Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə41/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   37   38   39   40   41   42   43   44   ...   198

torkibli  hərbi  məhkəmənin  hakimi  vəzifələrini  yerinə  yetirə 

bilmədikdə  isə,  onun  vəzifələrinin  icrası  ədliyyə  naziri 

tərəfindən  müvəqqəti  olaraq  başqa  hərbi  məhkəmənin 

hakimlərindən birinə həvalə edilir. 



8.3.

 

Hərbi ınəlıkəmə hakimlərinin hüquq və vəzifələri 

30 yaşına çatan, həqiqi hərbi xidmətdə olan, ali hüquq təhsili 

və zabit heyətinə aid əsgəri rütbəsi olan vətəndaşlar Azərbaycan 

Respublikasının  qanunvericiliyində  müəyyən  edilmiş  qaydada 

hərbi məhkəmələrin hakimləri, hərbi kollegiyaya daxil olan Ali 

Məhkəmənin üzvləri təyin edilirlər. 

Hərbi  məhkəmələrin  hakimlərinə  ədalət  mühakiməsini 

həyata  keçirmək  üçün  zəruri  olan  və  Azərbaycan 

Respublikasının qanunvericiliyində müəyyən edilən hakimiyyət 

səlahiyyətləri verilir. 

Hərbi  məhkəmə  hakimlərinin  həm  də  aşağıdakı  hüquqları 

vardır: 


qanunla  ona  tapşırılmış  vəzifələrin  həyata  keçirilməsi  ilə 

bağlı  olan  sərəncamları  icra  etməyi  hərbi  idarəetmə 

orqanlarından,  hərbi  hissələrin  və  idarələrin  komandirlərindən 

(rəislərindən), digər vəzifəli şəxslərdən, hərbi qulluqçulardan və 

başqa vətəndaşlardan tələb etmək

qanun  pozuntularının  və  ya  hüquq  pozuntularına  kömək 

edən  səbəblərin  və  şəraitin  aradan  qaldırılması  barədə  hərbi 

idarəetmə  orqanlarına,  hərbi  hissələrin  və  idarələrin 

komandirlərinə (rəislərinə), digər vəzifəli şəxslərə, habelə dövlət 

orqanlarına və ictimai təşkilatlara təqdimatlar vermək; 

hərbi idarəetmə orqanlarından, hərbi hissələrin və idarələrin 

komandirlərindən (rəislərindən), dövlət və ictimai orqanlardan, 

elmi  idarələrdən  və  informasiya  mərkəzlərindən  ədalət 

mühakiməsinin  həyata  keçirilməsi  üçün  zəruri  olan  məlumatı 

tələb edib almaq



^

125






respublikanın  Ali  Mohkomosino  qanunvericiliyin  tətbiqi 

məsələləri nə dair təkliflər vermək. 

Hərbi  komandanlıq,  dövlət  orqanları,  ictimai  təşkilatlar  və 

vəzifəli şəxslər hərbi hakimlərin məhkəmə fəaliyyətinin həyata 

keçirilməsi  ilə  əlaqədar  tələblərini  və  sərəncamlarını  yerinə 

yetirməyə, onların təqdimatlarına və sorğularına vaxtında cavab 

verməyə  borcludurlar.  Bundan  əlavə,  onlar  hərbi  məhkəmə 

hakiminin  təqdimatına  təxirə  salmadan  baxmalı,  qanun 

pozuntularının, hüquq pozuntularına kömək edən səbəblərin və 

şəraitin  aradan  qaldırılması  üçün  ən  geci  bir  ay  müddətində 

tədbirlər görməli və nəticəsi barədə müvafiq hərbi məhkəməyə 

məlumat verməlidirlər. 

Öz  növbəsində  hərbi  məhkəmə  hakimləri  digər  hakimlər 

kimi bir sıra vəzifələr daşıyırlar: 

-

 

onlar  cinayət  işlərinə  baxarkən  qanunların  tələblərini 



dəqiq icra etməli, vətəndaşların hüquq və azadlıqlarının, şərəf və 

ləyaqətinin,  cəmiyyətin  mənafeyinin  qorunmasını,  məhkəmə 

fəaliyyətinin  yüksək  mədəniyyətini  və  tərbiyələndirici  təsirini 

təmin etməli, ədalətli və insaflı olmalıdırlar; 

-

 

peşə  biliklərinin  səviyyəsini  artırmalı,  məhkəmə 



praktikasını öyrənməli və ümumiləşdirməli, hərbi qulluqçuların 

hüquq tərbiyəsi işində iştirak etməlidirlər

-

 

məhkəmədə  öz  vəzifələrini  yerinə  yetirərkən,  habelə 



xidmətdənkənar 

münasibətlərdə 

ədalət 

mühakiməsinin 



nüfuzuna,  hakimin  ləyaqətinə  xələl  gətirə  bilən  və  ya  onun 

obyektiv  və  qərəzsiz  olduğuna  şübhə  doğuran  nə  varsa, 

hamısından  çəkinməlidirlər.  Hakimlər  müşavirəsinin  sirrini  və 

qapalı  məhkəmə  iclaslarının  məlumatlarını  yaymağa  onların 

ixtiyarı yoxdur. 

Hərbi  məhkəmə,  hərbi  kollegiya  hakimlərinin  intizam 

məsuliyyətinə  cəlb  olunması,  hakimlərin  geri  çağırılması  və 

vaxtından  əvvəl  azad  edilməsi  məsələləri  Azərbaycan 

Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada’ 

həll olunur. 

= " - ■ 

—126

 



8.4.

 

Hərbi ınəhkəınələrin konıplektləşdirilməsi və 

maddi-texniki təminatı 

Hərbi  məhkəmələrin  hakimlərinin  sayını  Konstitusiyanın 

109-cu  maddəsinin  32-ci  bəndinə  uyğun  olaraq  Azərbaycan 

Respublikasının Prezidenti müəyyənləşdirir. 

Hərbi  məhkəmələrin  maliyyə  və  maddi-texniki  təminatı 

dövlət  büdcəsi  hesabına,  mühafizəsi  isə.  Ədliyyə  Nazirliyi 

tərəfindən həyata keçirilir. 

Hərbi məhkəmələrin və Ali  Məhkəmənin hərbi kollegiyası 

aparatının  işçilərini  hərbi  məhkəmələrin  sədrləri  və  hərbi 

kollegiyanın sədri hərbi qulluqçular sırasından vəzifəyə təyin edir 

və  vəzifədən  azad  edir.  Onlara  növbəti  əsgəri  rütbələr  qanunla 

müəyyən edilmiş müddətlər çatdıqda verilir. 

Hərbi məhkəmələrin və Ali  Məhkəmənin hərbi kollegiyası 

hakimlərinin  hərbi  xidmət  müddətinin  qurtarması  onların 

hakimlik səlahiyyətinə xitam verilməsi üçün əsas götürülmür. 

Hərbi  qulluqçu  olmayan  işçilərini  hərbi  məhkəmələrin 

sədrləri və hərbi kollegiyanın sədri ümumi əsaslarla işə qəbul edir 

və işdən azad edirlər. 

Bütün səviyyəli hərbi məhkəmələrdə köməkçi funksiyalarını 

yerinə  yetirən  və  məhkəmə  məsləhətçilərindən,  dəftərxana 

müdirlərindən, katiblərindən, məhkəmə iclaslarının katiblərindən 

ibarət aparatlar təşkil olunur. Onların həcmi və strukturu konkret 

məhkəmədə olan hakimlərin sayından, işin həcmindən asılı olur. 

8.5.

 

Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə 

Ağır  cinayətlərə  dair  işlər  üzrə  hərbi  məhkəmənin 

yaradılınası ilk dəfə 1997-ci ildə qəbul edilmiş «Məhkəmələr və 

hakimlər haqqında» Qanunda öz əksini tapmışdır. 

Ağır  cinayətlərə  dair  işlər  üzrə  hərbi  məhkəmə  birinci 

instansiya məhkəməsi qismində fəaliyyət göstərir. 

— 

127

^=

 

 ------------------ : -------------------  




Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə