Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə53/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   49   50   51   52   53   54   55   56   ...   198

11.3.

 

Konstitusiya Mohkəməsinin hakimlərinə dair tələblər



onların müstəqilliyi, toxunulmazlığı, hüquq və vəzifələri

hakimlərin yığıncağı, səlahiyyətlərinə vaxtından əvvəl xitam 

verilməsinin qaydası və təminatları 

Azərbaycan  Respublikasında  hakimlərə  dair  olan  tələblər 

Konstitusiya Məhkəməsinin hakimlərinə də şamil edilir. Belə ki, 

Konstitusiyanın 126-cı maddəsinin I hissəsinə uyğun olaraq yaşı 

30-dan  aşağı  olmayan,  seçkilərdə  iştirak  etmək  hüququna  malik 

olan, ali hüquq təhsilli  və hüquqşünas ixtisası  üzrə 5 ildən artıq 

işləyən  Azərbaycan  Respublikasının  vətəndaşı  Konstitusiya 

Məhkəməsinin hakimi ola bilər. 

Konstitusiya  Məhkəməsinin  hakimləri  heç  bir  başqa  seçkili 

və  təyinatlı  vəzifə  tuta  bilməzlər,  elmi,  pedaqoji  və  yaradıcılıq 

fəaliyyətindən  başqa  heç  bir  sahibkarlıq,  kommersiya  və  digər 

ödənişli  fəaliyyətlə,  siyasi  fəaliyyətlə  məşğul  ola  bilməzlər  və 

siyasi  partiyalara  üzv  ola  bilməzlər,  vəzifə  maaşından,  habelə 

elmi,  pedaqoji  və  yaradıcılıq  fəaliyyətinə  görə  aldığı  vəsaitdən 

başqa məvacib ala bilməzlər. 

Konstitusiyaya' 

əsasən 

Konstitusiya 



Məhkəməsinin 

hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə 

Azərbaycan Respublikasının Milli Məclisi təyin edir. Konstitusiya 

Məhkəməsinin  azı  7  hakimi  təyin  olduqda  Konstitusiya 

Məhkəməsi  öz  səlahiyyətlərinin  icrasına  başlayır.  Konstitusiya 

Məhkəməsinin hakimi vəzifəyə təyin olunduğu gün Milli Məclisin 

iclasında and içir və həmin gündən o öz səlahiyyətlərinin icrasına 

başlamış  hesab  edilir.  Konstitusiya  Məhkəməsinin  hakimləri 

məhkəmə  iclaslarında  hakimlərin  xüsusi  geyimində  (mantiyada) 

olurlar. 

Konstitusiya Məhkəməsinin hakimləri 15 il müddətinə təyin 

edilirlər.  Səlahiyyət  müddəti  qurtardıqdan  sonra  hakim  yenidən 

həmin vəzifəyə təyin edilə bilməz. 

Öz  səlahiyyətlərini  həyata  keçirərkən  onlar  müstəqildirlər, 

yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və 

- ................................ - 

 ...............



163

 =

 



qanunlarına tabedirlər. Konstitusiya Məhkəməsinin hakimlərinin 

müstəqilliyi  onların  səlahiyyət  müddətində  dəyişilməz-  liyi  və 

toxunulmazlığı  ilə, vəzifəyə təyin  edilməsinin, məsuliyyətə  cəlb 

edilməsinin, səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinin 

və vəzifədən kənaıiaşdırılmasınm xüsusi qaydası ilə, Konstitusiya 

Məhkəməsinə hörmətsizlik  göstərilməsinin və onun fəaliyyətinə 

müdaxilə edilməsinin  yolverilməzliyi ilə təmin olunur və onlara 

hakimlərin  yüksək  statusuna  uyğun  maddi  və  sosial  təminatlar 

verilir. 

Konstitusiya  Məhkəməsinin  hakimi  toxunulmazdır.  O, 

cinayət  məsuliyyətinə cəlb  edilə bilməz, tutula və  ya həbs edilə 

bilməz,  onun  barəsində  məhkəmə  qaydasında  inzibati  tənbeh 

tədbirləri tətbiq edilə bilməz, axtarışa və gətirilməyə məruz qala 

bilməz,  şəxsi  müayinə  edilə  bilməz.  Konstitusiya  Məhkəməsi 

hakiminin  toxunulmazlığı  həmçinin  onun  mənzilinə,  xidməti 

otağına, əşyalarına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf 

yazışmalarına, şəxsi sənədlərinə də aiddir. 

Konstitusiya  Məhkəməsi  hakiminin  cinayət  başında 

yaxalanması halları istisna olunmaqla, cinayət və ya inzibati xəta 

törətməkdə şübhə edilən şəxs qismində tutulmuş hakim şəxsiyyəti 

müəyyənləşdirildikdən  sonra  dərhal  azad  edilməli  və  bu  barədə 

Konstitusiya Məhkəməsinə, habelə Baş prokurora yazılı məlumat 

verilməlidir.  Konstitusiya  Məhkəməsi  hakiminin  hərəkətlərində 

cinayət  əməlinin  əlamətləri  olduqda, 

0

,  Konstitusiyada 



göstərildiyi qaydada vəzifədən kənar- laşdırıhr və yalnız bu halda 

cinayət məsuliyyətinə cəlb oluna, eləcə də həbsə alına bilər. 

Belə ki, Konstitusiyanın 128-ci maddəsinə görə, hakimlərin 

vəzifədən  kənnrlaşdırılması  təşəbbüsünü  hakimlər  cinayət 

törətdikdə 

Azərbaycan 

Respublikasının 

Prezidenti 

Ali 

Məhkəmənin rəyi əsasında Milli Məclis qarşısında irəli sürə bilər. 



Konstitusiya  Məhkəməsi  hakimlərinin  işdən  kənarlaşdırılma-  sı 

haqqında  qərar  Milli  Məclisdə  83  səs  çoxluğu  ilə  qəbul  edilir. 

Vəzifədən kənarlaşdırılmış Konstitusiya Məhkəməsi 

164

 - - - - - -  

 



hakiminin  solahiyyollori  onun  barəsində  məhkəmənin  hökmü 

qanuni qüvvəyə minənədək və ya cinayət təqibi orqanı tərəfindən 

məhkəməyədək  icraatın  gedişində  yekun  qərar  qəbul  edilənədək 

dayandırılır.  Konstitusiya  Məhkəməsinin  hakimi  vəzifədən 

kənarlaşdırıldıqdan  sonra  Kontstitusiya  Məhkəməsinin  razılığı 

olduqda,  Baş  prokurorun  qərarına  əsasən  Cinayət-Prosessual 

qanunvericiliyində 

nəzərdə 


tutulmuş 

qaydada 


cinayət 

məsuliyyətinə  cəlb  oluna,  eləcə  də  həbs  edilə  bilər.  Vəzifədən 

kənarlaşdırılmış  Konstitusiya  Məhkəməsinin  hakimi  barəsində 

bəraət hökmü çıxarıldıqda və ya məhkəməyədək icraatın gedişində 

cinayət  təqibinə  qanunvericiliklə  müəyyən  edilmiş  bəraətverici 

əsaslarla xitam verildikdə onun səlahiyyətləri bərpa olunur. 

Bunlardan  başqa,  Konstitusiya  Məhkəməsinin  hakimi 

məhkəmədəki  fəaliyyətinə,  səsverməyə,  söylədiyi  fikrə  görə 

hüquqi məsuliyyətə cəlb oluna bilməz, ondan bu hallarla əlaqədar 

izahat, ifadə tələb edilə bilməz. Hətta o, istefada olduqda ondan bu 

məlumatlar tələb edilə bilməz. 

Konstitusiya  Məhkəməsinin  səlahiyyətlərinə  aid  bütün 

məsələlərin həllində hakimlərin hüquqları bərabərdir. 

Konstitusiya  Məhkəməsi  hakimlərinin  aşağıdakı  hüquqları 

vardır: 

Konstitusiya Məhkəməsinin bütün iclaslarında iştirak etmək, 

iclasın aparılmasına dair fikirlərini bildirmək

Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid məsələlərin 

həllində iştirak elmək

Konstitusiya 

Məhkəməsində 

məsələlərə 

baxılarkən 

məruzəçi-hakimə, işdə iştirak edən tərəflərə, maraqlı subyektlərə, 

şahidlərə və ekspertlərə suallar vermək; 

Konstitusiya Məhkəməsində baxılmağa hazırlanan məsələ ilə 

əlaqədar hər hansı sənədi və başqa məlumatı qanunvericilik, icra 

və  məhkəmə  hakimiyyəti  orqanlarından,  yerli  özünüidarə 

orqanlarından, həmçinin hüquqi və fiziki şəxslər- 



165

 - - - - - - - -      - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -    



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə