Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə40/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   36   37   38   39   40   41   42   43   ...   198

üçüncüsü,  hərbi  məhkəmələrin  səlahiyyətlərinin  xüsusiyyəti 

ondan  ibarətdir  ki,  hərbi  xidmətə  qarşı  cinayətlər  barədə  işlərə 

yalnız  onlar  baxa  bilərlər  (məsələn,  əmrə  tabe  olmama,  rəisə 

müqavimət  göstərmə,  özbaşına  hərbi  hissəni  tərketmə,  fərarilik, 

döyüş  növbətçiliyini  aparma  qaydalarını  pozma,  hərbi  əmlakı 

qəsdən  məhvetmə  və  s.).  Bundan  başqa  hərbi  məhkəmələrin 

təşkili respublikanın ərazi-inzibati bölgüsündən deyil, qoşunların 

dislokasiya (yerləşdiyi) yerlərindən asılıdır. 

8.2. Hərbi məhkənıələrin təşkili, səlahiyyətləri, tərkibi və 

fəaliyyətinin xüsusiyyətləri 

Bütövlükdə 

Azərbaycan 

Respublikasının 

Silahlı 


Qüvvələrinin, zərurət olduqda isə birləşmələrin və qarnizonların 

hərbi məhkəmələri təşkil edilir. 

Azərbaycan  Respublikasında  aşağıda  göstərilən  hərbi 

məhkəmələr təşkil edilmişdir: 

Bakı şəhər hərbi məhkəməsi Bakı şəhərində yerləşir

Naxçıvan  Muxtar  Respublikasının  hərbi  məhkəməsi 

Naxçıvan .şəhərində yerləşir; 

Sumqayıt hərbi məhkəməsi - Sumqayıt şəhərində yerləşir; 

Gəncə hərbi məhkəməsi - Gəncə şəhərində yerləşir; 

Lənkəran hərbi məhkəməsi - Lənkəran şəhərində yerləşir; 

Fizuli-Qubadlı hərbi məhkəməsi - Beyləqanda yerləşir; 

Tər-Tər hərbi məhkəməsi - Tər-Tərdə yerləşir; 

Ağdam hərbi məhkəməsi - Ağdamda yerləşir

Qazax hərbi nuəhkəməsi - Şəmkirdə yerləşir. 

Hərbi  məhkəmə  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələri 

hərbi  qarnizonlarının  yerlə.şdiyi  ərazilərdə  bu  məhkəmənin 

fəaliyyət  dairəsinə  aid  edilmiş  hərbi  hissələrin  sayı  nəzərə 

alınmaqla  tə.şkil  edilir.  Hərbi  məhkəmənin  yurisdiksiyası  təşkil 

olunduğu qarnizonların hərbi hissələrinə şamil edilir. 

—  ----------------------------------------  

122

 =

 



Hərbi  məhkəmələr  birinci  instansiya  məhkəməsi 

qismində fəaliyyət göstərirlər. 

Hərbi  məhkəmələr  müharibə  və  hərbi  xidmət  əlehinə 

olan böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə 

dair,  habelə  hərbi  qulluqçular  tərəllndən  törədilmiş  böyük 

ictimai  təhlükə  törətməyən  və  az  ağır  cinayətlərə  dair  işlərə 

baxırlar. 

Hərbi xidmət əleyhinə olan cinayət hərbi qulluqçu olmayan şəxsin 

iştirakı  ilə  törədilərsə,  onun  barəsində  işə  də  hərbi  məhkəmə 

tərəfindən baxılır. 

Hərbi məhkəmələr həmçinin göstərilmiş işlər üzrə məhkəmə 

nəzarəti  funksiyalarının  həyata  keçirilməsinə  dair  və  digər 

materiallara baxırlar. 

Hər  bir  hərbi  məhkəməyə  yalnız  məhkəmənin  fəaliyyət 

dairəsində baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar 

aiddir. (CPM, m. 68). 

«Məhkəmələr  və  hakimlər  haqqında»  Qanuna  əsasən 

Apellyasiya  Məhkəməsi  hərbi  məhkəmələr  tərəfindən  baxılmış 

işlər  üzrə  qərarlardan  verilmiş  apellyasiya  şikayətləri  və 

apellyasiya protestləri üzrə işlərə baxır. 

Ali Məhkəmənin hərbi məhkəmələrin işləri üzrə kollegiyası 

bütün  hərbi  məhkəmələrdə  qəbul  edilmiş  qərarlardan  verilmiş 

kassasiya şikayətləri və protestləri üzrə işlərə baxır. 

Azərbaycan 

Respublikası 

Ali 

Məhkəməsi 

hərbi 

kollegiyasının  sədri  qanunvericilikdə  müəyyən  edilmiş  bir  sıra 

səlahiyyətləri həyata keçirir: 

hərbi  məhkəmələrin  fəaliyyətindən  irəli  gələn  məsələlər 

barəsində  müdafiə  nazirinə,  milli  təhlükəsizlik  nazirinə,  daxili 

işlər  nazirinə,  sərhəd  qoşunları  və  daxili  qoşunların 

komandanlığına məlumat verir; 

Müdafiə  Nazirliyi  kollegiyasının  iclaslarında  qanunçu- 

İLiğıın  və  əsgəri  intizamın  möhkəmləndirilməsi  məsələlərinin 

müzakirəsində iştirak edir və qanunvericilikdə nəzərdə tutulmuş 

digər məsələləri həll edir. 



Hərbi məhkəmənin tərkibi sədrdən, onun müavinindən 

(zərurət olduqda), hərbi məhkəmənin üzvlərindən ibarətdir. 



123^

 

— 






Hərbi məhkəmənin sədri: 

-

 



məhkəmədə  işin  təşkilinə  və  məhkəmə  aparatının  işinə 

rəhbərlik  edir,  məhkəmədə  əmək  və  icra  intizamına  əməl 

olunmasını təmin edir; 

-

 



məhkəmə  iclaslarına  sədrlik  edir,  işlərin  həcmini  və 

sayını nəzərə alaraq hakimlər arasında işləri bölüşdürür

-

 

məhkəmə aparatı işçilərinin işə götürülməsi və işdən azad 



edilməsi, 

mükafatlandırılması 

və 

intizam 


qaydasında 

cəzalandırılması məsələlərini həll edir; 

-

 

hərbi  məhkəmə  kadrlarının  ixtisasının  artırılması  və 



tərbiyələndirilməsi işini yerinə yetirir

-

 



Ali  Məhkəmənin  Plenumunda  hərbi  məhkəmədə  ədalət 

mühakiməsinin  həyata  keçirilməsi  vəziyyətinə  dair  məlumat 

verir; 

-

 



qanun  pozuntularının  və  ya  hüquq  pozuntuları 

törədilməsinə  kömək  edən  səbəblərin  və  şəraitin  aradan 

qaldırılması barədə hərbi idarəetmə orqanlarına, hərbi hissələrin 

və  idarələrin  komandirlərinə  (rəislərinə),  dövlət  orqanlarına, 

ictimai təşkilatlara, vəzifəli şəxslərə təqdimatlar verir; 

-

 



hərbi  qulluqçuların  hüquq  tərbiyəsində  hakimlərin 

iştirakı işini təşkil edir, bu fəaliyyəti hərbi komandanlıq və hərbi 

prokurorluq ilə əlaqələndirir

-

 



hərbi məhkəmələrin fəaliyyətindən irəli gələn məsələlər 

barəsində müvafiq hərbi komandanlığa məlumat verir; 

-

 

məhkəmə  təcrübəsinin  öyrənilməsinə  və  ümumiləşdiril- 



məsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik edir; 

-

 



vətəndaşları  qəbul  edir,  onların  qəbulu,  təklif,  ərizə  və 

şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir

- Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid 

edilmiş digər səlahiyyətləri həyata keçirir. 

Hərbi  məhkəməyə  bir  hakim  təyin  olunduqda,  o,  həmin 

məhkəmənin  sədrinin  səlahiyyətlərini  həyata  keçirir.  Hərbi 

məhkəmənin  sədri  vəzifələrini  yerinə  yetirə  bilmədikdə,  onun 

vəzifəsinin  icrası  ədliyyə  naziri  tərəfindən  müvəqqəti  olaraq 

həmin məhkəmənin hakimlərindən birinə həvalə edilir. Tək 



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə