Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə38/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   34   35   36   37   38   39   40   41   ...   198

mohkomolorin,  habelo  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə birinci instansiya 

kollegiyası 

hakimlərinin 

mükafatlandırılması 

barədə 


Məhkəmə-Hüquq  Şurasına  təklif  verir.  O  həmçinin 

qanunvericilikdə  müəyyən  edilmiş  hallarda  və  qaydada  birinci 

instansiya  (Naxçıvan  Muxtar  Respublikası  rayon  (şəhər) 

məhkəmələri,  yerli  iqtisad  məhkəmələri  və  Beynəlxalq 

müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsi 

istisna olmaqla) məhkəmələrinin hakimlərinin, Naxçıvan Muxtar 

Respublikası  Ali  Məhkəməsinin  ağır  cinayətlərə  dair  işlər  üzrə 

birinci  instansiya  kollegiyası  hakimlərinin  və  Apellya-  siya 

Məhkəməsi  hakimlərnin  intizam  məsuliyyətinə  cəlb  edilməsi 

barədə  Məhkəmə-Hüquq  Şurasına  müraciət  edir.  Sədr  Ali 

Məhkəmənin  Plenumunda  göstərilən  məhkəmələrdə  ədalət 

mühakiməsinin  həyata  keçirilməsi  vəziyyətinə  dair  məlumat 

verir, habelə qanunvericiliklə ona aid edilmiş digər səlahiyyətləri 

həyata keçirir. 

Apellyasiya  Məhkəməsinin  sədr  müavini  məhkəmə 

iclaslarında  sədrlik  edir,  sədr  tərəfindən  müəyyən  edilmiş 

məsələləri  həll  edir,  sədrin  tapşırığı  ilə  onların  ayrı-ayrı 

səlahiyyətlərini  həyata  keçirir,  sədr  olmadıqda  və  ya  öz 

vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir, vətəndaşları 

şəxsən  qəbul  edir,  habelə  qanunvericiliklə  onlara  aid  edilmiş 

digər səlahiyyətləri həyata keçirir. 

Apellyasiya Məhkəməsi sədrinin müavini vəzifələrini yerinə 

yetirə bilmədikdə, onun vəzifələrinin icrası sədrin sərəncamı ilə 

müvəqqəti olaraq həmin məhkəmənin kollegiya sədrindən birinə 

həvalə edilir. 

7.3.

 

Apellyasiya Məhkəməsinin Rəyasət Heyətinin tərkibi

səlahiyyətləri və iş qaydası 

Apellyasiya  Məhkəməsinin  Rəyasət  Heyəti  məhkəmənin 

sədrindən, onun müavinindən və kollegiya sədrlərindən ibarət 

—116

 --------------- 

 



tərkibdə fəaliyyət göstərir. Onun tərkibinə daxil olan şəxslərin öz 

səlahiyyətləri daxilində bərabər hüquqları vardır. 

Məhkəmə  işlərinə  verilmiş  protestlərə  baxmaqla  yanaşı 

Rəyasət Heyəti həm də təşkilati məsələləri həll edir. 

Belə ki, ApcIIyasiya Məhkəməsinin Rəyasət Heyəti: 

məhkəmənin hakimləri sırasından məhkəmə kollegiyalarının 

tərkiblərini təşkil edir

məhkəmə kollegiyalarının fəaliyyəti haqqında kollegiyaların 

sədrlərinin hesabatlarını dinləyir; 

qanunla  müəyyən  edilmiş  qaydada  qanunvericilik  və  digər 

normativ aktların Azərbaycan Respublikasının Konstitusiyasına 

və qanunlarına uyğunsuzluğu barədə Konstitusiya Məhkəməsinə 

sorğu verilməsi üçün Ali Məhkəməyə müraciət edir

Apellyasiya  Məhkəməsində  baxılan  işlər  üzrə  məhkəmə 

təcrübəsinin  ümumiləşdirilməsi  və  məhkəmə  statistikasının 

təhlili barədə materiallara baxır; 

Azərbaycan  Respublikası  qanunvericiliyinin  tətbiqinin 

məhkəmə  təcrübəsinə  dair  məsələləri  üzrə  Naxçıvan  Muxtar 

Respublikası  Ali  Məhkəməsinin  ağır  cinayətlərə  dair  işlər  üzrə 

birinci instansiya kollegiyası sədrinin, ağır cinayətlərə dair işlər 

üzrə  məhkəmənin,  ağır  cinayətlərə  dair  işlər  üzrə  hərbi 

məhkəmənin, 

hərbi 

məhkəmələrin 



və 

rayon 


(şəhər) 

məhkəmələrinin  sədrlərinin  (Naxçıvan  Muxtar  Respublikasının 

rayon  (şəhər)  məhkəmələri  istisna  olmaqla)  məlumatlarını 

dinləyir; bu məhkəmələrə qanunvericilik aktlarının düzgün tətbiq 

edilməsi barədə metodik köməklik göstərir

qanunvericiliklə ona aid edilmiş digər səlahiyyətləri həyata 

keçirir. 

Apellyasiya  Məhkəməsinin  Rəyasət  Heyətinin  iş  qaydası 

belədir.  Rəyasət  Heyətinin  iclasları  üç  ayda  bir  dəfədən  az 

olmayaraq  keçirilir.  Məhkəmənin  sədri  Rəyasət  Hey»ətinin 

iclaslarına sədrlik edir. 



^.= 



117

=,,.

 

■ 





 


Azərbaycan Respublikasının Baş Prokuroru,  Ədliyyə naziri 

və digər şəxslər bu məhkəmələrin Rəyasət Heyətinin iclaslarına 

dəvət oluna bilərlər. 

Rəyasət  Heyətinin  iclasının  keçirilmə  vaxtı  və  müzakirəyə 

çıxarılan məsələlər barədə onun üzvlərinə iclasa ən geci 10 gün 

qalmış  məlumat  verilir,  qərar  layihələri  və  başqa  materiallar 

onlara əvvəlcədən təqdim olunur. 

Apellyasiya  Məhkəməsinin  Rəyasət  Heyətinin  azı  üç  üzvü 

iştirak etdikdə onun iclası səlahiyyətli sayılır. Rəyasət Heyətinin 

qərarları  açıq  səsvermə  yolu  ilə,  səsvermədə  iştirak  edən 

üzvlərinin  səs  çoxluğu  ilə  qəbul  olunur.  Sədrlik  edən  başqa 

hakimlərlə  yanaşı  səsvermədə  iştirak  edir  və  axırıncı  səs  verir, 

qəbul olunmuş qərarları və iclas protokollarını imzalayır. 

Məhkəmənin 

katibliyi 

Rəyasət 


Heyəti 

iclaslarının 

hazırlanmasına  dair  təşkilati  işləri  həyata  keçirir,  protokolun 

aparılmasını təmin edir, qəbul edilmiş qərarların icrası üçün digər 

zəruri tədbirlər görür. 

7.4.

 

Apellyasiya Məhkəməsi kollegiyalarının və kollegiya 

sədrlərinin səlahiyyətləri və işinin xüsusiyyətləri 

Məhkəmə kollegiyalarına sədr başçılıq edir. O, həm də çox 

vaxt məhkəmə sədrinin müavini olur. 

Apellyasiya  Məhkəməsinin  kollegiyaları 

apellyasiya 

instansiyası  məhkəməsi  kimi  rayon  (şəhər)  məhkəmələri 

(Naxçıvan  Muxtar  Respublikasının  rayon  (şəhər)  məhkəmələri 

istisna  olmaqla),  hərbi  məhkəmələr,  ağır  cinayətlərə  dair  işlər 

üzrə  məhkəmə,  ağır  cinayətlərə  dair  işlər  üzrə  hərbi  məhkəmə, 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məhkəməsinin  ağır 

cinayətlərə dair işlər üzrə birinci instansiya kollegiyası tərəfindən 

baxılmış işlər üzrə qərarlardan verilmiş apellyasiya şikayətləri və 

apellyasiya protestləri üzrə işlərə baxır. 

— ^ —

118

— 



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə