Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə49/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   45   46   47   48   49   50   51   52   ...   198

Bu funksiyaların həyata keçirilməsi Ali Məhkəməyə imkan 

verir  ki,  o  həm  məhkəmələr,  həm  də  digər  dövlət  hakimiyyəti 

orqanları,  ictimai  birliklər,  vəzifəli  şəxslər  tərəfindən  konkret 

qanunların tətbiq edilmə təcrübəsinə lazımi istiqamətdə fəal təsir 

göstərsin. Plenumun verdiyi izahatlar konkret qanunların tətbiqi 

üzrə məhkəmələrin ümumiləşdirilmiş təcrübəsinə əsaslanır, onun 

mənasını əks edir və müvafiq qanunların gələcəkdə düzgün tətbiq 

edilməsi  üçün  istiqamət  verir.  Müəyyən  qanun  üzrə  verilmiş 

izahatlar bu qanunu tətbiq edən orqanlar üçün mütləqdir. 

Ali Məhkəmədə kassasiya qaydasında işlərə baxılması üçün 

Ali  Məhkəmə  sədrinin  təklifinə  əsasən  Ali  Məhkəmənin 

Plenumunda  kollegiyaların  tərkibi  təşkil  edilir  və  hakimlər 

kollegiyalar  üzrə  müəyyən  edilir.  Plenum  həm  də  qanunla 

müəyyən  edilmiş  hallarda  və  qaydada  Ali  Məhkəmə  sədrinin 

təqdimatı, Azərbaycan Respublikası Baş prokurorunun protesti və 

ya müdafiə tərəfinin şikayəti əsasında əlavə kassasiya işlərinə və 

yaxud yeni açılmış hallar üzrə işlərə baxır. 

Kassasiya  qaydasında,  əlavə  kassasiya  işlərinə  və  yeni 

açılmış  hallarla  işlərə  baxarkən  Ali  IVləiıkəınə  ınəiıkəınə 

qərarlarını  ləğv  etməklə  və  ya  dəyişdirməklə  onlarda  olan 

səhvləri  düzəldir  və  bununla  məhkəmə  təcrübəsinin 

dürüstlüyünü  təmin  edir,  həm  məhkəmələr,  həm  də  dövlət 

orqanları  tərətındən  qa-  nunçuluğun  tələblərinə  dönmədən 

riayət  olnıımasma  şərait  yaradır,  vətəndaşların  hüquq  və 

qanuni mənafelərini müdalıə edir. 

Ali 

Məhkəmənin 

bundan 

başqa 

Azərbaycan 

Respublikası  Konstitusiyası  ilə  ona  verilmiş  qanunvericilik 

təşəbbüsü  də  vardır.  Plenum  Azərbaycan  Respublikası  Milli 

Məclisinə  qanunvericilik  təşəbbüsü  ilə  müraciət  etmək  barədə 

məsələlərə baxır və qərar qəbul edir. 

Bu  funksiyanın  çox  böyük  əhəmiyyəti  vardır.  Məhz  Ali 

Məhkəmə  elə  bir  dövlət  orqanıdır  ki,  o,  daim  qanunların  tətbiq 

edilmə təcrübəsi ilə rastlaşır və bu qanunların necə təsir 



  ----- 

150

=^-^- 


göstərməsi,  onların  çatışmazlıqları  və  boşlııqları  barədə  geniş 

informasiya  mənbəyidir.  Belə  informasiyaya  əsaslanaraq  onun 

qanunvericilik  işinə  səmərəli  köməklik  göstərmək,  bu  işdə  olan 

boşİLiqlara diqqəti cəlb etmək imkanları vardır. 

Ali  Məhkəmənin  Plenumunun  mühüm  səlahiyyətlərindən 

biri  ondan  ibarətdir  ki,  Plenum  Azərbaycan  Respublikası 

Konstitusiyasına  müvafiq  olarac]  Azərbaycan  Respublikası 

hakimləri cinayət törətdikdə, onların vəzifədən kənarlaşdırıl- ması 

barədə Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxır və 

sorğu  verildikdən  sonra  30  gün  müddətində  müvafiq  rəyi 

Azərbaycan Respublikası Prezidentinə təqdim edir. 

Plenumda  Ali  Məhkəmə  sədrinin  təqdimatına  əsasən 

Məhkəmə  yanında  Elmi-məsləhət  Şurasının  Əsasnaməsi  və 

tərkibi  təsdiq  edilir.  Elmi-məsləhət  Şurası  qanunların  düzgün 

tətbiq  olunması,  qanunvericiliyin  təkmilləşdirilməsi  və  elmi 

təkliflərin  hazırlanması  məqsədi  ilə  Ali  Məhkəmənin  yanında 

fəaliyyət göstərir. 

Bunlardan başqa Plenum

Ali  Məhkəmənin  Plenumunun  izahatlarının  Azərbaycan 

Respublikası  Konstitusiyasına  və  qanunlarına  uyğunsuzluğu 

barədə hakimlərin və vətəndaşların müraciətlərinə baxır; 

məhkəmələr  tərəfindən  baxılan  işlər  üzrə  tətbiq  edilən 

normativ  aktlarda  şəxslərin  hüquq  və  azadlıqlarının  pozulması 

barədə onların müraciətlərinə əsasən Konstitusiya Məhkəməsinə 

sorğu  verir  (bu  halda  məhkəmə  icraatı  Konstitusiya 

Məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək dayandırılır); 

hakimlərin  müraciətinə  əsasən  Azərbaycan  Respublikası 

Konstitusiya Məhkəməsinə sorğu verir; 

Azərbaycan Respublikası hakimlərinin andını qəbul edir; 

Ali  Məhkəmənin  intizam  kollegiyasının  qərarlarından 

verilmiş  şikayətlərə  dair  Ali  Məhkəmənin  hakimlərindən  ibarət 

müvafiq komissiya yaradır; 



=151== 






qanunvericiliklə ona aid edilmiş digər səlahiyyətləri  həyala 

keçirir. 

Ali Məhkəmənin Plenumıınun iş qaydası. Ali  Məhkəmənin 

Plenumu  üç  ayda  bir  dəfədən  az  olmayaraq  çağırılır.  Ali 

Məhkəmənin sədri Plenumunun iclaslarına sədrlik edir. İclaslarda 

Azərbaycan  Respublikasının  baş  prokuroru  və  ədliyyə  naziri 

iştirak edirlər. Plenumun iclaslarında əlavə kassasiya qaydasında 

və ya yeni açılmış hallar üzrə işlərə baxılmasında müdafiə tərəfin 

iştirakı təmin edilir, habelə digər şəxslər də dəvət oluna bilərlər. 

Plenumunun  çağırılması  vaxtı  və  müzakirəyə  çıxarılan 

məsələlər  barədə  onun  üzvlərinə  və  iştirak  edən  digər  şəxslərə 

Plenuma ən keci 10 gün qalmış məlumat verilir, qərar layihələri 

və başqa materiallar onlara təqdim olunur. Plenumun üzvlərinin 

üçdə iki hissəsi iştirak etdikdə, onun iclası səlahiyyətli sayılır. 

Ali  Məhkəmənin Plenumunun qərarları  açıq  səsvermə  yolu 

ilə  səsvermədə  iştirak  edənlərin  səs  çoxluğu  ilə  qəbul  olunur. 

Plenumun  üzvləri  məhkəmə  işləri  üzrə  səsvermədə  bitərəf  qala 

bilməzlər.  Plenuma  sədrlik  edən  ba.şqa  hakimlərlə  yanaşı 

səsvermədə  iştirak  edir  və  axırıncı  səs  verir.  Ali  Məhkəmənin 

Plenumunun  işində  iştirak  edən  digər  .şəxslər,  həmçinin  Ali 

Məhkəmənin  sədri  məhkəmə  qərarlarından  əlavə  kassasiya 

qaydasında  və  yeni  açılmış  hallara  görə  Ali  Məhkəmənin 

Plenumuna  verdiyi  təqdimatlarla  əlaqədar  baxılan  işlər  üzrə 

səsvermədə iştirak elmirlər. 

Plenum baxılan məsələlər üzrə qərarlar qəbul edir. Plenumun 

qərarlarını və iclas protokollarını iclasa sədrlik edən imzalayır. 

Ali  Məhkəmənin  katibliyi  Plenumunun  iclaslarının 

hazırlanmasına  dair  ləşkilati  işləri  həyala  keçirir,  protokolun 

aparılmasını  təmin  edir.  Plenumun  qəbul  etdiyi  qərarların  icrası 

üçün zəruri işlər görür. 




Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə