Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə54/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   50   51   52   53   54   55   56   57   ...   198

don  tələb  etmək,  habelə  vəzifəli  şəxslərin  bu  məsələyə  dair 

izahatlarını dinləmək

Konstitusiya  Məhkəməsinin  iclasında  təqdim  edilmiş 

vəsatətlər və materiallarla tanış olmaq; 

hakimlərin  müşavirə  otağında  Konstitusiya  Məhkəməsinin 

qəbul ediləcək qərarına dair fikir söyləmək, qərarın leyhi- nə və 

əleyhinə səs vermək; 

Konstitusiya Məhkəməsi qərarının təsviri-əsaslandırıcı və ya 

nəticə hissəsi ilə razı olmadıqda xüsusi rəyində qalmaq; 

Konstitusiya  Məhkəməsinin  iclasının  müəyyən  edilmiş 

müddətlərdə keçirilməsini tələb elmək; 

Qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

Bununla  yanaşı  Konstitusiya  Məhkəməsinin  hakimləri 

müəyyən vəzifələri daşıyırlar. Onlar: 

öz 

fəaliyyətlərində 



Azərbaycan 

Respublikasının 

Konstitusiyasını və qanunları rəhbər tutmalı; 

Konstitusiya  Məhkəməsində  məsələlərə  baxılarkən  işlərə 

hüquq və ədalət əsasında qərəzsiz yanaşmalı; 

Konstitusiya Məhkəməsi hakiminin yüksək adına xələl gətirə 

biləcək  hərəkətlərə  və  çıxışlara  yol  verməməli,  qanunun 

tələblərini pozmamalı; 

Konstitusiya  Məhkəməsində  baxılan  məsələlər  üzrə 

səsvermədə iştirak etməli; 

Konstitusiya Məhkəməsində baxılan məsələ haqqında qərar 

qəbul 


edilənədək 

məsələnin 

mahiyyətinə 

dair 


fikir 

söyləməməlidirlər. 

Qanuna  görə.  Konstitusiya  Məhkəməsinin  iclaslarında  həll 

edilən məsəblər istisna olmaqla, məhkəmənin daxili fəaliyyətinə 

dair  və  digər  məsələlərin  baxılıb  həll  edilməsi  üçün  hakimlərin 

yığıncaqları  keçirilir.  Hakimlərin  yığıncaqları  sədr  tərəfindən 

çağırılır,  lakin  hər  hansı  hakimin  tələbi  ilə  də  çağırıla  bilər. 

Hakimlərin  yığıncağı  Konstitusiya  Məhkəməsinin  azı  6  hakimi 

iştirak etdikdə səlahiyyətli olur. 

166 



Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağı aşağıdakı 

məsələləri  həll  edir  və  bu  məsələlər  üzrə  hakimlərin  səs 

çoxluğu ilə müvafiq qərarlar qəbul edir: 

məhkəmədə  işinin  təşkili  üçün  Konstitusiya  Məhkəməsinin 

Daxili Nizamnaməsini qəbul edir

Konstitusiya Məhkəməsinin rəsmi embleminin, möhürünün, 

hakimlərin  xüsusi  geyimlərinin,  döş  nişanının  təsvirini  və 

vəsiqəsinin nümunəsini təsdiq edir; 

Konstitusiya  Məhkəməsinin  saxlanması  üçün  Azərbaycan 

Respublikasının dövlət büdcəsinin layihəsinə dair təkliflər verir

Konstitusiya 

Məhkəməsi 

hakiminin 

səlahiyyətlərinə 

vaxtından  əvvəl  xitam  verilməsi  haqqında  məsələnin  həlli  üçün 

təklif verir; 

digər təşkilati məsələləri həll edir. 

«Konstitusiya  Məhkəməsi  haqqında»  Qanuna  əsasən 



Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə aşağıdakı 

hallarda vaxtından əvvəl xitam verilir: 

-

 



vəfat etdikdə; 

-

 



vəzifədən könüllü çıxmaq barədə yazılı ərizə verdikdə; 

-

 



Azərbaycan  Respublikasının  vətəndaşlığından  çıxdıqda, 

başqa  dövlətin  vətəndaşlığını  qəbul  etdikdə  və  ya  başqa  dövlət 

qarşısında öhdəlik götürdükdə

-

 



barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam 

verildikdə,  habelə  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  ittiham 

hökmü  və  ya  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiqinə  dair 

məhkəmə qərarı olduqda; 

-

 

fəaliyyət  qabiliyyətsizliyi  və  ya  məhdud  fəaliyyət 



qabiliyyəti məhkəmənin qərarı ilə təsdiq edildikdə

-

 



məhkəmənin qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş 

hesab edildikdə; 

-

 

Konstitusiya  Məhkəməsinin  hakimlərinə  aid  tələblərin 



pozulması aşkar edildikdə; 

^  

167

 

■ ■  

  - - - - - - -   =  


-

 

üzürsüz sobobdən dalbadal üç dofo vo ya il ərzində on dəfə 



Konstitusiya Məhkəməsinin iclaslarında iştirak etmədikdə

-

 



Konstitusiya  Məhkəməsində  baxılan  məsələyə  dair 

səsvermədə iştirak etməkdən imtina etdikdə; 

-

 

altı  aydan  az  olmayan  müddətdə  xəstəliyi  ilə  əlaqədar 



vəzifəsini  yerinə  yetirmədikdə  və  bu  barədə  xüsusi  həkim 

komissiyasının xəstəliyi təsdiq edən rəyi olduqda. 

Yuxarıda  göstərilən  hallarda  Konstitusiya  Məhkəməsi 

hakiminin  səlahiyyətlərinə  vaxtından  əvvəl  xitam  verilməsi 

məsələsi  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  həll 

edilir. 


Konstitusiya  Məhkəməsi  hakiminin  səlahiyyət  müddəti 

bitdikdə,  bəzi  hallarda  səlahiyyətlərinə  vaxtından  əvvəl  xitam 

verildikdə  o,  istefada  olan  Konstitusiya  Məhkəməsinin  hakimi 

sayılır. 

Konstitusiya  Məhkəməsi  hakimlərinə  qanunvericilikdə  bir 

sıra təminatlar verilmişdir. 

Belə  ki,  Konstitusiya  Məhkəməsi  hakiminin  vəzifə  maaşı 

əmək haqqından, əmək haqqına əlavələrdən, digər müavinətlərdən 

və  səlahiyyətlərinin  yerinə  yetirilməsi  ilə  bağlı  xərclərin 

ödənilməsi  üçün  Azərbaycan  Respublikası  Milli  Məclisi 

deputatının  aldığı  məbləğdə  vergilərdən  azad  olunan  aylıq  pul  t 

əm i n a 1

1

 n d a n i ba rətdir. 



Konstitusiya  Məhkəməsinin  hakimi  hərbi  çağırı.şdan  və 

hərbi toplanışdan azad olunur. Onun həyatı və sağlamlığı dövlət 

büdcəsi  hesabına  5  illik  əmək  haqqı  məbləğində  sığorta  edilir. 

Özünə və ya ailə üzvlərinə məxsus əmlakın hakimlik fəaliyyəti ilə 

əlaqədar  məhv  olması  və  ya  zədələnməsi  nəticəsində  vurulan 

ziyan  tam  həcmdə  ödənilir.  Zəruri  hallarda  Konstitusiya 

Məhkəməsi  hakimlərinin  təhlükəsizliyi  digər  hakimlər  üçün 

qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin edilir. 

Pensiya  yaşma  çatmış  Konstitusiya  Məhkəməsinin  sabiq 

hakimi hər ay fəaliyyətdə olan Konstitusiya Məhkəməsi haki 



  - - - -  

168

=--

   - - - - - - - - - - - - - - - - - - - - -   =  


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə