Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə31/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   27   28   29   30   31   32   33   34   ...   198

Fiziki  vo  hüquqi  :j3Xslor  hakimlor  lorofındon  hakimlər 

üçün  müəyyən  edilmiş  inlizam  məsuliyyətinə  cəlb  edilmə 

əsasının  əlamətləri  haqqında  məlumatlar  olduqda  Məhkəmə- 

Hüquq Şurasına müraciət edə bilərlər. 

Ali  Məhkəmənin  sədri  birinci,  apellyasiya  və  kassasiya 

instansiyaları  məhkəmələrinin  hakimləri  haqqında  intizam 

icraatının  başlanılması  barədə  Məhkəmə-Hüquq  Şurasına 

müraciət  edir.  Apellyasiya  Məhkəməsinin  sədri  həmin 

məhkəmənin  hakimləri,  habelə  birinci  instansiya  (Naxçıvan 

Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri, yerli iqtisad 

məhkəmələri  və  Beynəlxalq  müqavilələrdən  irəli  gələn 

mübahisələrə  dair  iqtisad  məhkəməsi  istisna  olmaqla) 

məhkəmələrinin hakimləri və Naxçıvan Muxtar Respublikası Ali 

Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə birinci instansiya 

kollegiyasının 

hakimləri 

haqqında 

intizam 


icraatının 

başlanılması  barədə  Məhkəmə-Hüquq  Şurasına  müraciət  edir. 

İqtisad  Məhkəməsinin  sədri  həmin  məhkəmənin  hakimləri, 

habelə Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair 

iqtisad məhkəməsinin hakimləri və yerli iqtisad məhkəmələrinin 

hakimləri  haqqında  intizam  icraatının  başlanılması  barədə 

Məhkəmə-Hüquq  Şurasına  müraciət  edir.  Naxçıvan  Muxtar 

Respublikası  Ali  Məhkəməsinin  sədri  həmin  məhkəmənin 

hakimləri 

və 


Muxtar 

Respublikanın 

rayon 

(şəhər) 


məhkəmələrinin  hakimləri  haqqında  intizam  icraatının 

başlanılması  barədə  Məhkəmə-Hüquq  Şurasına  müraciət  edir. 

Azərbaycan  Respublikasının  Prezidenti  birinci  və  apellyasiya 

instansiyası  məhkəmələrinin  hakimləri  haqqında  intizam 

icraatının  başlanılması  barədə  Məhkəmə-Hüquq  Şurasına 

müraciət edir. 

Hakimlər  haqqında  intizam  icraatı  intizam  pozuntusunun 

aşkar  edildiyi  gündən  bir  il  və  törədildiyi  gündən  üç  il 

müddətində başlana bilər. Hakimlər yalnız Məhkəmə-Hüquq 

Şurasının  qərarına  əsasən  intizam  məsuliyyətinə  cəlb 

edilirlər.  Məhkəmə-Hüquq  Şurası  intizam  icraatı  üzrə 

aşağıdakı qərarlardan birini qəbul edir: 

 .....  





95

 

■■ 



hakimə irad tutulması haqqında; 

hakimə töhmət verilməsi haqqında; 

hakimin  vəzifədə  aşağı  salınması  barədə  Azərbaycan 

Respublikasının Prezidentinə təklif verilməsi haqqında; 

hakimin  iş  yerinin  dəyişdirilməsi  barədə  Azərbaycan 

Respublikasının Prezidentinə təklif verilməsi haqqında; 

hakimin səlahiyyətlərinə xitam verilməsi barədə Azərbaycan 

Respublikasının Prezidentinə təklif verilməsi haqqında; 

intizam icraatına xitam verilməsi haqqında. 

İntizam məsuliyyətinə cəlb edilmə haqqında qərardan şikayət 

verilməmişsə,  o  qəbul  edildiyi  vaxtdan  on  gün  sonra  qüvvəyə 

minir. Həmin müddət ərzində intizam məsuliyyətinə cəlb edilmə 

haqqında 

Məhkəmə-Hüquq 

Şıırasıııııı 

qərarından 

Ali 

Məhkəmənin  Plenumuna  şikayət  verilə  bilər.  Ali  Məhkəmənin 



Plenumu  bir  ay  müddətində  şikayətə  baxıb  Məhkəmə-  Hüquq 

Şurasının  qərarını  qüvvədə  saxlayır,  ləğv  edir  və  ya  ona 

dəyişikliklər  edir  və  öz  qərarını  Şuraya  təqdim  edir.  Ali 

Məhkəmənin Plenumunun qərarı qətidir. Hakimlər cəza verildiyi 

gündən  bir  il  ərzində  yenidən  intizam  məsuliyyətinə  cəlb 

edilməmişsə,  intizam  məsuliyyətinə  cəlb  edilməmiş  sayılırlar. 

Hakimlərin intizam məsuliyyəti məsələsinə bu «Məhkəmələr və 

hakimlər  haqqında»  Qanunla  və  Məhkəmə-Hüquq  Şurası 

haqqında  Azərbaycan  Respublikasının  Qanunu  ilə  müəyyən 

edilmiş qaydada baxılır. 

Hakimlərin  səlahiyyətlərinə  onların  səlahiyyət  müddəti 

qurtaqdıqda  xitam  verilir.  Lakin  onların  səlahiyyətlərinə 

aşağıdakı əsaslara görə vaxtından əvvəl xitam verilə bilər: 

-

 



öz  arzusu  ilə  vəzifədən  çıxmaq  barədə  yazılı  ərizə 

verdikdə; 

-

 

hakim vəzifədən kənarlaşdınIdıqda; 



-

 

fəaliyyət  qabiliyyətsizliyi  və  ya  məhdud  fəaliyyət 



qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə

-

 



vəfat etdikdə; 

-

 



məhkəmə  tərəfindən  ölmüş  və  ya  itkin  düşmüş  elan 

edildikdə; 



== 

96

 


-

 

hakim  vozifosino  namizədlər  üçün  müəyyən  edilmiş 



tələblərə uyğun gəlmədiyi aşkar edildikdə

-

 



tutduğu  vəzifə  ilə  bir  araya  sığmayan  fəaliyyətlə  məşğul 

olduqda; 

-

 

Azərbaycan  Respublikası  vətəndaşlığından  çıxdıqda, 



başqa  dövlətin  vətəndaşlığını  qəbul  etdikdə  və  ya  digər  dövlət 

qarşısında öhdəlik götürdükdə

-

 

altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsinin 



yerinə 

yetirilməsinin 

qeyri-mümkünlüyü 

barədə 


Məhkəmə-Hüquq  Şurası  tərəfindən  təşkil  edilmiş  xüsusi  həkim 

komissiyasının müvafiq rəyi olduqda

il ərzində iki dəfə intizam cəzası verildikdə

işlərə  baxarkən  qanunvericiliyin  tələblərini  dəfələrlə 

kobudcasına pozduqda. 

Hakim  vəzifəsinə  namizədlər  üçün  müəyyən  edilmiş 

tələblərə uyğun gəlmədiyi aşkar edildikdə, tutduğu vəzifə ilə bir 

araya  sığmayan  fəaliyyətlə  məşğul  olduqda,  Azərbaycan 

Respublikası  vətəndaşlığından  çıxdıqda,  başqa  dövlətin 

vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik 

götürdükdə,  altı  aydan  artıq  müddətdə  xəstəliyi  ilə  əlaqədar 

vəzifəsinin  yerinə  yetirilməsinin  qeyri-mümkünlüyü  barədə 

Məhkəmə-Hüquq  Şurası  tərəfindən  təşkil  edilmiş  xüsusi  həkim 

komissiyasının  müvafiq  rəyi  olduqda,  yaxud  il  ərzində  iki  dəfə 

intizam  cəzası  verildikdə,  işlərə  baxarkən  qanunvericiliyin 

tələblərini 

dəfələrlə 

kobudcasına 

pozduqda 

hakimlərin 

səlahiyyətlərinə  vaxtından  əvvəl  xitam  verilməsi  üçün  Ali 

Məhkəmənin  sədri  və  Azərbaycan  Respublikasının  Prezidenti 

intizam  icraatının  başlanılması  hacjqında  Məhkəmə-  Hüquq 

Şurasına  müraciət  edə  bilərlər.  Hakimin  səlahiyyətlərinə 

vaxtından əvvəl xitam verilməsi haqqında qərar qəbul edildikdə 

Məhkəmə-Hüquq Şurası  bu barədə Azərbaycan  Respublikasının 

Prezidentinə təklif verir. 

97 



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə