Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə42/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   38   39   40   41   42   43   44   45   ...   198

Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə müharibə və 

hərbi xidmət əleyhinə olan ağır və xüsusilə ağır cinayətlərə dair 

işlərə  və  digər  materiallara  baxır.  Hərbi  xidmət  əlehinə  olan 

cinayət hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilmişsə, 

onun  barəsində  işə  də  ağır  cinayətlərə  dair  işlər  üzrə  hərbi 

məhkəmə tərəfindən baxılır. 

Ağır  cinayətlərə  dair  işlər  üzrə  hərbi  məhkəməyə  yalnız 

məhkəmənin fəaliyyət  dairəsində baş vermiş  cinayətlərlə bağlı 

işlər aiddir. Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə ona 

aid  cinayət  işləri  ilə  hərbi  məhkəmələrə,  rayon  (şəhər) 

məhkəmələrinə və ya ağır cinayətlərə dair işlər üzrə məhkəməyə 

aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə baxır. (CPM, 

m. 70, 74). 

Ağır  cinayətlərə  dair  işlər  üzrə  hərbi  məhkəmə  təşkilati 

funksiyalardan  isə  digər  məhkəmələr  kimi  məhkəmə 

statistikasını  təhlil  edir,  məhkəmə  təcrübəsini  öyrənir  və 

ümumiləşdirir,  qanunvericiliklə  ona  aid  edilmiş  digər 

səlahiyyətləri həyata keçirir. 

Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə Azərbaycan 

Respublikasının  paytaxtı  Bakı  şəhərində  təşkil  edilir,  onun 

yurisdiksiyası  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələri 

qarnizonlarının bütün hərbi hissələrinə şamil edilir. 

Ağır  cinayətlərə  dair  işlər  üzrə  hərbi  məhkəmə  sədrdən, 

onun  müavinləri  və  hakimlərdən  ibarətdir.  Hakimlərin  sayını 

Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir. 

Qanunla  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  ağır 

cinayətlərə dair işlərə birinci instansiya üzrə baxılması üçün bu 

məhkəmənin tərkibindən andhlar məhkəməsi yaradıla bilər. 

Ağır  cinayətlərə dair i.şlər üzrə hərbi məhkəmə tərəfindən 

baxılmış işlərə dair qərarlardan verilmiş apellyasiya şikayətləri 

və apellyasiya protestləri üzrə işlərə Apellyasiya Məhkəməsinin 

hərbi məhkəmələrin işləri üzrə kollegiyası baxır. 

Kassasiya  şikayətləri  və  prosesləri  üzrə  işlərə  müvatıq 

olaraq  Ali  Məhkəmənin  hərbi  məhkəmələrin  işləri  üzrə 

kollegiyasında baxılır. 

 --------   ................................... 

"=128

 ----------------- 

 



IX

 

FƏSİL 

Az

ərbaycan Respublikasının iqtisad mə

hk

ə

m

ə

l

ə

ri 

9.1. Azərbaycan Respublikasının iqtisad məhkənıələrinin 

məhkəmə sistemində yeri, onların təşkili, vəzifələri

səlahiyyətləri və tərkibi 

Hal-hazırda fəaliyyət göstərən iqtisad məhkəmələri 1992- ci 

ildə  ləğv  olunmuş  dövlət  arbitrajlarının  və  nazirliklərin, 

komitələrin,  birliklərin,  habelə  müəssisə  və  təşkilatların 

tərkibində olan dövlət arbitrajlarının əvəzinə yaradılmışdır. Onlar 

Azərbaycan Respublikasının məhkəmə sisteminin tərkib hissəsi 

olmaqla  yanaşı  aidiyyətində  olan  işlərə  görə  bu  sistemin  digər 

qolları  ilə  birbaşa  bağlı  deyildir.  İqtisad  məhkəmələri 

ixtisaslaşdırılmış məhkəmələrə aiddir. 

Azərbaycan 

Respublikasında 

iqtisad 

məhkəmələri 

tabeliyindən  asılı  olmayaraq  hüquqi  şəxs  olan  dövlət  və 

qeyri-dövlət  müəssisələri,  idarələr  və  təşkilatlar,  sahibkarlar, 

Azərbaycan  Respublikasının  və  digər  dövlətlərin  birgə 

müəssisələri  və  beynəlxalq  birlikləri,  dövlət  orqanları  və  başqa 

orqanlar  arasında  iqtisadi  mübahisələri  həll  etmək  yolu  ilə  öz 

səlahiyyətləri daxilində məhkəmə hakimiyyətini həyata keçirir. 

Hüquqi  şəxslərin  və  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq 

fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxslərin  öz  pozulmuş  və  ya 

mübahisəli  hüquqlarını,  yaxud  qanuni  mənafelərini  qorumaq 

üçün  aidiyyəti  üzrə  Azərbaycan  Respublikasının  iqtisad 

məhkəmələrinə müraciət etmək hüququ vardır. 

Azərbaycan Respublikasının iqtisad məhkəmələrinin təşkili, 

fəaliyyət  qaydası  və  səlahiyyəti  Azərbaycan  Respublikasının 

Konstitusiyası,  «IVlolıkənıəlor  və  hakimlər  haqqında» 

Azərbaycan 

Respublikasının 

Qanunu 

və 


Azərbaycan 

Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir. 



- - ^=129

 =

 



Mübahisə  iqtisad  məhkəməsinə  verilməzdən  əvvəl  tərəflər 

qanunvericilikdə müəyyən olunmuş qaydada mübahisənin həlli 

üçün bütün tədbirləri görməlidirlər. 

İqtisad məhkəmələrinin vəzifələri aşağıdakılardır: 

-

 

ədalət  mühakiməsini  həyata  keçirmək  yolu  ilə  hüquq 



münasibətlərinin subyektləri olan hüquqi şəxslərin hüquqlarının 

və qanunla qorunan mənafelərinin müdafiəsini təmin etmək

-

 

təsərrüfat 



münasibətlərində 

qanunvericiliyə 

əməl 

olunmasına hüquqi vasitələrlə kömək etmək



-

 

təsərrüfat  mübahisələrinin  həlli  zamanı  qanunvericiliyin 



eyni cür və düzgün tətbiqini təmin etmək və s. 

İqtisad  məhkəməsi  iqtisadi  münasibətlərdə  hüquq 

pozuntularının  qarşısını  almaq  sahəsində  iş  aparır  və  bu 

məqsədlə: 

iqtisadi  münasibətlərdə  hüquq  pozuntularının  səbəblərini 

səciyyələndirən  məlumat  və  materialların  sistemli  təhlilini 

aparır, bu pozuntuları aradan qaldırmaq üçün tədbirlər hazırlayır 

və öz səlahiyyəti daxilində həyata keçirir

aşkara çıxarılmış hüquq pozuntuları və onları doğuran hallar 

barədə  müvafiq  tədbirlər  görülməsini  tələb  edən  xüsusi 

qərardadları  təşkilatların  rəhbərlərinə,  dövlət  orqanlarına  və 

digər  orqanlara  göndərir.  Onlar  isə  xüsusi  qərardadla  əlaqədar 

lazımi  tədbirlər  görüldüyü  barədə  bir  aydan  gec  olmayaraq 

iqtisad  məhkəməsinə  cavab  verməlidirlər.  Aşkara  çıxarılmış 

hüquq  pozuntuları  barədə  zəruri  hallarda  prokurorluq 

orqanlarına məlumat göndərilir. 

İqtisad  məhkəmələri  aşağıdakıların  ərizəsinə  əsasən  iş 

qaldırır: 

1)

 

öz  hüququnun  və  ya  qanunla  qorunan  mənafeyinin 



müdafiəsi  üçün  müraciət  edən  Azərbaycan  Respublikasının 

hüquc]i  şəxs  olan  müəssisəsinin,  idarəsinin  və  ya  təşkilatının, 

hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan 

Azərbaycan  Respublikası  vətəndaşının,  habelə  vətəndaşlığı 

olmayan şəxsin; 

—130

 ------------------  ............ 

 



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə