Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə39/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   35   36   37   38   39   40   41   42   ...   198

Apellyasiya  Mohkəmosinin  kollegiyaları  qanunvericilik 

aktlarının  düzgün  tətbiq  edilməsi  üçün  həm  də  aşağıdakı 

məhkəmələrə metodik kömək göstərirlər. 

Kollegiyalar üzrə məhkəmə üzvlərini məhkəmənin Rəyasət 

Heyəti bölüşdürür. Bu halda məhkəmənin hər bir üzvünün bilik 

səviyyəsi, iş təcrübəsi və vərdişləri nəzərə alınır. 

Kollegiyalarda  işlərə  baxmaq  üçün  məhkəmə  tərkibləri 

yaradılır. Məhkəmənin sədri məhkəmə tərkiblərinin sədrini təyin 

edir,  o  isə  öz  növbəsində  məhkəmə  tərkibinin  üzvləri  arasında 

işləri bölüşdürür və məhkəmə iclaslarına sədrlik edir. 

Məhkəmə tərkiblərinə işlər müəyyən rayonlardan daxil olur. 

Tərkibin  daxilində  hər  bir  üzvünə  müəyyən  rayonlar  tapşırılır. 

Baxılmaq  üçün  daxil  olan  işlərin  belə  bölüşdürmə  qaydası 

aşağıdakı 

məhkəmələrin 

fəaliyyəti 

üzərində 

nəzarətin 

səmərəliliyini  artırır,  məhkəmənin  üzvlərinə  hər  bir  rayon 

məhkəməsinin işini yaxşı öyrənmək üçün imkan yaradır. 

Apellyasiya  Məhkəməsinin  kollegiyaları  həm  də  tə.şkilati 

funksiyaları  yerinə  yetirərək,  məhkəmə  statistikasını  təhlil  edir, 

məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, qanunvericiliklə 

onlara aid edilmiş digər səlahiyyətləri həyata keçirirlər. 

Apellyasiya  Məhkəməsi  kollegiyasının  sədri  müvafiq 

məhkəmə  kollegiyasının  iclaslarına  sədrlik  edir,  məhkəmə 

kollegiyasının  işinin  təşkilinə  rəhbərlik  edir;  məhkəmə 

statistikasının təhlili,  apellyasiya  məhkəmələrində  baxılmış işlər 

üzrə  məhkəmə  təcrübəsinin  öyrənilməsi  və  ümumiləşdirilməsi 

işini  təşkil  edir;  məhkəmə  təcrübəsinin  öyrənilməsi  və 

ümumiləşdirilməsi ilə  əlaqədar  məhkəmələrdən  işləri  tələb  edir; 

şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində 

məhkəmə kollegiyasının işini təşkil edir; qanunvericiliklə onlara 

aid edilmiş digər səlahiyyətləri həyata keçirir. 

Kollegiya sədri vəzifələrini yerinə  yetirə bilmədikdə, onun 

vəzifələrinin  icrası  məhkəmə  sədrin  sərəncamı  ilə  müvəqqəti 

olaraq həmin kollegiyanın hakimlərindən birinə həvalə edilir. 



VI II

 

FƏSİL 

H

ə

rbi m

ə

hk

ə

m

ə

l

ə

r v

ə

 

ağır cinayə

tl

ə

r

ə

 dair 

işlə

r üzr

ə

 h

ə

rbi m

ə

hk

ə

m

ə

 

8.1. Horbi məhkəmələrin Azərbaycan Respublikasının 

məhkəmə sistemində yeri və vəzifələri 

Hərbi  məhkəmələrin  təşkili  və  səlahiyyəti,  habelə  onların 

hakimlərinin  statusu  «Məhkəmələr  və  hakimlər  haqqında» 

Azərbaycan  Respublikasının  Qanunu  və  digər  qanunvericilik 

aktları ilə müəyyən edilir. 

Hərbi  məhkəmələr  qanunvericiliyə  uyğun  olaraq  ədalət 

mühakiməsinin  həyata  keçirilməsi  sahəsində  məhkəmələrə 

həvalə 


olunmuş 

işləri 


yerinə 

yetirərək 

Azərbaycan 

Respublikasının  təhlükəsizliyini,  onun  Silahlı  Qüvvələrinin, 

sərhəd  və  daxili  qoşunlarının  və  Azərbaycan  Respublikasının 

qanunvericiliyində  nəzərdə  tutulmuş  digər  hərbi  birləşmələrin 

döyüş qabiliyyətini və döyüşə hazırlığını, hərbi intizam və hərbi 

xidmətin müəyyən edilmiş qaydasını, hərbi qulluqçuların, habelə 

toplanışlara çağırılmış hərbi vəzifəlilərin və başqa vətəndaşların 

elan olunmuş və qanunla təminatı verilən sosial-iqtisadi, siyasi, 

şəxsi  hüquq  və  azadlıqlarını,  hərbi  hissələrin,  hərbi  tədris 

ocaqlarının,  hərbi  müəssisələrin,  idarələrin,  təşkilatların 

hüquqlarını və qanuni mənafelərini hər çür cinayətkar qəsdlərdən 

qorumaq vəzifəsi daşıyırlar. 

Hərbi  məhkəmələrin  bütün  fəaliyyəti  Silahlı  Qüvvələrdə, 

sərhəd  və  daxili  qoşunlarda,  Azərbaycan  Respublikasının 

qanunvericiliyində  nəzərdə  tutulmuş  digər  hərbi  birləşmələrdə 

qanunçuluğu 

və 

hüquq 


qaydasını 

hər 


vasitə 

ilə 


möhkəmləndirməyə,  hüquq  pozuntularının  qarşısını  almağa, 

hərbi qulluqçuların qanunları, hərbi andı və əsgəri nizamnamələri 

dəqiq və dönmədən icra etməyə, vətəndaşların hüquqlarına, 

=

120





 



şərəf və ləyaqətinə hörmət bəsləmək ruhunda tərbiyəsinə yönəldilir. 

Hərbi məhkəmələrin vəzifələrində mülki məhkəmələrlə bir 

sıra oxşarlıqlar vardır.  Belə ki,  məhkəmə hakimiyyətinin  digər 

orqanları kimi onlara da ədalət mühakiməsini həyata keçirmək, 

hərbi  qulluqçuların  və  onlara  bərabər  tutulan  vətəndaşların 

hüquq və azadlıqlarına toxunan vəzifəli şəxslərin hərəkətlərinin 

və  qərarlarının  qanuniliyini  yoxlamaq,  hökmlərin  və  digər 

məhkəmə qərarlarının icrasını təmin etmək həvalə olunmuşdur. 

Hərbi  məhkəmələri  mülki  məhkəmələrə  həm  də  onların 

fəaliyyətində  qanunçuluq  prinsipini  rəhbər  tutmağı  müəyyən 

edən  eyni  vəzifə  yaxınlaşdırır.  Hərbi  məhkəmələr,  bütün 

məhkəmələr  kimi,  Azərbaycan  Respublikası  Konstitusiyasının, 

digər  qanunvericilik  aktlarının  müddəalarına  dönmədən  riayət 

etməlidirlər, 

həmçinin 

Azərbaycan 

Respublikası 

Ali 


Məhkəməsinin  Plenumunun  izahatları  onlar  üçün  mütləqdir. 

Cinayət  işlərinin  icraatı  zamanı  hərbi  məhkəmələr  prosessual 

qanunvericiliklə  müəyyən  edilmiş  eyni  prosessual  qaydaları 

rəhbər tuturlar. Məsələn, hərbi məhkəmədə ittiham olunan şəxs 

mülki  məhkəmədəki  ittiham  olunan  şəxs  kimi  ona  qarşı  irəli 

sürülən ittihamdan müdafiə olunmaq üçün eyni və tam həcmdə 

bütün prosessual hüquqlara malikdir. 

Lakin  bütün  bu  oxşarlıqlarla  yanaşı,  hərbi  məhkəmələr 

mülki  məhkəmələrdən  bir  çox  xüsusiyyətlərlə  fərqlənirlər. 

Birincisi,  hərbi  məhkəmələrə  konstitusiya  nəzarəti,  bütün 

məhkəmələr  və  vəzifəli  şəxslər  üçün  məcburi  olan 

qanunvericiliyin  izah  edilməsi,  mülki,  iqtisadi  mübahisələrə, 

inzibati  xətalara  dair  işlərə  baxılması  səlahiyyətləri 

verilməmişdir. 

İkincisi, hərbi məhkəmələr məhkəmə hakimiyyətinin verdiyi 

səlahiyyətləri  çox  vaxt  tam  həcmdə  tətbiq  edə  bilmirlər. 

Məsələn,  onlar  ədalət  mühakiməsini  bütün  vətəndaşlara  qarşı 

həyata keçirmirlər. Həmçinin vəzifəli şəxslərin hərəkətlərinin və 

qərarlarının qanuniliyinin yoxlanılması üzrə hərbi məhkəmələrin 

fəaliyyəti də çərçivəyə salınmışdır. 



- - -  ------------------------------------  - — 

121

 



-

 --------------  = ^=- = 


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə