Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə36/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   32   33   34   35   36   37   38   39   ...   198

mohkomə  locrübosinin  ümumiloşdirilmosi  vo  mohkomo 

statistikasının tohlili barodo materiallara baxır; 

qanunvericiklo ona aid edilmiş digər solahiyyotlori həyata 

keçirir. 

Ali məhkəmənin tərkibində hakimlərin intizam işinə baxan 

intizam kollegiyası da vardır. 

Rəyasət Heyətinin i.ş qaydası belədir: 

Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məhkəməsinin 

Rəyasət  Heyətinin  iclasları  üç  ayda  bir  dəfədən  az  olmayaraq 

keçirilir.  Muxtar  Respublikanın  Ali  Məhkəməsinin  sədri 

Rəyasət Heyətinin iclaslarına sədrlik edir. 

Naxçıvan  Muxtar  Respublikasının  prokuroru  və  digər 

şəxslər məhkəmənin Rəyasət Heyətinin iclaslarına dəvət oluna 

bilərlər.  Rəyasət  Heyəti  iclasının  keçirilməsi  vaxtı  və 

müzakirəyə çıxarılan məsələlər barədə üzvlərə iclasa ən geci 10 

gün qalmış məlumat verilir, qərar layihələri və başqa materiallar 

əvvəlcədən onlara təqdim olunur. Rəyasət Heyətinin azı üç üzvü 

iştirak etdikdə onun iclası səlahiyyətli sayılır. 

Rəyasət Heyətinin qərarları açıq səsvermə yolu ilə, üzvlərin 

səs  çoxluğu  ilə  qəbul  olunur.  Sədrlik  edən  başqa  hakimlərlə 

yanaşı  səsvermədə  iştirak  edir  və  axırıncı  səs  verir,  qəbul 

edilmiş qərarları və iclas protokollarını imzalayır. 

Muxtar Respublikanın Ali Məhkəməsinin katibliyi Rəyasət 

Heyəti  iclaslarının  hazırlanmasına  dair  təşkilati  işləri  həyata 

keçirir,  protokolun  aparılmasını  təmin  edir,  qəbul  edilmiş 

qərarların icrası üçün digər zəruri işləri görür. 

Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məhkəməsinin 

kollegiyaları birinci instansiya məhkəməsi kimi qanunvericiliklə 

müəyyən edilmiş ağır cinayətlərə dair işlərə, habelə apellyasiya 

instansiya məhkəməsi kimi Muxtar Respublikanın rayon (şəhər) 

məhkəmələri tərəfindən baxılmış mülki, cinayət işləri və inzibati 

xətalara  dair  işlər  üzrə  qərarlardan  verilmiş  apellyasiya 

şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxırlar. 

=r.- 

Yt0== 

 -------------------  



Kollegiyalar  Azərbaycan  Respublikası  qanunvericilik 

aktlarının düzgün tətbiq edilməsi üçün tədbirlər görür, məhkəmə 

statistikasını  təhlil  edir,  məhkəmə  təcrübəsini  öyrənir  və 

ümumiləşdirir, 

Muxtar 

Respublikanın 



rayon 

(şəhər) 


məhkəmələrinə metodik kömək göstərir, qanunvericiliklə onlara 

aid edilmiş digər səlahiyyətləri həyata keçirirlər. 

Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məhkəməsinin 

kollegiyasının sədri müvafiq məhkəmə kollegiyasının iclaslarına 

sədrlik edir və məhkəmə kollegiyasının işinin təşkilinə rəhbərlik 

edir.  O,  məhkəmə  statistikasının  təhlili,  məhkəmə  təcrübəsinin 

öyrənilməsi  və  ümumiləşdirilməsi  işini  təşkil  edir,  bununla 

əlaqədar Muxtar Respublikanın rayon (şəhər) məhkəmələrindən 

işləri tələb edir. 

Kollegiyanın  sədri  .şəxslərin  qəbulu,  təklif,  ərizə  və 

şikayətlərə  baxılması  sahəsində  məhkəmə  kollegiyasının  işini 

təşkil  edir  və  qanunvericiliklə  ona  aid  edilmiş  digər 

səlahiyyətləri həyata keçirir. 

Kollegiya sədri vəzifələrini yerinə  yetirə bilmədikdə, onun 

vəzifələrinin  icrası  Naxçıvan  Muxtar  Respublikasının  Ali 

Məhkəməsi  sədrinin  sərəncamı  ilə  müvəqqəti  olaraq  həmin 

kollegiyanın hakimlərindən birinə həvalə edilir. 

6.4.


 

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində 

işin təşkili, onun aparatı 

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində idarə 

işinin düzgün təşkili böyük əhəmiyyət kəsb edir. Bu işin lazımi 

qaydada aparılması Muxtar Respublikada ədalət mühakiməsinin 

düzgün yerinə yetirilməsinə hərtərəfli şərait yaradır. 

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikasının Ali 

Məhkəməsində  idarə  işinin  təşkilinə  sədr  rəhbərlik  edir.  Bu 

vəzifə qanun üzrə ona həvalə edilmişdir, dəftərxananın vəziyyəti 

üçün bilavasitə o məsuliyyət daşıyır. 

- = 

—111

 ------------------------------------------------  



Kargüzarlığa  dair  lolimata  uyğun  olaraq,  Naxçıvan  Muxtar 

Respublikasının  Ali  Mohkomosinin  dəftərxanası  katiblikdən, 

rəyasət  heyətinin,  mülki,  cinayət  və  inzibati  xətalara  dair 

apellyasiya kollegiyalarının, ağır cinayətlərə dair işlər üzrə birinci 

instansiya 

kollegiyasının 

katibliklərindən 

və 


başqa 

xidmətçilərdən ibarətdir. 

Ali  məhkəmə  dəftərxanasının  müdirinə  Ali  məhkəmənin 

dəftərxana  işini  təşkil  etmək  və  başqa  işçilərin  işini  yoxlamaq 

tapşırılmışdır. Dəftərxana müdiri sədrin adına daxil olan işləri və 

poçtu qəbul edir, bu haqda ona məlumat verir, sədrin göstərişinə 

əsasən  işləri  və  poçtu  icraçılar  arasında  bölür,  ali  məhkəmə 

sədrinin  çağırdığı  əməli  iclas  və  müşavirələrin  protokollarını 

tərtib edir, qanunverici rəhbər materialların, hüquq ədəbiyyatının 

hesabını aparır, onları sistemləşdirib saxlayır. Müdir ali məhkəmə 

işçilərinin işə davamiyyətinə, müəyyən edilmiş formalar əsasında 

cinayət və digər işlər üzrə məhkəmə kollegiyalarında məhkəmə 

statistikasının düzgün tərtib edilməsinə, kartoçkalarm, jurnalların 

doldurulmasına nəzarət edir. O, məhkəmə işçilərinin şəxsi işlərini 

aparır və saxlayır, ali məhkəmə sədrinin tapşırığı üzrə idarənin işi 

ilə əlaqədar olan digər vəzifələri yerinə yetirir. 

Məhkəmə  kollegiyalarının  sədrləri  müvafiq  olaraq 

kollegiyaların  işi  ilə  yanaşı,  onların  dəftərxanalarına  rəhbərlik 

edirlər.  Baxılmaq  üçün  kollegiyaya  daxil  olan  bütün  işləri 

müvafiq  kollegiyanın  katibi  qəbul  edir,  bu  haqda  kollegiya 

sədrinə məlumat verir, onun göstərişinə əsasən işi qeydiyyatdan 

keçirir,  kollegiyada  baxılacaq  işlərin  siyahısını  tərtib  edir  və 

iştirak  edəcək  icla.sçıları  çağırır,  baxılmış  işi  tikir  və  onun 

saxlanılması  üçün  tədbir  görür.  Katiblik  müdirinin  göstərişinə 

əsasən o, başqa dəftərxana işlərini də görə bilər. 

Təlimatda  müəyyən  edildiyi  kimi,  ali  məhkəmənin 

dəftərxanasında  başqa  işçilər  də  ola  bilər.  Həmin  işçilər 

dəftərxana  müdirinin,  kollegiya  katiblərinin  göstərişləri  üzrə  və 

onların rəhbərliyi altında öz vəzifələrini yerinə yetirirlər. 

— = 



112

 ----------------------------------------------------------------------  ^ 



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə