minin aylıq əmək haqqının 80 faizi mobləğində pensiya alır və
əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə
şamil edilir. Pensiya yaşma çatmamış istefada olan Konstitusiya
Məhkəməsinin hakimi işə düzələnədək dövlət büdcəsi hesabına
iki il müddətində hər ay fəaliyyətdə olan Konstitusiya Məhkəməsi
hakiminin aylıq əmək haqqının 80 faizi məbləğində pul təminatı
alır.
11.4.
Konstitusiya Məlıkəıııəsiniıı sədri və sədr müavini
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 9
hakimdən ibarətdir. Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən
Konstitusiya Məhkəməsinin hakimlərini təyin etdikdən .sonra
onların tərkibindən sədrin və .sədr müavininin təyin edilməsi
məsələsini Azərbaycan Respublikasının Prezidenti həll edir.
Konstitusiya Məhkəməsinin sədri, sədr müavini yalnız öz
xahişinə görə vəzifədən azad edilirlər. Bu halda onlar Konstitusiya
Məhkəməsinin hakimi vəzifəsində qalırlar.
Konstitusiya Məhkəməsinin sədri və sədr müavini
Konstitusiya Məhkəməsinin hakiminə mənsub olan bütün
hüquqlara malikdirlər və bütün vəzifələri daşıyırlar. Konstitusiya
Məhkəməsinin sədri aşağıdakı səlahiyyətləri həyata keçirir:
qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları ilə, yerli
özünüidarə orqanları ilə, xarici dövlətlər və beynəlxalq
təşkilatlarla, habelə hüquqi və fiziki şəxslərlə münasibətlərdə
Konstitusiya Məhkəməsini təmsil edir;
Konstitusiya Məhkəməsinin işini təşkil edir;
Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid məsələləri
baxılmaq üçün Konstitusiya Məhkəməsi Plenumunun iclaslarına
çıxarır, bu iclasları çağırır və onlara sədrlik edir; palataların
tərkiblərini müəyyən edir;
^
— 1 6 9
-
-
==^ ------------------------
işlərin həcmini və sayını nəzərə almaqla hakimlər arasından
bir və ya bir neçə məruzəçi-hakimi təyin edir;
Konstitusiya Məhkəməsinin aparatına rəhbərlik edir;
Konstitusiya Məhkəməsinin saxlanması və fəaliyyətinin
təmin edilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitə dair
sərəncam verir;
Aparatın işçilərini vəzifəyə təyin və vəzifədən azad edir,
mükafatlandırır və onların intizam qaydasında cəzalandırılması
məsələlərini həll edir;
qanunvericilikdə nəzərdə tutulmuş başqa səlahiyyətləri
həyata keçirir.
Konstitusiya Məhkəməsi sədr müavininin həll etdiyi
məsələlərin dairəsini sədr müəyyənləşdirir. O, həm də sədrin
tapşırığı ilə onun müəyyənləşdirdiyi məsələləri yerinə yetirir və
sədr olmadıqda, yaxud öz vəzifələrini həyata keçirə bilmədikdə,
onu əvəz edir.
11.5.
Konstitusiya Məhkəməsinin təşkilinin və
fəaliyyətinin əsasları
«Konstitusiya Məhkəməsi haqqında» Qanunun 6-cı
maddəsinə əsasən Konstitusiya Məhkəməsi işlərə palataların və
Plenumun iclaslarında baxır.
Konstitusiya Məhkəməsi Plenumunun tərkibinə Konstitusiya
Məhkəməsinin bütün hakimləri daxildir. Plenumun iclasları bir
qayda olaraq Konstitusiya Məhkəməsinin sədri tərəfindən
çağırılır, Qanunla və Konstitusiya Məhkəməsinin Daxili
Nizamnaməsi ilə müəyyən edilmiş qaydada keçirilir. Plenumun
iclaslarına Konstitusiya Məhkəməsinin sədri və ya onu əvəz edən
şəxs sədrlik edir. Plenumun iclası azı 6 hakim iştirak etdikdə
səlahiyyətli olur.
Palataların tərkibləri Konstitusiya Məhkəməsinin sədri
tərəfindən müəyyən edilir. Palataların təşkili, iclaslarının ça-
—
=
-
-
170
=
■
--==
ğıniması vo keçirilməsi qaydaları Konstitusiya Məhkəməsinin
Daxili nizamnaməsi ilə müəyyən edilir.
Palataların iclasları azı 3 hakim iştirak etdikdə səlahiyyətli
olur. Lakin məhkəmənin sədri və onun müavini eyni palatanın
tərkibinə daxil ola bilməzlər. Palataların iclaslarında hakimlər
növbə ilə sədrlik edirlər. Bu sədrliyin ardıcıllığı palataların
iclaslarında müəyyən edilir.
«Konstitusiya Məhkəməsi haqqında» Qanunun 7-ci
maddəsinə əsasən palataların iclaslarında Konstitusiyanın
130-cu maddəsinin III-VII hissələrində nəzərdə tutulmuş
aşağıdakı məsələlərə dair sorğuların, müraciətlərin və ya
şikayətlərin icraata qəbul edilib-edilməməsi məsələsi həll
olunur və Plenumun iclaslarında həmin məsələlərə dair icraata
qəbul edilmiş sorğulara, müraciətlərə və şikayətlərə mahiyyəti
üzrə baxılır:
1)
Azərbaycan Respublikası qanunlarının, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarının, Milli
Məclisin qərarlarının. Nazirlər Kabinetinin qərar və səron-
camlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının Azərbaycan RespuBlikası Konstitusiyasına
uyğunluğu barədə;
2)
Azərbaycan Respublikası Prezidentinin fərmanlarının,
Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası
qanunlarına uyğunluğu barədə;
3)
Azərbaycan
Respublikası
Nazirlər
Kabinetinin
qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının Azərbaycan Respublikası Prezidentinin
fərmanlarına uyğunluğu barədə;
4)
Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının
qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası
Konstitusiyasına və qanunlarına uyğunluğu barədə;
5)
bələdiyyə
aktlarının
Azərbaycan
Respublikası
Konstitusiyasına, qanunlarına. Prezidentin fərmanlarına, Nazirlər
Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında
= ------ ---------------------------------------------- ----------------
Dostları ilə paylaş: |