Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə43/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   39   40   41   42   43   44   45   46   ...   198

2)

 

digər  şəxslərin  hüquqlarını  müdafiə  edən  dövlət 



orqanlarının və sair orqanların; 

3)

 



dövlət  mənafeyi  və  ya  ictimai  mənafeyi  naminə 

qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda müraciət 

edən  prokurorların  və  qanunvericilikdə  nəzərdə  tutulmuş  digər 

şəxslərin. 



İqtisad məhkənıəbrinin sistemində iqtisadi mübahisələrə 

birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə 

baxılır. 

Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə 

tutulmuş hallarda və qaydada Azərbaycan Respublikasının iqtisad 

məhkəmələrində  işlərə  kollegial  və  hakim  tərəfindən  təkbaşına 

(birinci instansiya məhkəməsində işlərə təkbaşına; apellyasiya və 

kassasiya  instansiyası  məhkəmələrində  üç  və  ya  daha  çox 

hakimdən ibarət tərkibdə) baxılır. 

Məhkəmələrdə  işlərə  baxılarkən  məhkəmə  iclasının 

protokolu  aparılır.  Məhkəmə  iclasının  gedişi  zamanı  aparılan 

prosessual  hərəkətləri  qeyd  etmək  üçün  texniki  vasitələrdən 

istifadə edilə bilər. 

İqtisad 


məhkəmələri 

mübahisələri 

Azərbaycan 

Respublikasının  Konstitusiyası,  Azərbaycan  Respublikasının 

qanunları  və  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq müqavilələr əsasında həll edir. 

İqtisad  məhkəmələri  mübahisənin  həlli  ilə  əlaqədar  olaraq 

dövlət  idarəetmə  orqanının  aktının,  yerli  özünüidarə  orqanının, 

onun  icra  və  sərəncam  orqanının  qərarlarının  Azərbaycan 

Respublikası 

Konstitusiyasına, 

Azərbaycan 

Respublikası 

qanunlarına,  ali  dövlət  hakimiyyəti  orqanlarının  öz  səlahiyyəti 

daxilində  qəbul  etdikləri  digər  aktlara  uyğun  gəlmədiyini  aşkar 

etdikdə  Azərbaycan  Respublikası  Konstitusiyası,  Azərbaycan 

Respublikası  qanunları,  Azərbaycan  Respublikası  ali  dövlət 

hakimiyyəti  orqanlarının  digər  aktları  əsasında  qətnamə  qəbul 

edirlər. 





131

^==-

 

— 



iqtisad molikomobri qanuna vo Azərbaycan Respublikasının 

tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  uyğun  olaraq  xarici 

hüquq normalarını tətbiq edirlər. 

İqtisad  məhkəmələri  baxılmış  işlər  üzrə  qətnamələr, 

qərardadlar  və  qərarlar  çıxarırlar.  Onlar  Azərbaycan 

Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada 

qanuni  qüvvəyə  mindikdə  respublikanın  ərazisində  bütün  fiziki 

və hüquqi şəxslər tərəfindən vaxtında və dəqiq icra olunmalıdır. 

Qanuni  qüvvəyə  minmiş  məhkəmə  qərarlarının  icra 

edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə 

tutulmuş məsuliyyətə səbəb olub. 

İdarə  və  ya  digər  mənsubiyyətindən  və  tabeliyindən  asılı 

olmayaraq, hüquqi şəxslərlə, hüquqi şəxs yaratmadan sahibkarlıq 

fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada 

fərdi  sahibkar  statusu  əldə  edən  fiziki  şəxslər  arasında  mülki, 

inzibati  və  digər  hüquq  münasibətlərindən  yaranan  iqtisadi 

mübahisələr  üzrə  işlər  mülki  icraat  qaydasında  iqtisad 

məhkəməsinə aiddir. 



İqtisad  məhkəməsində  baxılan  iqtisadi  mübahisələrə 

yuxarıda  göstərilən  subyektlər  arasındakı  aşağıdakı 

mübahisələr aiddir: 

qanunla nəzərdə tutulan müqavilələr üzrə ixtilaflara dair və 

yaxud tərəflərin razılığı ilə ixtilafın iqtisad məhkəməsinin həllinə 

verilməsi barədə mübahisələr

müqavilələrin  dəyişdirilməsi  və  ya  ləğv  olunması  barədə 

mübahisələr; 

mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra 

və ya digər sənədin icra olunmasının təsdiqi barədə mübahisələr

qanunla  mübahisəsiz  qaydada  (akseptsiz)  cərimələrin 

tutulması  nəzərdə  tutulmayıbsa,  dövlət  orqanları,  yerli 

özünüidarə  orqanları  və  nəzarət  funksiyalarını  həyata  keçirən 

digər  orqanlar  tərəfindən  cərimələrin  ödənilməsi  barədə 

mübahisələr; 





132

=

 

r- = 




nozarol  funksiyasını  hoyata  keçirən  orqanlar  tərəfindən 

qanunun və ya digər normativ hüquqi aktın tələblərini pozmaqla 

mübahisəsiz  qaydada  (akseptsiz)  silinmiş  pul  vəsaitinin 

büdcədən qaytarılması barədə mübahisələr; 

müəssisənin  təsis  sənədlərinin  etibarsız  hesab  edilməsi 

barədə mübahisələr; 

hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab 

edilməsi barədə mübahisələr; 

vergi ödəmələri barədə mübahisələr. 

İqtisad  məhkəmələri  qanunla  onların  səlahiyyətlərinə  aid 

edilən digər işlərə də baxa bilər. (MPM, m. 26). 

Mülkiyyət formalarından asılı olmayaraq hüquqi şəxslər və 

hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan 

fiziki şəxslər iqtisad prosesində iddiaçı tərəf və ya cavabdeh tərəf 

ola bilərlər. 

İqtisad  məhkəməsində  təsərrüfat  mübahisələrinə  tərəflərin 

nümayəndələrinin  iştirakı  ilə  baxılır.  Tərəflərin  nümayəndəliyi 

qismində təşkilatların rəhbərləri və ya onların müavinləri, eləcə 

də  səlahiyyətləri  qanunla  müəyyən  edilən  qaydada  etibarnamə 

ilə rəsmiləşdirilən digər şəxslər çıxış edə bilər. 

Mübahisə  predmeti  barəsində  müstəqil  tələblər  irəli  sürən 

üçüncü  şəxslər  iqtisad  məhkəməsi  qətnamə  çıxarana  qədər  işə 

qarışa bilərlər. Onlar iddiaçının bütün  hüquq və vəzifələrindən 

istifadə edirlər. 

Qanunla nəzərdə tutulan hallarda dövlət orqanları və başqa 

orqanlar dövlətin, hüquqi şəxslərin hüquqlarının və ya qanunla 

qorunan  mənafelərinin  müdafiəsi  üçün  ərizə  ilə  iqtisad 

məhkəməsinə müraciət edə bilər. 

İqtisad  məhkəməsi  iş  üzrə  tərəf  olan  hüquqi  şəxslərin 

həmkarlar  ittifaqı  təşkilatının  və  əmək  kollektivinin 

nümayəndələrini baxılan mübahisə barəsində rəyini şərh etmək 

üçün işə baxılmasında iştirak etməyə buraxır. 

Məhkəmənin  cinayət  işi  üzrə  qüvvəyə  minmiş  hökmündə 

müəyyən edilən hərəkətlərin olub-olmadığını və bu hərəkət 





133

 ---------------  = 


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə