının gücündən böyükdür.

3) Termonüvə reaksiyasının üçfazalı, yaxud üçpilləli (par­ça­lan­ma – sintez – parçalanma) tipi də mövcuddur. Bilirik ki, təbii ura­nın tərkibi 99% uran-238-dən, 0,7% isə uran-235-dən ibarətdir. Yə­ni uran-238 çoxdur və ucuz xammaldır. Amma uran-238-i sadə parçalanmalarda istifadə olunmur, çünki parçalanmaya meylli de­yil. Üçpilləli bombalarda əvvəl uran-235 parçalanır, sonra sintez re­ak­siyası gedir, yüksək temperatur və təzyiq alındığından uran-238 də parçalanır. Bu tip bombaların gücü və radioaktivliyi çox yüksəkdir.

4) Bəzən neytron bombalarını da bir tip kimi ayırırlar. Bu tip si­lah yüksək sürətli neyron seli yaradan mexanizmdir ki, gücü az ol­sa da, istiqamətlənmiş radioaktivliyə və neytron şüalanmasına malikdir.

Nüvə sursatlarını istifadə etmək üçün onları aşağıdakı nüvə da­şıyıcılarına yerləşdirirlər:

– ballastik raketlərin başlıq hissələrində;

– zenit və qanadlı raketlərin döyüş hissəsində;

aviasiya mərmilərində;

– artilleriya mərmi və minalarında;

– torpedoların döyüş hissələrində;

– mühəndis minalarında.

Nüvə partlayışlarının dağıdıcı faktorları insanların məhv edil­məsində kompleks xarakter daşıyır, böyük ərazini əhatə edir və öz təsirini uzun müddət saxlayır.



Şəkil 2.20. Nüvə raketləri


Şəkil 2.21. Nüvə silahı

Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə