Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə45/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   41   42   43   44   45   46   47   48   ...   198

moloıində  baxılır.  Tosorrüfal  müqaviblorinin  icrası  zamanı  və 

digər  əsaslar  üzrə  yaranan  mübahisələrə  cavabdehin  olduğu 

yerin iqtisad məhkəmələrində baxılır. 

İşdə  müxtəlif  dövlətlərin,  respublika  tabeli  şəhərlərin, 

rayonların  ərazisində  olan  cavabdehlərin  iştirak  etdiyi  hallarda 

mübahisəyə iddiaçının arzusu ilə cavabdehlərdən birinin olduğu 

yerin iqtisad məhkəməsində baxılır. 

Keyfiyyətsiz  və  ya  komplektsiz  məhsul  tədarükü  ilə 

əlaqədar  bir  neçə  cavabdehin  iştirak  etdiyi  mübahisələrə 

məhsulu  hazırlayan  cavabdehin  olduğu  yerin,  məhsul  bir  neçə 

istehsalçı  tərəfindən  buraxılmış  olduqda  isə,  məhsulu  tədarük 

edən cavabdehin olduğu yerin iqtisad məhkəməsində baxılır. 

Məhsulun  əskik  gəlməsi  ilə  əlaqədar  bir  neçə  cavabdehin 

iştirak  etdiyi  mübahisələrə  məhsulu  göndərənin  olduğu  yerin 

iqtisad  məhkəməsində  baxılır.  İstehsalçının  tarası  və  qabı 

açılmadan  yenidən  göndərilmiş  məhsulun  əskik  gəlməsi  ilə 

əlaqədar  mübahisələrə  istehsalçının  olduğu  yerin,  bir  neçə 

istehsalçının buraxdığı məhsulun yenidən göndərildiyi hallarda 

isə,  alınmış  məhsulu  göndərənin  olduğu  yerin  iqtisad 

məhkəməsində baxılır. 

Yükdaşıma müqavilələrindən yaranan, cavabdehlərdən biri 

nəqliyyat  təşkilatının  olduğu  yerin  iqtisad  məhkəməsində 

baxılır. 

Tərəflərdən  biri  ticarət  təşkilatı  olduqda,  müqavilələrin 

bağlanması, dəyişdirilməsi, ləğv olunması və icrası, məhsulların 

ixracı və idxalı ilə əlaqədar yaranan mübahisələrə (o cümlədən 

yükdaşıma  müqavilələrindən  irəli  gələn  mübahisələrə)  xarici 

ticarət təşkilatının olduğu yerin iqtisad məhkəməsində baxılır. 

Beynəlxalq  müqavilələrdən  irəli  gələn  mübahisələrə  dair 

iqtisad  məhkəməsi  Azərbaycan  Respublikasının  paytaxtı  Bakı 

şəhərində  təşkil  olunur,  onun  yurisdiksiyası  Azərbaycan 

Respublikasının bütün ərazisinə şamil edilir. 

Beynəlxalq  müqavilələrdən  irəli  gələn  mübahisələrə  dair 

iqtisad məhkəməsi Azərbaycan Respublikasının tərəfdar çıx 



= =^- 



=

137

^^

 

— 


dığı beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə baxır. 

Yəni  beynəlxalq  məhkəmə  aidiyyətini  müəyyən  edən 

Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə baxılıb 

həll 


edilməsi 

Azərbaycan 

Respublikasının 

iqtisad 


məhkəmələrinə aid edilmi.'j ijjlərə Azərbaycan Respublikasının 

beynəlxalq müqavilələrdən irəli gələn iqtisadi mübahisələrə dair 

iqtisad  məhkəməsi  yalnız  o  halda  baxır  ki,  həmin  işlər 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  digər  beynəlxalq 

müqavilələrdən irəli gəlmiş olsun. 

Beynəlxalq 

müqavilələrdən 

irəli 

gələn 

iqtisadi 

mübahisələrə  dair  iqtisad  məhkəməsi  Azərbaycan 

Respublikasının  tlziki  və  hüquqi  şəxsləri,  həmçinin  xarici 

hüquqi  şəxslərin,  xarici  inves-  tisiyalı  hüquqi  şəxslərin, 

beynəlxalq hüquqi şəxslərin, sahibkarlıq fəaliyyətini həyata 

keçirən  əcnəbilərin,  vətəndaşlığı  olmayan  şəxslərin  iştirakı 

ilə ona aid olan mübahisələrə baxır. (MPM, m. 27). 

Aidiyyət  qaydalarına  riayət  edilməklə  yerli  iqtisad 

məhkəməsinin öz icraatına qəbul etdiyi iş sonradan başqa yerli 

iqtisad  məhkəməsinə  aid  olsa  da,  mahiyyəti  üzrə  həmin 

məhkəmədə həll edilməlidir. 

9.4.


 

Yerli iqtisad məhkəməsi və Beynəlxalq müqavilələrdən 

irəli gələn mübahisələrə dair iqtisad məhkəməsi sədrinin 

səlahiyyətləri 

Yerli iqtisad məhkəməsi və Beynəlxalq müqavilələrdən irəli 

gələn  mübahisələrə  dair  iqtisad  məhkəməsi  müvafiq  olaraq 

sədrdən və hakimlərdən ibarətdir. 

Yerli  iqtisad  məhkəməsinin  və  Beynəlxalq  müqavilələrdən 

irəli  gələn  mübahisələrə  dair  iqtisad  məhkəməsinin  sədri 

müvafiq  olaraq  məhkəmədə  işin  təşkilinə  və  məhkəmə 

aparatının işinə rəhbərlik edir. 

 .......... — 



=138

 

■ ^ 




Kadrlarla iş  do sədrin  əsas vəzifələrinə  aiddir. O  kadrların 

seçilməsini  həyata  keçirir,  məhkəmə  aparatı  i.şçilərinin  işə 

götürülməsi  və  işdən  azad  edilməsi,  mükafatlandırılması  və 

intizam  qaydasında  cəzalandırılması  məsələlərini  həll  edir, 

məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir. 

Sədr  işlərin  həcmini  və  miqdarını  nəzərə  alaraq  onları 

hakimlər arasında bölırşdürür, məhkəmə iclaslarına sədrlik edir. 

Bütün bunlardan başqa, .sədr Ali Məhkəmənin Plenumunda 

və  İqtisad  Məhkəməsinin  Rəyasət  Heyətində  yerli  iqtisad 

məhkəməsində  və  Beynəlxalq  müqavilələrdən  irəli  gələn 

mübahisələrə  dair  iqtisad  məhkəməsində  ədalət  mühakiməsinin 

həyala keçirilməsi vəziyyətinə dair məlumat verir. 

Ədalət mühakiməsini həyata keçirməklə yanaşı sədr həm də 

müəyyən edilmiş günlərdə vətəndaşları qəbul edir, onların qəbulu, 

təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini 

təşkil edir, həbelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir. 

Yerli 


iqtisad 

məhkəməsinə 

və 

ya 


Beynəlxalq 

müqavilələrdən  irəli  gələn  mübahisələrə  dair  iqtisad 

məhkəməsinə bir hakim ləyin olunmuşsa, o, həmin məhkəmənin 

sədrinin səlahiyyətlərini həyata keçirir. 

Sədr vəzifələrini yerinə yetirə bilmədikdə, onun vəzifəsinin 

icrası  ədliyyə  naziri  tərəfindən  müvəqqəti  olaraq  həmin 

məhkəmənin hakimlərindən birinə həvalə edilir. 

Tək tərkibli yerli iqtisad məhkəməsinin hakimi vəzifələrini 

yerinə  yetirə  bilmədikdə  isə,  onun  vəzifələrinin  icrası  həmin 

qaydada  müvəqqəti  olaraq  başqa  müvafiq  məhkəmənin 

hakimlərindən birinə həvalə edilir. 

139 



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə