Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə33/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   29   30   31   32   33   34   35   36   ...   198

Rayon (şohor) mohkəmosino bir hakim ləyin olunmuşsa, 

0



həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir. 

Rayon  (şəhər)  məhkəməsi  sədrinin  və  ya  hakiminin  əvəz 

edilməsi qaydası belədir: 

Rayon (şəhər) məhkəməsinin sədri vəzifələrini yerinə yetirə 

bilmədikdə, onun vəzifəsinin icrası Ədliyyə Nazirliyi tərəfindən 

müvəqqəti  olaraq  həmin  məhkəmənin  hakimlərindən  birinə 

həvalə  edilir.  Tək  tərkibli  rayon  (şəhər)  məhkəməsinin  hakimi 

vəzifələrini  yerinə  yetirə  bilmədikdə  onun  vəzifələrinin  icrası 

Ədliyyə  Nazirliyi  tərəfindən  müvəqqəti  olaraq  başqa  rayon 

(şəhər) məhkəməsi hakimlərindən birinə həvalə edilir. 

5.3.

 

Rayon (şəhər) nıəlıkəıııəKərində işin təşkili. 



Rayon (şəhər) nıəhkəınələrinin dəftərxanası 

Rayon (şəhər) məhkəmələrində işin düzgün təşkilinin böyük 

əhəmiyyəti  vardır.  Rayon  (şəhər)  məhkəmələrinə  daxil  olan 

cinayət,  inzibati  xətalara  dair,  mülki  işlərə  vaxtında  baxılması 

dəftərxana  işinin  düzgün  aparılmasından  da  xeyli  dərəcədə 

asılıdır. 

Rayon (şəhər) məhkəmələrində işin təşkilinə məhkəmənin iş 

planının  tərtib  edilməsi,  məhkəmə  təcrübəsinin  öyrənilib 

ümumiləşdirilməsi,  qanunverici  və  başqa  rəhbər  materialların 

sistemə salınması və .saxlanılması, məhkəmə arxivinin təşkili və 

aparılması,  qanunçuluğa  dair  məruzə  və  mühazirələr,  ictimai 

işlər və sair məsələlər daxildir. Bütün bu mə.sə- lələr bir-biri ilə 

əlaqəli  surətdə  həll  edilib  yerinə  yetirilir.  Bunları  lazımi 

səviyyədə  təşkil  elmədən  məhkəmə  işində  bu  və  ya  digər 

nailiyyətdən danışmaq olmaz. 

Məhkəmə işinin təşkilində məhkəmələrin aparatları mühüm 

rol oynayır. 

Məhkəmələrin aparatları və katiblikləri təşkil edilərkən hər 

hakim  üçün  məhkəmə  katibi  nəzərdə  tutulmalı,  məhkəmələrdə 

dəftərxana, kitabxana, arxiv, təsərrüfat xidməti fəa 



= = 

=101

 =

 


liyyət  göstərməli,  vətəndaşların  qəbulu,  qanunvericiliyin 

sistemləşdirilməsi  və  kodifikasiyası,  məhkəmə  təcrübəsinin 

ümumiləşdirilməsi  və  məhkəmə  statistikasının  aparılması  ilə 

məşğul olan məsləhətçilər olmalı, kargüzarhğın aparılması təmin 

edilməlidir. 

Məhkəmə aparatı və katibliyinin işçiləri attestasiyadan keçir 

və  onlara  müvafiq  rütbə  dərəcələri  verilir.  Attestasiyanın 

keçirilməsi və rütbə dərəcələrinin verilməsi qaydası Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyən edilir. 

Məhkəmələrin 

dəftərxanası. 

Rayon 


(şəhər) 

məhkəmələrində  dəftərxana  işinin  düzgün  təşkil  edilməsinin 

böyük  əhəmiyyəti  vardır.  Ədalət  mühakiməsinin  qanunauyğun 

aparılması, hökm və qətnamənin vaxtında icra edilməsi bundan 

asılıdır. 

Rayon (şəhər) məhkəmələrində hakimlərdən başqa ştat üzrə 

dəftərxana katibləri, bir və  ya bir neçə iclas katibi, maki- naçı 

kargüzarlar, gözətçilər, kağız paylayanlar və başqa işçilər olur. 

Dəftərxana  işinin  təşkil  edilib  aparılması  qaydası  məhkəmədə 

kargüzaıiığa dair təlimatla nizama salınır. Həmin təlimata əsasən 

məhkəmə  işinə  sədr,  yaxud  hakim  rəhbərlik  edir.  Təlimata 

uyğun  olaraq  rayon  (şəhər)  məhkəməsinin  dəftərxana  işçiləri 

arasında vəzifə bölgüsü aparılır. 

Rayon  (şəhər)  məhkəmələrinin  dəftərxana  katibləri 

dəftərxanaların işini təşkil edir, məhkəmə iclası katibinin, kargü- 

zarın  işini  yoxlayır,  poçtu  qəbul  edirlər,  təkcə  bir  hakimin 

olduğu  rayonlarda  dəftərxana  katibləri  məhkəməyə  müraciət 

edən  vətəndaşların  ərizə  və  sənədlərini  qəbul  edib  qeydə  alır, 

müəyyən  olunmuş  forma  üzrə  kitabları,  jurnalları  (məhkəmə 

iclasları jurnalından başqa), kartotekaları və naryadları doldurur, 

cinayət,  inzibati  xətalara  dair,  mülki  işləri,  maddi  sübutları, 

müvafiq məhkəmənin məhkəmə iclasına verilən icra sənədlərini 

hesaba alırlar. 

Dəftərxana  katibləri  eyni  zamanda  işlərə  baxılması  ilə 

əlaqədar məhkəmənin hökm, qətnamə və qərarlarına dair 

- = = 


^ = 

102

 = 


hakimin  göstorişlori  üzro  mohkomo  işlərini,  sənədləri  və 

arayışları verir və lazımi yerlərə göndərir, məhkəmə statistika və 

maliyyə  hesabatını  aparır,  məhkəmə  arxivini  idarə  edir, 

dəftərxana  və  təsərrüfat  ləvazimatını  qeydə  alır,  məhkəmənin 

kitabxanasına  daxil  olan  hüquq  ədəbiyyatının  mühafizəsi  və 

saxlanılması  üçün  tədbirlər  görürlər.  Dəftərxana  katibləri 

işçilərin  işə  gəlmələrinə  və  işdən  getmələrinə  nəzarət  edir, 

hakimin göstərişinə əsasən iclasçıları işlərin baxılmasında iştirak 

etmək üçün çağırır, onların məhkəmənin işində iştirakını qeydə 

alırlar. 

Rayon  (şəhər)  məhkəmələrinin  iclas  katibləri  məhkəmə 

iclasının vaxtı haqqında prokurora xəbər verir, çağırış vərəqələri 

ilə  çağırılan  şəxslərin  məhkəmə  iclasına  gəlmələrini  yoxlayır, 

məhkəmə iclaslarının protokollarını tərtib edir, baxılmış cinayət, 

inzibati xətalara dair, mülki işləri səhmana salırlar. İclas katibləri 

eyni  zamanda  məhkəmə  iclaslarının  jurnallarını,  iclaslarda 

baxılmaq  üçün  nəzərdə  tutulan  işlərin  siyahısını  tərtib  edir, 

məhkəmə  iclaslarına  çağırılan  şəxslərin  çağırış  vərəqələrində 

onların  məhkəməyə  gəlmə  və  getmə  vaxtları  haqqında  qeydlər 

aparır, hakimin, dəftərxana katibinin tapşırığı ilə digər dəftərxana 

işlərini yerinə yetirirlər. 

Rayon (şəhər) məhkəmələrinin kargüzarları və digər işçiləri 

bilavasitə dəftərxana rəisi və ya katibinin rəhbərliyi altında işləyir 

və onların tapşırıqlarını yerinə yetirirlər. 

5.4.

 

Ağır cinayətKərə dair işlər üzrə məhkəmə 



Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin statusu ilk dəfə 

olaraq «Məhkəmələr və hakimlər haqqında» Qanunda müəyyən 

edilmişdir. İndiyə kimi respublikanın məhkəmə sistemində belə 

məhkəmə olmamışdır. Həmin Qanunun V fəsli Ağır cinayətlərə 

dair işlər üzrə məhkəməyə həsr olunmuşdur. 

— ■ 

103

=

 



=^- 



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə