Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə51/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   47   48   49   50   51   52   53   54   ...   198

saxlanmasına  məsuliyyət  daşıyır,  bu  işlər  haqqında  Ali 

Məhkəmənin sədrinə, onun müavinlərinə məlumat verirlər. 

Ali Məhkəmənin cinayət, mülki, hərbi işlər, inzibati xətalar 

üzrə,  iqtisadi  mübahisələrə  dair  üzrə  işlər  üzrə  məhkəmə 

kollegiyalarının  məhkəmə  iclas  katibləri  məhkəməyə  çağırılan 

müqəssirlərin,  cavabdehlərin,  tələbkarların,  şahidlərin  və  başqa 

şəxslərin gəlib-gəlmədiklərini yoxlayır, Ali Məhkəmədə baxılan 

işlərin  protokolunu  yazır,  baxılmış  cinayət,  mülki,  hərbi 

cinayətlər  üzrə  işləri,  inzibati  xətalar,  iqtisadi  mübahisələr  üzrə 

işləri  tikib  qaydaya  salırlar.  Dəftərxananın  başqa  işçiləri  isə 

katiblik müdirinin tapşırığı üzrə ayrı-ayrı işləri yerinə yetirirlər və 

s. 


156 


XI

 

FƏSİL 

Az

ərbaycan Respublikasının

 

Konstitusiya M

ə

hk

ə

m

ə

si 

11.1.

 

Konstitusiya nəzarəti, onun 

anlayışı və yaranması 

Konstitusiya  nəzarəti  konstitusiya  müddəalarının  alili-  yini 

təmin  edən  vasitə  olaraq  demokratik  dövlətin  amili  kimi 

qiymətləndirilir.  Geniş  mənada  konstitusiya  nəzarətinin  əsas 

təyinatı  dövlət  orqanlarının  və  vəzifəli  şəxslərin  konstitusiya 

tələblərinə zidd hüquqi aktlarının və hərəkətlərinin aşkar edilməsi, 

habelə bunlara qarşı tədbirlərin görülməsi deməkdir. 

Konstitusiya  nəzarəti  ilk  dəfə  «konstitusiya»  adlandırılan 

qanunların yarandığı yerdə və vaxtda yayılmışdı. Digər qanunlar 

kimi konstitusiyalar da konkret dövlətlərdə hər kəs tərəfindən real 

icra  olunmaları  üçün  təminat  verilməsinə  ehtiyac  duyurdu.  İlk 

dövrlərdə  belə  nəzərdə  tutulurdu  ki,  bu  funksiyanı  qanunverici 

orqanlar müvəfəqqiyyətlə yerinə yetirə bilərlər. Çünki onlar özləri 

konstitusiyaları  qəbul  edir  və  qanunvericilik  işində  həlledici  rol 

oynayırlar.  Belə  bir  fikirlər  də  söylənilirdi  ki,  bu  sahədə  icra 

hakimiyyəti  orqanlarının  da  səyləri  ola  bilər.  Məsələn,  bir  sıra 

dövlətlərdə  onların  başçılarına  parlamentlərinin  qəbul  etdiyi 

qanunları,  (əgər  onların  fikrincə  imzaya  təqdim  olunan  qanun 

konstitusiyanın  müddəalarına  ziddirsə)  onları  imzalamaqdan 

imtina etmək (veto qoymaq) hüququ verilmişdir (bu hüquq indiki 

dövrdə də mövcuddur). 

Bəzi ölkələrdə isə konstitusiya nəzarətinə məhkəmələri cəlb 

etməyə  başladılar.  Çoxları  hesab  edir  ki,  bu,  ilk  dəfə  ABŞ-da 

olmuşdur.  Belə  ki,  1803-cü  ildə  ABŞ-m  Ali  Məhkəməsi  qərar 

qəbul etdi ki, o, ölkədə qanunverici hakimiyyət 

157

=

 

—  . . . . . . . . . . .   



orqanları  torofındon  qəbul  edilmiş  hər  hansı  bir  qanunu  ABŞ 

Konstitusiyasına  zidd  olduğunu  elan  etmək  hüququna  malikdir. 

Qanunun  bu  cür  elan  edilməsi  onun  ilk  növbədə  məhkəmələr 

tərəfindən  tətbiq  olunmaması  demək  idi.  Başqa  sözlə, 

konstitusiyaya riayət olunması üzrə nəzarətə məhkəmələr də cəlb 

olundu. Onlar artıq icra və qanunverici hakimiyyət orqanlarının 

bu  sahədəki  işini  tamamlamağa  başladılar.  Digər  ölkələrdə  isə 

belə nəzarətə münasibət birmənalı olmamışdır. 

Yalnız son 50 il ərzində konstitusiya nəzarətinin məhkəmə 

hakimiyyəti  orqanları  tərəfindən  həyata  keçirilməsinin 

məqsədəuyğunluğu  bir  çox  ölkələrdə  qəbul  olundu.  Məsələn, 

Fransada  bu  funksiya  Konstitusiya  Şurası  adlandırılan  orqana, 

Avstriya,  İtaliya  və  Almaniyada  isə  xüsusi  yaradılmış 

Konstitusiya Məhkəmələrinə həvalə olunmuşdur. 

Bu  orqanların  səlahiyyətlərinə  gəldikdə  isə,  qanunların 

konstitusiyaya uyğun olmasının  yoxlanılması  ilə  yanaşı,  onların 

arasında  bəzi  başqa  səlahiyyətləri  də  var  idi.  Məsələn,  müxtəlif 

növ  dövlət  orqanlarının  qərarlarına  nəzarət  edilməsi, 

federasiyanın  subyektləri  ilə  (federativ  dövlətlərdə)  dövlət 

orqanları  arasında  mübahisələrə  baxılması,  seçkilərin  nəticələri 

ilə bağlı mübahisələrə baxılması və s. 

Azərbaycan  Respublikasında  da  məhkəmə  orqanları 

tərəfindən  həyata  keçirilən  konstitusiya  nəzarətinin  taleyi 

mürəkkəb  olub.  1918-ci  ilə  qədər  bu  məsələ  qaldırılmamışdır, 

çünki Azərbaycanda Konstitusiya kimi müvafiq hüquqi, sosial və 

siyasi əhəmiyyəti olan akt olmamışdır. 

1920-ci  ildən  sonra  belə  nəzarətin  probleminə  dair  maraq 

SSRİ  qanunvericiliyinin  «bolluğu»  yaratdı.  Sözsüz  ki,  bunun 

üçün  hüquqi  baza  kimi  yalnız  SSRİ  Konstitusiyası  ola  bilərdi: 

onun 


müddəalarına  səmtləşmə 

dövrdə 



formalaşan 

qanunvericiliyin 

eyniliyi  üçün  şərait  yaradırdı.  SSRİ 

Konstitusiyasına  riayət  olunmasına  nəzarət  funksiyasım  həyata 

keçirən orqan 1924-cü ildə yaranmış SSRİ Ali Məhkəməsi oldu. 

158 



o  vaxt  qüvvodo  olan  SSRİ  Konstitusiyasının  43-cü  mad- 

dosino  uyğun  olaraq  bu  mohkəmoyə  aşağıdakı  solahiyyətlor 

verilmişdir:  ittifaq  respublikalarına  rəhbər  izahatların  verilməsi; 

Respublikalarda 

qəbul 

edilmiş 


məhkəmə 

qərarlarının 

qanuniliyinin  və  əsaslılığının  yoxlanılması;  İttifaq  səviyyəli 

vəzifəli  şəxslərin  ittiham  edilməsinə  dair  işlərə  baxılması; 

respublikalar  arasında  mübahisələrə  baxılması;  konstitusiya 

nəzarəti.  Axırıncı  səlahiyyət  sıx  çərçivəyə  alınmışdı  və  yalnız 

SSRİ  Mərkəzi  İcraiyyə  Komitəsinin  təqdimatı  ilə  verilmiş  rəy 

kimi tətbiq oluna bilərdi. 

Konstitusiya  nəzarətinin  belə  bir  geniş  miqyasda  həyata 

keçirilməsi böyük səylər tələb edirdi. Belə ki, İttifac] səviyyəsində 

konstitusiyaya  zidd  aktların  ləğv  edilməsi  və  ya  dayandırılması 

üzrə  təşəbbüsü  irəli  sürmək  üçün  respublikalar  tərəfindən  qəbul 

olunan bütün hüquqi aktları müləmadi olaraq yoxlamaq lazım idi. 

Onların  surətləri  mütləq  SSRİ  Ali  Məhkəməsinə  göndərilir  və 

orada dəqiq öyrənilirdi. 

30-cu  illərin  əvvəllərində  konstitusiya  nəzarəti  sahəsində 

SSRİ  Ali  Məhkəməsinin  fəallığı  bir  qədər  azaldı,  sonra  isə 

tamamilə ildi. 1936-cı ildə qəbul olunmuş SSRİ Konstitusiyasında 

hansısa məhkəmə orqanı tərəfindən həyala keçirilən konstitusiya 

nəzarəti haqqında artıq heç nə deyilmirdi. 

Konstitusiya nəzarətinin problemlərinə maraq yenidən 80-ci 

illərdə hüquqi dövlətə doğru yolların axtarılması zamanı yarandı. 

1989-cu  ildə  SSRİ  Konstitusiyasına  riayət  olunması  üzərində 

səmərəli nəzarətin qurulması üçün artıq konkret  addımlar atıldı. 

1989-cu  il  dekabrın  23-də  «SSRİ-də  konstitusiya  nəzarəti 

haqqında»  Qanun  qəbul  olundu.  Bu  Qanuna  əsasən  SSRİ-nin 

Konstitusiya Nəzarəti Komitəsi təşkil olundu. 1991-ci ilə qədər bu 

orqan  müasir  dövrün  tələblərinə  uyğun  qanunvericiliyin 

demokratikləşdirilməsinə .şərait yaradan bir sıra mühüm qərarlar 

qəbul etdi. 

Respublikamız  müstəqillik  əldə  etdikdən  sonra  referendum 

yolu ilə 1995-ci ildə qəbul olunmuş Konstitusiyaya 



=  

  . . . . . . . . . . . . . . . . . .  



159

—  

—  

 . . . . . .   


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə