Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə46/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   42   43   44   45   46   47   48   49   ...   198

9.5.

 

Azərbaycan Respublikasının İqtisad Məhkəməsi 



Azərbaycan  Respublikasının  Konstitusiyasına  nıUvalıq 

olaraq  Azərbaycan  Respublikasının  İqtisad  Məhkəməsi 

iqtisadi  mübahisələrə  dair  işlər  üzrə  yuxarı  məhkəmə 

orqanıdır. 

İqtisad  Mohkonıosi  Bakı  şəhərində  təşkil  edilir,  onun  yu- 

risdiksiyası  Azərbaycan  Respublikasının  bütün  ərazisinə  şamil 

edilir. 


İqtisad Məhkəməsinin tərkibinə məhkəmənin sədri, sədr 

müavini,  hakimlər  daxildirlər.  İqtisad  Məhkəməsi  Rəyasət 

Heyətindən  və  işlərə  baxmaq  üçün  yaradılan  məhkəmə 

tərkiblərindən ibarətdir. 

İqtisad Məhkəməsi apellyasiya instansiyası kimi qanunla 

müəyyən  edilmiş  qaydada  yerli  iqtisad  məhkəmələrinin  və 

Beynəlxalq  müqavilələrdən  irəli  gələn  mübahisələrə  dair 

iqtisad  məhkəməsinin  işinə  nəzarət  edir,  bu  məhkəmələrin 

baxdığı  işlərə  dair  qərarlardan  verilmiş  apellyasiya 

şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxır. 

İqtisad təcrübəsini öyrənmək və təhlil etmək, qanunvericiliyi 

təkmilləşdirməyə 

dair 


təkliflər 

hazırlamaq, 

iqtisadi 

münasibətlərdə  hüquq  pozuntularının  qarşısının  alınması 

məqsədi ilə tədbirlər müəyyən elmək, məhkəmənin fəaliyyəti ilə 

bağlı  digər  funksiyaları  yerinə  yetirmək  üçün  İqtisad 



Məhkəməsində şöbələr və başqa bölmələr yaradılır. 

İqtisad  Məhkəməsi  tərkiblərində  və  şöbələrdə  baş,  böyük 

məsləhətçilər və digər mütəxəssislər, qulluqçular və kiçik xidmət 

işçiləri olur. 

Təsərrüfat  mübahisələrini  həll  edən  orqanlara  iqtisad 

təcrübəsinin  formalaşması,  qanunvericiliyi  təkmilləşdirmək 

barədə təkliflərin işlənməsi və məlumatların hazırlanması, habelə 

hüquq  pozuntularının  qarşısının  alınması  və  aşkara  çıxarılmış 

pozuntuların  aradan  qaldırılması  ilə  bağlı  məsələlərə  dair  elmi 

surətdə  əsaslandırılmış  tövsiyələr  hazırlamaq  üçün  İqtisad 

Məhkəməsi yanında elmi-məsləhət şurası yaradılır. 

■ -== = 



-.-=uo =

 



9.6.

 

İqtisad Məhkənıosi Rəyasət Heyətinin tərkibi



onun səlahiyyətləri və iş qaydası 

İqtisad Məhkomosinin fəaliyyətində Rəyasət Heyəti mühüm 

yer tutur. 

İqtisad  Məhkəməsi  Rəyasət  Heyəti  İqtisad  Məhkəməsinin 

sədrindən,  onun  müavinindən  və  məhkəmə  tərkiblərinin 

sədrlərindən ibarət tərkibdə fəaliyyət göstərir. 

İqtisad  Məhkəməsi  Rəyasət  Heyətinin  tərkibinə  daxil  olan 

şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır. 

İqtisad Məhkəməsi Rəyasət Heyəti: 

Azərbaycan Respublikasının iqtisad məhkəmələrində ədalət 

mühakiməsinin  həyata  keçirilməsi  vəziyyətinə  dair  İqtisad 

Məhkəməsi  sədrinin  və  onun  müavininin,  yerli  iqtisad 

məhkəməsi sədrlərinin və Beynəlxalq müqavilələrdən irəli gələn 

mübahisələrə  dair  iqtisad  məhkəməsi  sədrinin  məlumatlarını 

dinləyir, işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və 

məhkəmə 


statistikasının 

təhlili 


materiallarına 

baxır, 


qanunvericiliyin  tətbiqi  təcrübəsinə  dair  bu  məhkəmələrin 

məlumatlarını dinləyir; 

qanunla  müəyyən  edilmiş  qaydada  qanunvericilik  və  digər 

normativ aktların Azərbaycan Respublikasının Konstitusiyasına 

və qanunlarına uyğunsuzluğu barədə Konstitusiya 'Məhkəməsinə 

sorğu verilməsi üçün Ali Məhkəməyə müraciət edir

İqtisad  Məhkəməsi  hakimlərinin  sırasından  məhkəmə 

tərkiblərini təsdiq edir

qanunvericilik aktlarının düzgün tətbiq edilməsi barədə yerli 

iqtisad  məhkəmələri  və  beynəlxalq  müqavilələrdən  irəli  gələn 

mübahisələrə  dair  iqtisad  məhkəməsinə  metodik  köməklik 

göstərir; 

Azərbaycan Respublikası qanunvericiliyi ilə ona aid edilmiş 

digər səlahiyyətləri həyata keçirir. 





141

^=- 


iqtisad  Mohkomosi  Rəyasət  Heyətinin  iş  qaydası  belədir: 

İqtisad  Məhkəməsinin  Rəyasət  Heyətinin  iclasları  üç  ayda  bir 

dəfədən  az  olmayaraq  keçirilir.  Məhkəmənin  sədri  iclaslara 

sədrlik edir. Azərbaycan Respublikasının Baş Prokuroru, ədliyyə 

naziri  və  digər  şəxslər  bu  məhkəmələrin  Rəyasət  Heyətinin 

iclaslarına dəvət oluna bilərlər. 

Rəyasət  Heyətin  iclasının  keçirilmə  vaxtı  və  müzakirəyə 

çıxarılan məsələlər barədə onun üzvlərinə iclasa ən geci 10 gün 

qalmış  məlumat  verilir,  qərar  layihələri  və  başqa  materiallar 

onlara əvvəlcədən təqdim olunur. İqtisad Məhkəməsinin Rəyasət 

Heyətinin üçdə iki hissəsi iştirak etdikdə onun iclası səlahiyyətli 

sayılır. Qərarlar açıq səsvermə yolu ilə, səsvermədə iştirak edən 

üzvlərinin  səs  çoxluğu  ilə  qəbul  olunur.  Sədrlik  edən  başqa 

hakimlərlə  yanaşı  səsvermədə  iştirak  edir  və  axırıncı  səs  verir, 

qəbul olunmuş qərarları və iclas protokollarını imzalayır. 

Məhkəmənin  katibliyi  Rəyasət  Heyəti  iclaslarının 

hazırlanmasına  dair  təşkilati  işləri  həyata  keçirir,  protokolun 

aparılmasını təmin edir, qəbul edilmiş qərarların icrası üçün digər 

zəruri tədbirlər görür. 

9.7.


 

İqtisad məhkəməsi sədrinin və sədr müavininin 

səlahiyyətləri 

İqtisad  Məhkəməsində  işin  təşkili  onun  sədrinə  həvalə 

olunur.  Məhkəmənin  gündəlik  işi  təsdiq  olunmuş  planlar  üzrə 

aparılır. 

Sədr  məhkəmə  iclaslarına  sədrlik  edir,  işlərin  həcmini  və 

miqdarını  nəzərə  alaraq  məhkəmə  tərkibləri  arasında  işləri 

bölüşdürür, məhkəmə tərkiblərinin təşkil edilməsinə dair Rəyasət 

Heyətinə təkliflər verir. 

İqtisad  Məhkəməsinin  sədri  məhkəmə  katibliyinin  işinə 

rəhbərlik edir. O, katibliyin işçilərinin işə götürülməsi və iş- 





■ 



142

^

  ------------  =■ 


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə