Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə47/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   43   44   45   46   47   48   49   50   ...   198

dən  azad  edilməsi,  mükafatlandırılması  və  intizam  qaydasında 

cəzalandırılması məsələlərini həll edir; strukturunu, ştat cədvəlini, 

xərc smetasını, işçilərin əmək haqqını müəyyən edir, məhkəmədə 

əmək və icra intizamına əməl olunmasını təmin edir. 

Sədr  İqtisad  Məhkəməsinin  hakimlərinin,  yerli  iqtisad 

məhkəmələri  və  Beynəlxalq  müqavilələrdən  irəli  gələn 

mübahisələrə 

dair 


iqtisad 

məhkəməsinin 

hakimlərinin 

mükafatlandırılması  barədə  Məhkəmə-Hüquq  Şurasına  təklif 

verir, habelə onların intizam məsuliyyətinə cəlb edilməsi barədə 

müraciət edir. 

Bundan başqa sədr: 

İqtisad Məhkəməsini təmsil edir

məhkəmənin  Rəyasət  Heyətinin  iclaslarını  çağırır,  onun 

vaxtını,  gündəliyini  müəyyən  edir  və  bu  iclaslara  sədrlik  edir, 

onun  qərarlarını  və  iclas  protokollarını  imzalayır.  Ali 

Məhkəmənin Plenumunda məhkəmənin işi barədə hesabat verir

yuxanda  göstərilən  məhkəmələrdə  ədalət  mühakiməsinin 

həyata keçirilməsi vəziyyətinə dair İqtisad Məhkəməsinin Rəyasət 

Heyətinə məlumat verir; 

məhkəmənin  hakimlərinin  və  katibliyin  işçilərinin 

ixtisasının artırılması işini təşkil edir

məhkəmə  statistikasının  təhlili,  məhkəmədə  baxılmış  işlər 

üzrə  məhkəmə  təcrübəsinin  öyrənilməsi  və  ümumiləşdirilməsi 

işini təşkil edir, bununla əlaqədar rayon (şəhər) məhkəmələrindən 

işləri tələb edir, qanunvericilik aktlarının düzgün tətbiq edilməsi 

üçün məhkəmələrə metodik köməklik göstərir

müəyyən edilmiş günlərdə şəxslərin qəbulu, təklif, ərizə və 

şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir. 

Sədr öz səlahiyyəti daxilində əmr və göstərişlər verir. İqtisad 

məhkəməsi sədr müavininin özünəməxsus səlahiyyətləri vardır. O, 

hakim kimi bütün prosessual səlahiyyətləri həyata keçirərək

məhkəmə iclaslarında sədrlik edir və bu- 

 ----------  

=- 


=143 

=■■

 


nunla  yanaşı  sədr  torofindon  müəyyən  edilmiş  məsələləri  həll 

edir,  sədrin  tapşırığı  ilə  onun  ayrı-ayrı  səlahiyyətlərini  həyata 

keçirir,  sədr  olmadıqda  və  ya  öz  vəzifələrini  yerinə  yetirə 

bilmədikdə  onu  əvəz  edir;  vətəndaşları  şəxsən  qəbul  edir., 

qanunvericiliklə  onlara  aid  edilmiş  digər  səlahiyyətləri  həyata 

keçirir. 

İqtisad  Məhkəməsi  sədrinin  müavini  vəzifələrini  yerinə 

yetirə bilmədikdə, onun vəzifələrinin icrası sədrin sərəncamı ilə 

müvəqqəti olaraq həmin məhkəmənin kollegiya sədrindən birinə 

həvalə edilir. 



144 


X

 

FƏSİL 

Az

ə

rbaycan Respublikas.mm Ali M

ə

hk

ə

m

ə

si 

10.1.

 

Azərbaycan Respublikası Ali Məhkəməsinin vəzifələri 

Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Ali 

Məhkəmə  ümumi  və  ixtisaslaşdırılmış  məhkəmələrin  icraatına 

aid  olan mülki,  o cümlədən iqtisadi mübahisələrə dair, cinayət 

işləri,  inzibati  xətalara  dair  və  digər  işlər  üzrə  ali  məhkəmə 

orqanıdır. 

Ali  Məhkəmə  kassasiya  instansiyası  məhkəməsi  kimi 

qanunla  müəyyən  edilmiş  prosessual  qaydada  ədalət 

məhkəməsini  həyata  keçirir,  ümumi  və  ixtisaslaşdırılmış 

məhkəmələrin fəaliyyətinə nəzarət edir. 

Ali Məhkəmənin cinayət və inzibati xətalara dair işlər üzrə 

kollegiyası  apellyasiya  instansiya  məhkəmələri  və  and-  lılar 

məhkəməsi  tərəfindən  çıxarılmış  hökmlərdən  və  digər 

qərarlardan  verilmiş  kassasiya  şikayətləri  və  ya  protestləri 

əsasında  cinayət  işlərinə  və  cinayət  təqibi  ilə  bağlı  digər 

materiallara baxır. (CPM, m.73). 

Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının, 

İqtisad  Məhkəməsinin  və  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məhkəməsinin  qətnamə  və  qərarlarından  AH  Məhkəməyə 

kassasiya şikayəti verilə bilər. (MPM, m. 402). 

Göstərilən  əsas  funksiyalar  Ali  Məhkəmənin  Azərbaycan 

Respublikasının  məhkəmə  sistemində  və  digər  dövlət 

orqanlarına qarşı rolunu və yerini müəyyən edir. 

Bu  funksiyaların  hər  birinin  konkret  məzmunu  vardır. 

Birincisi,  ali  məhkəmə  orqanı  kimi  o,  respublikanın  bütün 

ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin çıxardığı hökmlərin 

və  digər  məhkəmə  qərarlarının  qanuni  və  əsaslı  olmasını 

kassasiya qaydasında yoxlayır və son sözünü deyir. 

145

=-^ 



ikinci  funksiya  birincisi  ilo  sıx  əlaqədardır:  məhkəmələrin 

fəaliyyətinə  nəzarət  etmək,  ilk  növbədə  onların  buraxdığı 

səhvləri  tapıb  düzəltmək.  Bu,  yalnız  prosessual  formada,  yəni 

məhkəmə  icraatı  qaydalarına  uyğun  edilməlidir.  Çünki  bu 

tələbin  yerinə  yetirilməsi  aşağı  hissə  məhkəmələrinin 

müstəqilliyinə, onların qəbul etdikləri qərarların qanuniliyinə və 

əsaslılığına təminat verir. 

Ali  Məhkəmə  tərəfindən  kassasiya  qaydasında  i.şlərə 

baxılması  və  aşağı  hissə  məhkəmələrinin  fəaliyyətinə  nəzarət 

edilməsi  həm  də  proses  iştirakçılarının  hüquqlarının  və 

mənafelərinin qorunmasını təmin edir. 

Ali  Məhkəmə  Azərbaycan  Respublikasının  paytaxtı  Bakı 

şəhərində təşkil olunur, onun yurisdiksiyası respublikanın bütün 

ərazisinə .şamil edilir. 



10.2.

 

Ali Məhkənıonin tərkibi və təşkili 

AH  Məhkəmənin  tərkibinə  Məhkəmənin  sədri,  onun 

müavinləri və hakimləri daxildirlər. 

Ali  Məhkəmənin  hakimlərini  Azərbaycan  Respublikası 

Prezidentinin  təqdimatı  ilə  Azərbaycan  Respublikasının  Milli 

Məclisi təyin edir. Ali Məhkəmənin hakimi vəzifəsinə ali hüquq 

təhsili və hüquqşünas ixtisası üzrə 5 ildən az olmayaraq iş stajı 

olan şəxslər təyin  edilə  bilərlər. Onlar həm  də  yüksək mənəvi 

tələblərə  cavab  verməli,  müvafiq  həyat  təcrübəsinə  malik 

olmalıdırlar (yaşı 30-dan aşağı olmamaqla). 

Ali  Məhkəmənin  hakimləri  digər  məhkəmələrin  hakimləri 

kimi məhkəmə hakimiyyətinin daşıyıcısı olub, öz fəaliyyətində 

müstəqildirlər  və  yalnız  qanuna  tabedirlər.  Onlara  tutduqları 

vəzifədən,  iş  stajından  və  qanunla  nəzərdə  tutulmuş  hallardan 

asılı olaraq ixtisas dərəcələri verilir. 

Ali  Məhkəmə sədrinin səlahiyyətləri. Ali Məhkəmədə işin 

təşkili ilk növbədə məhkəmənin sədrinə həvalə olunur. Onun 





.^= 

.,= 

746

 = 


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə