Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə57/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   53   54   55   56   57   58   59   60   ...   198

Konstitusiya Mohkomosino daxil olmuş şikayətlərin qanunda 

nəzərdə  tutulmuş  tələblərə  uyğunluğunun  ilkin  öyrənməsini 

Konstitusiya  Məhkəməsinin  Daxili  Nizamnaməsi  ilə  müəyyən 

edilən qaydada Konstitusiya Məhkəməsinin aparatı həyata keçirir. 

İclasın hazırlanması üçün bir və ya bir neçə hakim-məruzəçi təyin 

edilir. Məruzəçi-hakim bu məsələlərlə bağlı aparata tapşırıq verə 

bilər. 

Moruzəçi-hakinı aşağıdakı tədbirləri həyata keçirir: 



məsələyə Konstitusiya Məhkəməsində baxılması üçün zəruri 

olan sənəd və materialları toplayır; 

dövlət və özünüidarə orqanlarından məsələyə aid olan sənəd, 

material və işləri tələb edə bilər

sorğunu və ya şikayəti tərəflərə, başqa növ sənədi isə maraqlı 

subyektlərə  təqdim  edir  və  məsələyə  dair  onların  yazılı 

mülahizələrini alır; 

şahidlərin,  ekspertlərin,  digər  şəxslərin  iclasa  çağırılmasını 

təşkil edir; 

məsələyə  baxılması  üçün  başqa  zəruri  tədbirləri  həyata 

keçirir; 

məsələ üzrə məruzə hazırlayır. 

Sorğu,  müraciət  və  ya  şikayətin  tərtibi  qanunun  tələblərinə 

uyğun 


olmadıqda, 

məsələ 


Konstitusiya 

Məhkəməsinin 

səlahiyyətinə  aid  olmadıqda,  onlar  belə  hüquqa  malik  olmayan 

orqan və ya şəxs tərəfindən verildikdə, sorğu və ya müraciət onun 

Konstitusiya  Məhkəməsinə  verilməsi  barədə  qərar  qəbul  etmiş 

kollegial  orqanın  iclasında  yetərsay  və  lazımi  səs  çoxluğu 

olmadan  verildikdə,  məhkəmə  aktından  şikayət  vermək 

hüququndan  tam  istifadə  edilməsini  və  ya  məhkəməyə  müraciət 

etmək  hüququnun  pozulmasını  təsdiq  edən  sənədlər  təqdim 

olunmadıqda,  yaxud  məsələ  üzrə  Konstitusiya  Məhkəməsinin 

qərarı mövcud olduqda sorğu, müraciət və ya şikayət bu hallarda 

Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmir. 

Konstitusiya  Məhkəməsi  Plenumunun  iclasına  hazırlıq 

mərhələsində konstitusiya işi tərtib olunur. 



■   -  

175

-

  - •  

-  


11.7.

 

Konstitusiya Məhkəməsində həyata keçirilən icraatın 



üsulları və növləri 

Konstitusiya  Məhkəməsindo  icraat  aşağıdakı  iki  üsulla: 



konstitusiya  ınəhkəınə  icraatı  və  xüsusi  konstitusiya  icraatı 

üsulları ilə həyata keçirilir. 

Konstitusiya Məhkəməsində baxılan konstitusiya işləri üzrə 



konstitusiya  nıəhkəınə  icraatı  aşağıdakı  növlərdə  həyata 

keçirilir: 

1)

 

Konstitusiyanın  130-cu  maddəsinin  III  hissəsinin  1-7-  ci 



bəndlərində, V və VII hissələrində nəzərdə tutulmuş məsələlərin 

həlli  üçün  verilmiş  sorğular  və  ya  şikayətlərlə  əlaqədar  işlərin 

icraatı; 

2)

 



Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında 

səlahiyyətlər  bölgüsü  ilə  bağlı  mübahisələrlə  əlaqədar  sorğular 

üzrə işlərin icraatı. 

Konstitusiya Məhkəməsində baxılan konstitusiya işləri üzrə 



xüsusi konstitusiya icraatının aşağıdakı növləri həyata keçirilir: 

1)

 



Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatları 

seçkilərinin  nəticələrinin  yoxlanılması  və  təsdiqi  ilə  əlaqədar 

işlərin icraatı; 

2)

 



yeni  seçilmiş  Azərbaycan  Respublikası  Milli  Məclisinin 

ilk iclasının keçirilməsi vaxtının təyin edilməsi ilə əlaqədar işlərin 

icraatı; 

3)

 



Azərbaycan 

Respublikası 

Prezidenti 

seçkilərinin 

nəticələrinin rəsmi elan edilməsi ilə əlaqədar işlərin icraatı; 

4)

 



Azərbaycan  Respublikası  Prezidentinin  istefa  ərizəsinə 

baxılması ilə əlaqədar işlərin icraatı; 

5)

 

Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz 



səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə 

məlumatı  aydınlaşdırmaq  üçün  Azərbaycan  Respublikası  Milli 

Məclisinin müraciəti ilə əlaqədar işlərin icraatı; 

 ------  

 



6)

 

Azərbaycan  Respublikası  Prezidentinin  vəzifodon  kə- 



narlaşdırılması mosoləsi ib olaqodar işlərin icraatı; 

7)

 



Azərbaycan 

Respublikası 

Konstitusiyasının 

və 


qanunlarının şərh edilməsi üçün verilən sorğular və müraciətlər ilə 

əlaqədar işlərin icraatı; 

8)

 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  və  ya 



Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası 

Konstitusiyasının  mətnində  dəyişikliklər  edilməsi  haqqında 

təkliflərinə  dair  Konstitusiya  Məhkəməsinin  rəyinin  çıxarılması 

ilə əlaqədar işlərin icratı. 

11.8.

 

Konstitusiya Məhkəınəsində həyata keçirilən 



icraatlarda tərəflər, onların hüquq və vəzifələri. 

Şahid və ekspert. 

Konstitusiya məhkəmə icraatının tərəfləri sorğuverənlər və 



cavabverənlərdir. 

Konstitusiyanın 130-cu maddəsinin III və VII hissələrində 

göstərilən subyektlər konstitusiya məhkəmə icraatında sorğu- 

verənlər,  130-cu maddəsinin V hissəsində göstərilən şəxslər isə 

konstitusiya  məhkəmə  icraatında  tərəf  kimi  «ərizəçilər» 

adlandırılır. 

Konstitusiya 

məhkəmə 

icraatında 

aşağıdakılar 

cavabverən 

ola bilərlər: 

1)

 

mübahisə  olunan  normativ  hüquqi,  məhkəmə  və  ya 



bələdiyyə  aktını  qəbul  etmiş  müvafiq  dövlət  və  ya  yerli 

özünüidarəetmə orqanı; 

2)

 

mübahisə  olunan  Azərbaycan  Respublikasının  qüvvəyə 



minməmiş  dövlətlərarası  müqaviləsini  və  ya  Azərbaycan 

Respublikasının hökümətlərarası müqaviləsini imzalamış vəzifəli 

şəxs; 

3)

 



qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında 

səlahiyyətlər bölgüsü ilə bağlı güman edilən pozuntuya yol vermiş 

müvafiq dövlət orqanı. 

=  

■  

177

 



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə