Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə44/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   40   41   42   43   44   45   46   47   ...   198

lərin  kimlər  tərəfindən  edildiyi  barədə  çıxardığı  nəticə,  habelə 

məhkəmənin  mülki  iş  üzrə  qanuni  qüvvəyə  minmiş  qərarı  ilə 

müəyyən  edilən  və  iş  üzrə  əhəmiyyəti  olan  faktlar  barədə 

çıxardığı  nəticə  təsərrüfat  mübahisəsini  həll  edən  iqtisad 

məhkəməsi üçün məcburidir. 

Azərbaycan  Respublikasında  aşağıdakı  iqtisad  nıəhkənıə- 

ləri fəaliyyət göstərir: 

1)

 



Ali  Məhkəmənin  iqtisadi  mübahisələrə  dair  işlər  üzrə 

kollegiyası. 

2)

 

İqtisad Məhkəməsi. 



3)

 

Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair 



iqtisad məhkəməsi. 

4)

 



Yerli iqtisad məhkəmələri. 

Göstərilən  iqtisad  məhkəmələri  Azərbaycan  Respublikası 

İqtisad məhkəmələrinin vahid sistemini təşkil edir. 

9.2. İqtisad məhkəməsi hakiminin statusu 

İqtisad  məhkəməsi  hakimlərinin  qanunvericilikdə  bütün 

hakimlər üçün nəzərdə tutulmuş hüquq və vəzifələrlə yanaşı bir 

sıra digər hüquq və vəzifələri də vardır: 

İqtisad məhkəməsinin hakimi: təsərrüfat mübahisələrinə 

baxıb onları həll edir; mübahisəyə baxılmasına rəhbərlik edir, 

tərəflər arasında saziş əldə olunmasına kömək göstərir; 

mübahisələrin  həlli  təcrübəsini  öyrənir  və  ümumiləşdirir, 

qanunvericiliyin  təkmilləşdirilməsinə  dair  təkliflər  hazırlayır, 

habelə  iqtisadi  münasibətlərdə  hüquq  pozuntularının  qarşısını 

almaq sahəsində iş aparır. 

İqtisad  məhkəməsinin  hakimi  mübahisələrə  dair  qərarların 

qanuniliyinin və əsaslılığının yoxlanmasını da həyata keçirir. 

---------------------  ------------------  

-~rr-134^=

 

• 



=

 


Hakimin aşağıdakı hüquqları vardır: 

-

 



dövlət orqanlarından və başqa orqanlardan, təşkilatlardan, 

onların  vəzifəli  şəxslərindən  qanunla  onun  üzərinə  qoyulmuş 

vəzifələrin  həyata  keçirilməsi  ilə  bağlı  öz  sərəncamlarının  icra 

olunmasını tələb etmək; 

-

 

aşkara çıxarılmış qanunvericilik pozuntuları barədə xüsusi 



qərardadları, məlumatı bu pozuntuların aradan qaldırılmasına dair 

təkliflərlə  birlikdə  təşkilatlara,  dövlət  orqanlarına  və  digər 

orqanlara göndərmək; 

-

 



dövlət  orqanlarından  və  başqa  orqanlardan,  elmi 

idarələrdən  və  informasiya  mərkəzlərindən  informasiya  tələb 

etmək. 

Hakimlərin  öz  səlahiyyətləri  daxilində  təqdim  olunmuş 



tələbləri  onların  aid  edildiyi  dövlət  orqanları  və  digər  orqanlar, 

təşkilatlar, onların vəzifəli şəxsləri üçün məcburidir. 

Hakim  öz  fəaliyyətini  həyata  keçirmək  üçün  zəruri  olan 

Azərbaycan  Respublikasının  qanunvericilik  aktları  ilə  müəyyən 

edilmiş digər səlahiyyətlərə də malikdir. 

Hakim  öz  fəaliyyətində  qanunvericiliyin  tələblərini  dəqiq 

icra etməyə, iqtisad prosesinin yüksək mədəniyyətini və tərbiyəvi 

təsirini təmin etməyə, ədalətli olmağa borcludur. 

Azərbaycan  Respublikasının  hakimləri  üçün  müəyyən 

edilmiş  ixtisas  kollegiyaları,  ixtisas  attestasiyası,  intizam 

məsuliyyəti  haqqında  qanunvericilik  iqtisad  məhkəmələri 

hakimlərinə də aiddir. 

9.3.

 

Yerli iqtisad məhkəmələri və Beynəlxalq müqavilələrdən 



irəli gələn mübahisələrə dair iqtisad məhkəməsi 

Yerli iqtisad məhkəməsi və Beynəlxalq müqavilələrdən irəli 

gələn  mübahisələrə  dair  iqtisad  məhkəməsi  birinci  instansiya 

məhkəmələri  kimi  qanunla  səlahiyyətlərinə  aid  edilmiş  iqtisadi 

mübahisələrə dair işlərə baxırlar. 

=-■- 

  --------------- 

135

 =

 



Yerli  iqtisad  nıəhkənıəsi  Azərbaycan  Respublikasının 

inzibati ərazi vahidləri və ya azad iqtisadi zonalar üzrə təşkil 

edilir. 

Azərbaycan 

Respublikasında 

aşağıdakı 



yerli 

iqtisad 

məhkəmələri təşkil edilmişdir: 

1

 

saylı yerli iqtisad məhkəməsi - Bakı şəhərində; 

2

 

saylı yerli iqtisad məhkəməsi - Gəncə şəhərində; 

3

 

saylı yerli iqtisad məhkəməsi - Əli-Bayramlı şəhərində. 

Azərbaycan  Respublikasının  yerli  iqtisad  məhkəməsi 



aşağıdakı mübahisələri həll edir: 

müqavilələrin  bağlanması,  dəyişdirilməsi,  ləğv  edilməsi  və 

icrası,  yaxud  digər  əsaslara  görə  yaranan  mübahisələr 

(Azərbaycan  Respublikasının  qanunvericilik  aktlarına  uyğun 

olaraq  həlli  başqa  orqanların  səlahiyyətinə  aid  edilmiş 

mübahisələrdən başqa); 

Azərbaycan  Respublikasının  dövlət  idarəetmə  və  icra 

orqanlarının normativ xarakter daşımayan, qanunvericiliyə uyğun 

gəlməyən  və  təşkilatların  hüquqlarını  və  qanuni  mənafelərini 

pozan qərar və sərəncamlarının (tamamilə və ya qismən) etibarsız 

hesab edilməsi barədə mübahisələr

Azərbaycan  Respublikasının  dövlət  idarəetmə  və  icra 

orqanlarının normativ xarakter daşımayan, qanunvericiliyə uyğun 

gəlməyən  və  təşkilatların  hüquqlarını  və  qanuni  mənafelərini 

pozan aktların qəbul etməsi nəticəsində və ya bunların barəsində 

göstərilən  orqanlar  tərəfindən  öz  vəzifələrini  lazımınca  həyata 

kcçırməməsi  nəticəsində  dəyən  zərərin  ödənilməsi  haqqında 

mübahisələr. 

Yerli  iqtisad  məhkəmələri.  Beynəlxalq  müqavilələrdən  irəli 

gələn mübahisələrə dair iqtisad məhkəməsinin səlahiyyətinə aid 

olan  işlər  istisna  olmaqla,  öz  səlahiyyətləri  daxilində  iqtisadi 

mübahisələrə baxırlar. 

Təsərrüfat müqavilələrinin bağlanması, dəyişdirilməsi və ya 

ləğv  olunması  ilə  əlaqədar  yaranan  mübahisələrə  tədarükçü, 

podratçı və ya xidmət göstərən (işləri yerinə yetirən) müəssisənin, 

idarənin, təşkilatın olduğu yerin iqtisad məhkə- 



—136

 --------------- 

 


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə