Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə55/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   51   52   53   54   55   56   57   58   ...   198

minin  aylıq  əmək  haqqının  80  faizi  mobləğində  pensiya  alır  və 

əmək  haqqı  artımındakı  sonrakı  dəyişikliklər  həmin  məbləğə 

şamil edilir. Pensiya yaşma çatmamış istefada olan Konstitusiya 

Məhkəməsinin  hakimi  işə  düzələnədək  dövlət  büdcəsi  hesabına 

iki il müddətində hər ay fəaliyyətdə olan Konstitusiya Məhkəməsi 

hakiminin aylıq əmək haqqının 80 faizi məbləğində pul təminatı 

alır. 

11.4.


 

Konstitusiya Məlıkəıııəsiniıı sədri və sədr müavini 

Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsi  9 

hakimdən  ibarətdir.  Azərbaycan  Respublikasının  Milli  Məclisi 

Azərbaycan  Respublikası  Prezidentinin  təqdimatına  əsasən 

Konstitusiya  Məhkəməsinin  hakimlərini  təyin  etdikdən  .sonra 

onların  tərkibindən  sədrin  və  .sədr  müavininin  təyin  edilməsi 

məsələsini Azərbaycan Respublikasının Prezidenti həll edir. 

Konstitusiya  Məhkəməsinin  sədri,  sədr  müavini  yalnız  öz 

xahişinə görə vəzifədən azad edilirlər. Bu halda onlar Konstitusiya 

Məhkəməsinin hakimi vəzifəsində qalırlar. 

Konstitusiya Məhkəməsinin sədri və sədr müavini 

Konstitusiya Məhkəməsinin hakiminə mənsub olan bütün 

hüquqlara malikdirlər və bütün vəzifələri daşıyırlar. Konstitusiya 

Məhkəməsinin sədri aşağıdakı səlahiyyətləri həyata keçirir: 

qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları ilə, yerli 

özünüidarə orqanları ilə, xarici dövlətlər və beynəlxalq 

təşkilatlarla, habelə hüquqi və fiziki şəxslərlə münasibətlərdə 

Konstitusiya Məhkəməsini təmsil edir; 

Konstitusiya Məhkəməsinin işini təşkil edir

Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid məsələləri 

baxılmaq üçün Konstitusiya Məhkəməsi Plenumunun iclaslarına 

çıxarır, bu iclasları çağırır və onlara sədrlik edir; palataların 

tərkiblərini müəyyən edir



— 1 6 9



 

-

 



==^ ------------------------  


işlərin həcmini və sayını nəzərə almaqla hakimlər arasından 

bir və ya bir neçə məruzəçi-hakimi təyin edir; 

Konstitusiya Məhkəməsinin aparatına rəhbərlik edir; 

Konstitusiya  Məhkəməsinin  saxlanması  və  fəaliyyətinin 

təmin  edilməsi  üçün  dövlət  büdcəsindən  ayrılmış  vəsaitə  dair 

sərəncam verir; 

Aparatın  işçilərini  vəzifəyə  təyin  və  vəzifədən  azad  edir, 

mükafatlandırır  və  onların  intizam  qaydasında  cəzalandırılması 

məsələlərini həll edir

qanunvericilikdə  nəzərdə  tutulmuş  başqa  səlahiyyətləri 

həyata keçirir. 

Konstitusiya  Məhkəməsi  sədr  müavininin  həll  etdiyi 

məsələlərin  dairəsini  sədr  müəyyənləşdirir.  O,  həm  də  sədrin 

tapşırığı  ilə  onun  müəyyənləşdirdiyi  məsələləri  yerinə  yetirir  və 

sədr olmadıqda, yaxud öz vəzifələrini həyata keçirə bilmədikdə, 

onu əvəz edir. 

11.5.

 

Konstitusiya Məhkəməsinin təşkilinin və 



fəaliyyətinin əsasları 

«Konstitusiya  Məhkəməsi  haqqında»  Qanunun  6-cı 

maddəsinə əsasən Konstitusiya Məhkəməsi işlərə palataların və 

Plenumun iclaslarında baxır. 

Konstitusiya Məhkəməsi Plenumunun tərkibinə Konstitusiya 

Məhkəməsinin  bütün  hakimləri  daxildir.  Plenumun  iclasları  bir 

qayda  olaraq  Konstitusiya  Məhkəməsinin  sədri  tərəfindən 

çağırılır,  Qanunla  və  Konstitusiya  Məhkəməsinin  Daxili 

Nizamnaməsi  ilə  müəyyən  edilmiş  qaydada  keçirilir.  Plenumun 

iclaslarına Konstitusiya Məhkəməsinin sədri və ya onu əvəz edən 

şəxs  sədrlik  edir.  Plenumun  iclası  azı  6  hakim  iştirak  etdikdə 

səlahiyyətli olur. 

Palataların  tərkibləri  Konstitusiya  Məhkəməsinin  sədri 

tərəfindən müəyyən edilir. Palataların təşkili, iclaslarının ça- 





-

170

= 

■ 

--== 




ğıniması  vo  keçirilməsi  qaydaları  Konstitusiya  Məhkəməsinin 

Daxili nizamnaməsi ilə müəyyən edilir. 

Palataların  iclasları  azı  3  hakim  iştirak  etdikdə  səlahiyyətli 

olur.  Lakin  məhkəmənin  sədri  və  onun  müavini  eyni  palatanın 

tərkibinə  daxil  ola  bilməzlər.  Palataların  iclaslarında  hakimlər 

növbə  ilə  sədrlik  edirlər.  Bu  sədrliyin  ardıcıllığı  palataların 

iclaslarında müəyyən edilir. 

«Konstitusiya  Məhkəməsi  haqqında»  Qanunun  7-ci 

maddəsinə  əsasən  palataların  iclaslarında  Konstitusiyanın 

130-cu  maddəsinin  III-VII  hissələrində  nəzərdə  tutulmuş 

aşağıdakı  məsələlərə  dair  sorğuların,  müraciətlərin  və  ya 

şikayətlərin  icraata  qəbul  edilib-edilməməsi  məsələsi  həll 

olunur və Plenumun iclaslarında həmin məsələlərə dair icraata 

qəbul edilmiş sorğulara, müraciətlərə və şikayətlərə mahiyyəti 



üzrə baxılır: 

1)

 



Azərbaycan  Respublikası  qanunlarının,  Azərbaycan 

Respublikası  Prezidentinin  fərman  və  sərəncamlarının,  Milli 

Məclisin  qərarlarının.  Nazirlər  Kabinetinin  qərar  və  səron- 

camlarının,  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  normativ 

hüquqi  aktlarının  Azərbaycan  RespuBlikası  Konstitusiyasına 

uyğunluğu barədə

2)

 

Azərbaycan  Respublikası  Prezidentinin  fərmanlarının, 



Nazirlər  Kabinetinin  qərarlarının,  mərkəzi  icra  hakimiyyəti 

orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası 

qanunlarına uyğunluğu barədə; 

3)

 



Azərbaycan 

Respublikası 

Nazirlər 

Kabinetinin 

qərarlarının,  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  normativ 

hüquqi  aktlarının  Azərbaycan  Respublikası  Prezidentinin 

fərmanlarına uyğunluğu barədə; 

4)

 



Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  qərarlarının 

qanunda  nəzərdə  tutulmuş  hallarda  Azərbaycan  Respublikası 

Konstitusiyasına və qanunlarına uyğunluğu barədə; 

5)

 



bələdiyyə 

aktlarının 

Azərbaycan 

Respublikası 

Konstitusiyasına, qanunlarına. Prezidentin fərmanlarına, Nazirlər 

Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında 

= ------   ----------------------------------------------  ----------------  



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə