Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə52/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   48   49   50   51   52   53   54   55   ...   198

Konstitusiya  Məhkəməsi  barədə  maddələrin  daxil  edilməsi 

mümkün  oldu,  1997-ci  ildə  isə  onlara  əsasən  «Konstitusiya 

Məhkəməsi  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu 

qəbul 


edildi. 

«Azərbaycan 

Respublikası 

Konstitusiya 

Məhkəməsinin  fəaliyyətinin  təmin  edilməsi  haqqında» 

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 

Fərmanı  ilə  Konstitusiya  Məhkəməsinin  müstəqilliyi  və 

hakimlərinin  statusu  təmin  edilmişdir.  Artıq  Azərbaycan 

Respublikasının  Konstitusiya  Məhkəməsi  müstəqil  orqan  kimi 

fəaliyyət  göstərir.  2004-cü  ildə  «Konstitusiya  Məhkəməsi 

haqqında» qəbul edilmiş yeni Qanun Konstitusiya Məhkəməsinin 

fəaliyyətinin  təkmilləşdirilməsi  və  beynəlxalq  standartlara 

uyğunlaşdırılması üçün böyük əhəmiyyət kəsb etmişdir. 

11.2.

 

Azərbaycan Respublikasının Konstitusiya 

Məhkəməsinin təyinatı, məqsədi, vəzifələri və prinsipləri 

«Konstitusiya  Məhkəməsi  haqqında»  Qanuna  əsasən, 

Azərbaycan 

Respublikasının 

Konstitusiya 

Məhkəməsi 

Azərbaycan 

Respublikasının 

Konstitusiyası 

ilə 


onun 

səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət 

mühakiməsi orqanıdır. 

Konstitusiya  Məhkəməsinin  əsas  məqsədləri  Azərbaycan 

Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsindən, hər 

kəsin hüquq və azadlıqlarının müdafiə edilməsindən ibarətdir. 

Konstitusiya  Məhkəməsi  müstəqil  dövlət  orqanıdır  və 

təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, 

icra  və  digər  məhkəmə  hakimiyyəti  orqanlarından,  yerli 

özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı 

deyildir. 

-   —  

—160

 -

  —   —  



Konstitusiya  Məhkəməsinin  fəaliyyətinin  əsas  prinsipləri 

digər məhkəmələrin  fəaliyyətinin  əsasını təşkil edən prinsiplərlə 

oxşardır.  Bu  prinsiplərə  «Konstitusiya  Məhkəməsi  haqqında» 

Qanunun  4-cü  maddəsində  göstərilmiş  Konstitusiyanın  aliliyi, 

müstəqillik, kollegialhq və açıqlıq prinsipləri aiddir. Lakin burada 

digər  xüsusiyyətlər  də  var.  Məsələn,  bu  prinsiplər  arasında 

təqsirsizlik  prezumpsiyası,  şübhələnilən,  təqsirləndirilən  və 

ittiham  edilən  şəxsin  müdafiə  hüququ,  ədalət  mühakiməsinin 

yalnız  məhkəmə  tərəfindən  həyata  keçirilməsi,  vətəndaşın 

məhkəmədə  müdafiə  hüququnun  təmin  edilməsi  prinsipləri 

yoxdur.  Bu  onunla  izah  edilir  ki.  Konstitusiya  məhkəməsində 

konkret mülki və ya cinayət işləri üzrə ədalət mühakiməsi həyata 

keçirilmir.  Onun  başqa  vəzifələri  var.  O  prinsipcə  başqa 

funksiyanı-konstitusiya  nəzarətini  həyata keçirir. Burada ittiham 

edilən  şəxslər  və  onların  müdafiəçiləri,  iddiaçı  və  cavabdehlər, 

onların  nümayəndələri  yoxdur.  Vətəndaş  konstitusiya  icraatında 

yalnız  müəyyən  çərçivədə  iştirak  edə  bilər.  O,  Konstitusiya 

Məhkəməsində  yalnız  onun  hansısa  məhkəmədə  və  ya  digər 

hüquq-mühafizə  orqanında  baxılan  konkret  işi  üzrə  (mülki, 

cinayət,  inzibati,  iqtisadi)  konstitusiyaya  zidd  olan,  onun 

konstitusiya hüquq və azadlıqlarını pozan qanunun tətbiq edilməsi 

və ya ediləcəyi barədə şikayəti əsasında iştirak edə bilər. 

Qərəzsizlik  və  ədalət  prinsipinin  mahiyyəti  ondan  ibarətdir 

ki.  Konstitusiya  Məhkəməsində  həyata  keçirilən  icraat  zamanı 

hakimlər işlərə müstəqil, qərəzsiz və ədalətlə baxırlar. Burada həm 

də  konstitusiya  ədalət  mühakiməsi  hər  kəsin  qanun  və 

Konstitusiya Məhkəməsi qarşısında bərabərliyi, tərəflərin hüquq 

bərabərliyi  və  çəkişməsi,  icraatın  dövlət  dilində  aparılması 

prinsipləri əsasında həyata keçirilir. 

Kollegialhq  prinsipinin  də  xüsusiyyəti  var.  Burada  xalq 

nümayəndələri (andh iclasçılar) işlərə baxılmasına cəlb olunmur, 

çünki  Konstitusiya  Məhkəməsinin  baxdığı  məsələlər  qərarları 

qəbul edən şəxslərdən hüquq sahəsində əlavə peşə bi- 

 -------  ------------------ 



=.

161

=

  ...............................................  




liklərillin olmasını tobb edir. Bunlardan başqa açıqlıq prinsipinin 

də  Konstitusiya  Məhkəməsi  üçün  özünəməxsus  xüsusiyyətləri 

var.  Belə  ki,  digər  məhkəmələrdə  olduğu  kimi  Konstitusiya 

Məhkəməsində  də  işlərin  icraatı  açıq  aparılır.  İşə  qapalı  iclasda 

baxılmasına  yalnız  o  halda  icazə  verilir  ki,  Konstitusiya 

Məhkəməsi açıq icraatın dövlət, peşə və ya kommersiya sirrinin 

açılmasına səbəb olacağını güman edir, vətəndaşların şəxsi və ya 

ailə həyatının məxfiliyini qorumaq zərurətini müəyyən edir. 

Konstitusiya Məhkəməsinin  icraatı, bir qayda olaraq, şifahi 

aparılır.  Lakin  burada  digər  məhkəmələrdən  fərqli  olan  bir 

xüsusiyyət vardır ki, tərəflərin və ya maraqlı subyektlərin razılığı 

olduqda Konstitusiya Məhkəməsinin Plenumu Daxili Nizamnamə 

ilə  müəyyən  edilən  qaydada  işə  yazılı  prosedurla  baxa  bilər. 

Həmçinin  burada  digər  xüsusiyyət  də  var  ki.  Konstitusiya 

Məhkəməsi Plenumunun iclası  haqqında məlumat iclasa azı  beş 

gün  qalmış  rəsmi  dövlət  qəzetində  dərc  edilir.  Təxirəsalınmaz 

hallarda  isə  bu  qaydadaya  riayət  etmək  mümkün  olmadıqda,  bu 

məlumat televiziya və radio ilə elan edilə bilər. 

Azərbaycan Respublikasının Dövlət bayrağı, Dövlət gerbi və 

Konstitusiya  Məhkəməsinin  rəsmi  emblemi  Konstitusiya 

Məhkəməsinin rəmzləri hesab olunurlar. 

Konstitusiya Məhkəməsinin hakimləri məhkəmə iclaslarında 

hakimlərin  xüsusi  geyimində  (mantiyada),  Azərbaycan 

Respublikası Prezidentinin andiçmə mərasimində və digər dövlət 

tədbirlərində isə xüsusi rəsmi geyimində olmalıdırlar. 

Konstitusiya Məhkəməsi Bakı şəhərində yerləşir. 

Konstitusiya 

Məhkəməsinin 

iclasları 

Konstitusiya 

Məhkəməsinin  binasında  keçirilir.  Hər  hansı  səbəbdən  iclasları 

məhkəmənin 

binasında 

keçirmək 

mümkün 

olmadıqda 



Konstitusiya  Məhkəməsi  sədrinin  sərəncamı  ilə  Konstitusiya 

Məhkəməsinin iclasları başqa yerdə keçirilə bilər. 



162 


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə