VI I
FƏSİL
Az
ərbaycan Respublikasının Apellyasiya Mə
hk
ə
m
ə
si
7.1. Apellyasiya Məhkonıəsiııin ınəhkənıə sistemində yeri,
onun tərkibi və səlahiyyətləri
Apellyasiya Mohkomosi mohkomo sistemində orta hissəni
tutur. Onun quruluşu «Məhkəmə və hakimlər haqqında» Qanunla
və digər qanunvericilik aktları ilə tənzimlənir.
Apellyasiya Məhkəməsi qanunla səlahiyyətlərinə aid edilmiş
mülki, cinayət və inzibati xətalara dair işlər üzrə apellyasiya
instansiyası məhkəməsidir. O, Azərbaycan Respublikasının
paytaxtı Bakı şəhərində təşkil edilir, yurisdiksiyası respublikanın
bütün ərazisinə şamil olunur.
Apellyasiya Məhkəməsi aşağıda göstərilən birinci instansiya
məhkəmələrinin qanuni qüvvəyə minməmiş hökmlərin
dən və
digər qərarlarından apellyasiya şikayətləri və ya
pro
testləri
əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər
materiallara baxır:
rayon məhkəmələrinin qətnamələrindən - Apellyasiya
Məhkəməsinin mülki işlər üzrə kollegiyasına;
Naxçıvan
Muxtar
Respublikasının
rayon
(şəhər)
məhkəmələri istisna olmaqla, rayon (şəhər) məhkəmələri
tərəfindən çıxarılmış hökm və ya qərarlardan - Apellyasiya
Məhkəməsinin cinayət və inzibati xətalara dair işlər üzrə
kollegiyasına;
hərbi məhkəmələr tərəfindən çıxarılmış hökm və qərarlardan
- Apellyasiya Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə
kollegiyasına;
andlılar məhkəməsinin çıxardığı hökmlər istisna olmaqla,
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır
cinayətlərə dair işlər üzrə birinci instansiya kollegiyası tərəfindən
—113
---------------
çıxarılmış hökm vo ya qərarlardan -
Apellyasiya Məhkəməsinin
cinayət və inzibati xətalara dair işlər üzrə kollegiyasına;
andlılar məhkəməsinin çıxardığı hökmlər istisna olmaqla,
ağır cinayətlərə dair işlər üzrə məhkəmə tərəfindən çıxarılmış
hökm və ya qərarlardan - Apellyasiya Məhkəməsinin cinayət
və inzibati xətalara dair işlər üzrə kollegiyasına;
andlılar məhkəməsinin çıxardığı hökmlər istisna olmaqla,
ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə tərəfindən
çıxarılmış hökm və ya qərarlardan - Apellyasiya Məhkəməsinin
hərbi məhkəmələrin işləri üzrə kollegiyasına. (CPM, m. 381).
Apellyasiya Məhkəməsi Rəyasət Heyətindən, mülki işlər
üzrə kollegiyadan, cinayət və inzibati xətalara dair işlər üzrə
kollegiyadan və hərbi məhkəmələrin işləri üzrə kollegiyadan
ibarətdir. Kollegiyalarda işlərə baxmaq üçün məhkəmə tərkibləri
yaradılır.
Bundan başqa, məhkəmənin tərkibinə hüquqi, təşkilati,
informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatı
funksiyalarını yerinə yetirən müvafiq struktur bölmələrindən
ibarət olan məhkəmə katibliyi daxildir.
Apellyasiya
Məhkəməsi
hakimlərinin
tərkibinə
məhkəmənin sədri, onun müavini, məhkəmə kollegiyalarının
sədrləri və hakimləri daxildirlər. Hakimlərin sayını
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının
Prezidenti müəyyənləşdirir. Onların ştat sayı məhkəmənin işinin
xarakteri və həcmi, ərazinin ölçüləri, əhalisinin sayı və
məşğulluğu, rayon (şəhər) məhkəmələrinin sayı, onların iş həcmi
nəzərə alınmaqla təsdiq edilir.
Apellyasiya Məhkəməsi qanunvericilik aktlarının düzgün
tətbiq edilməsi barədə rayon (şəhər) məhkəmələrinə və qanunla
müəyyən edilmiş digər məhkəmələrə metodik kömək göstərərək
onların fəaliyyətinə təşkilati rəhbərlik edir.
Kassasiya qaydasında Apellyasiya Məhkəməsinin fəaliyyəti
üzərində nəzarəti Ali Məhkəmə, təşkilati təminatını isə Ədliyyə
Nazirliyi həyata keçirir.
—114
....................... ........ —
7.2. Apellyasiya Məhkəməsi
sədrinin və sədr müavininin
səlahiyyətləri, onların əvəz edilməsi
Apellyasiya Məhkəməsinin işinin təşkilinə və məhkəmə
katibliyinin işinə sədr rəhbərlik edir. Sədr Apellyasiya
Məhkəməsini təmsil edir və Ali Məhkəmənin Plenumunda
məhkəmənin işi barədə hesabat verir.
Apellyasiya Məhkəməsinin sədri məhkəmə kollegiyasının
iclaslarına sədrlik edir, işlərin həcmini və sayını nəzərə alaraq
hakimlər arasında bölüşdürür, məhkəmə kollegiyalarının
tərkiblərinin təşkil edilməsinə dair Rəyasət Heyətinə təkliflər
verir, məhkəmənin Rəyasət Heyətinin iclaslarını çağırır, onların
vaxtını, gündəliyini müəyyən edir və bu iclaslara sədrlik edir,
Rəyasət Heyətinin qərarlarını və iclas protokollarını imzalayır.
Sədr məhkəmədə əmək və icra intizamına əməl olunmasını
təmin edir, katibliyin işçilərinin işə götürülməsi və işdən azad
edilməsi,
mükafatlandırılması
və
intizam
qaydasında
cəzalandırılması məsələlərini həll edir, strukturunu, ştat
cədvəlini, xərc smetasını, işçilərin əmək haqqını müəyyən edir,
məhkəmənin hakimlərinin və katibliyin işçilərinin ixtisasının
artırılması işini təşkil edir.
Apellyasiya Məhkəməsinin sədri həmçinin qanunvericilik
aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik
köməklik göstərir, məhkəmə statistikasının təhlili, məhkəmədə
baxılmış işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsi və
ümumiləşdirilməsi işini təşkil edir, bununla əlaqədar rayon
(şəhər) məhkəmələrindən işləri tələb edir, .şəxslərin qəbulu,
təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini
təşkil edir.
Apellyasiya Məhkəməsinin sədri bunlardan əlavə
məhkəmənin hakjnilərinin. Ağır cinayətlərə dair işlər üzrə
məhkəmənin, Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin,
rayon
(.şəhər)
məhkəmələrinin
(Naxçıvan
Muxtar
Respublikasının rayon (şəhər) məhkəmələri istisna olmaqla),
hərbi
=
—İ15^=