Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə62/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   58   59   60   61   62   63   64   65   ...   198

XII

 

FƏSİL 

İnsan hüquqları üzrə

 müv

ə

kkil (Ombudsman) 

12.1.

 

Ombudsnianın yaranma tarixi, mahiyyəti 

cəmiyyətdə rolu 

və 

Baxmayaraq  ki,  Azərbaycan  cəmiyyətində  ombudsman 

institutu xeyli vaxtdır ki, mövcuddur, amma hələ cəmiyyətin əksər 

üzvləri onun barəsində dəqiq məlumata malik deyil. Bəzi şəxslər 

ombudsmanın  səlahiyyətləri  ilə  Milli  Məclisin  səlahiyyətlərini 

qarışdırır,  bəziləri  icra  aparatı,  bəziləri  isə  onu  hətta  məhkəmə 

kimi  qiymətləndirir.  Bunun  da  əsas  səbəbi  cəmiyyətdə 

ombudsman  barəsində  kifayət  qədər  maarifləndirmə  işinin 

aparılmamasıdır. 

Bu  baxımdan  Ombudsman  institutunun  yaranma  tarixinə 

nəzər salmaq elmi əhəmiyyət kəsb edir. 

İsveç kralı XII Kari Poltava döyüşündə (1709-cu il) məğlub 

olduqdan  sonra  ölkəni  tərk  edib,  Türkiyəyə  getdi.  Bu  zaman 

İsveçdə  vəziyyət  dəyişdi.  Hər  yerdə  özbaşınalıq  baş  aldı. 

Vəziyyəti  tarazlaşdırmaq  məqsədilə  o,  1713-cü  ildə  Türkiyədən 

İsveç dövlətində Ombudsman haqqında qanun bəyan etdi. Həmin 

qanuna  görə  ombudsmanın  səlahiyyətinə  aşağıdakılar  daxil  idi: 

ölkədə  qanunların  düzgün  həyata  keçirilməsinə  və  məmurların 

vəzifələrinin  yerinə  yetirilməsinə  nəzarət  etmək  (sonralar  bu 

vəzifə «ədliyyə kansleri» adını aldı). 

XIX  əsrin  əvvələrində  ictimai  vəziyyətin  dəyişməsi  İsveç 

Konstitusiyasından  yeni  normaların  yaranmasına  şərait  yaratdı. 

İsveç  parlamenti  1809-cu  ildə  idarəetmə  haqqında  sənəd  qəbul 

etdi  (Konstitusiya  aktı).  Sözügedən  sənəd  Ş.Mon-  teskyenin 

hakimiyyət  bölgüsü  nəzəriyyəsinin  bünövrəsi  oldu.  Xüsusi 

parlament  komissarı  hesab  edilən  ombudsman  kralın  və 

parlamentin səlahiyyətlərini tarazlaşdırmaq məqsədi ilə 

  - - - - - - -    - - - -  

190

 

-  



yaradılmışdır. Ombudsman mohkəmolorə vo hakimiyyətin başqa 

orqanlarına, habelə parlament tərəfindən qəbul edilmiş qanunların 

düzgün həyata keçirilməsinə nəzarət edirdi. 

Ombudsmanın  yaranma  tarixi  haqqında  müxtəlif  fikirlər 

mövcuddur.  Bəzi  alimlərin  fikrincə,  ombudsman  «umbud» 

sözündən  yaranmışdır (orta əsrlərdə güc və  ya nüfuz mənasında 

işlənilirdi). Bu söz ispan mənşəli olsa da, İsveç dilində «umbud» 

sözü tərcüməçi və ya şəxsin müdafiəçisi kimi tərcümə olunurdu. 

Qədim isveçlər ombudsman sözünü «müvəkkil», «işi idarə edən», 

«etimadı  doğruldan  şəxs»  mənasında  işlədirdilər.  Belə  mülahizə 

də  irəli  sürürlər  ki,  ombudsman  institutunun  yaranma  mənbəyi 

Roma tribunalı və əyalət prokurorluğundan irəli gəlir. 

İlk  anlarında  ombudsmana  məhkəmələrə,  icraedici 

hakimiyyətə  və  başqa  orqanların  işinə  konstitusion  nəzarət  və 

inzibati  özbaşınalıqdan  vətəndaşların  hüququnun  qorunması 

həvalə  olunurdu.  Vətəndaşların  hüquqlarının  pozulmasının  əsas 

səbəbi  isə  İsveçdə  məhkəmələrin  inzibati  şöbələrin  fəaliyyətinə 

nəzarət etməsi idi. 

Dövlət  və  hüquq  nəzəriyyəsi  baxımından  ombudsman 

parlament  tərəfindən  səlahiyyət  verilən,  etibar  edilmiş  müstəqil 

şəxsdir. Onun fəaliyyətinin əsas məqsədi inzibati orqanların qəbul 

etdiyi qərarları dəyişmək şərtilə vətəndaşların hüquqlarına riayət 

olunmasına  və  dövlət  məmurlarının  fəaliyyətinə  parlament 

nəzarətini həyata keçirməkdir. 

1919-cu  ildən  başlayaraq  oxşar  orqanlar  dünyanın  başqa 

ölkələrində  də  yaranmağa  başladı  və  hüquqi  nəzarət  sisteminə 

əlavə olundu.  Xarici  ölkələrdə ombudsman hüquq institutu  kimi 

məhkəməyə  vo  inzibati  orqanlara  nəzarət  orqanı  hesab  edilirdi. 

Həmin  dövrdə  mövcud  institutlar  dövlət  idarəetmə  orqanlarına 

nəzarət  funksiyalarını  həyata  keçirə  bilmirdi  və  vətəndaşların 

inzibati özbaşınalıqlardan qorunmasına ehtiyac duyulurdu. 

191

--

 



 



Cəmiyyətin  inkişafı,  bununla  əlaqədar  dövlət  və  inzibati 

orqanların  fəaliyyətinin  genişlənməsi,  hüquq  normalarının 

artması 

və 


hüquqpozmalarla 

əlaqədar 

vətəndaşların 

müraciətlərinin çoxalması, icraedici hakimiyyətin fəaliyyətindən 

parlamentdə  informasiya  qıtlığı,  habelə  gündəlik  həyatda 

vətəndaşların  dövlət  və  inzibati  orqanlarda  qarşılaşdıqları 

bürokratik  özbaşınalıqlar  dövlətə  qarşı  narazılığın  artmasına  və 

eləcə də etinasızlığın yaranmasına səbəb olur. 

Təcrübə  göstərdi  ki,  ombudsman  institutunun  yaranmasına 

tələbat da elə bundan irəli gəlmişdir. Ombudsmamn yaranması və 

onun  fəaliyyətinin  genişlənməsi  dövlət  və  vətəndaşlar  arasında 

yaranmış ziddiyyətin aradan qaldırılmasına təkan verdi. 

Ombudsman  qanunverici  hakimiyyətin  rolunu  və  inzibati 

aparatın mövqelərini möhkəmləndirdi. Ombudsman başqa dövlət 

orqanları  ilə  müqayisədə  parlamentin  ənənəvi  nəzarət 

funksiyasını həyata keçirir. Məhz buna görə də dünyanın bir çox 

ölkələrində ombudsman institutunun yaranması nəzarət fəaliyyəti 

formalarını tamamladı. 

Ombudsman səlahiyyətləri haqqında onu da deyə bilərik ki, 

vətəndaşlar  arasında  olan  mübahisələr  bu  səlahiyyətlərə  daxil 

deyil.  Onun  fəaliyyət  dairəsinə  vətəndaşlar,  dövlət  orqanları, 

ictimai birliklər və müəssisələr arasında olan münasibətlər aiddir. 

Əksər ölkələrdə ombudsmamn funksiyası yalnız dövlət orqanları 

institutlarının  fəaliyyətinə  nəzarətdən  ibarətdir.  Ombudsman 

dövlətin göstərişi ilə fəaliyyət göstərir. Yəni nəzarət «vətəndaşla 

idarəedici  hakimiyyət»  münasibətləri  çərçivəsində  həyata 

keçirilir. Bu daxili və fövqəladə nəzarətdir. Nəzarət vətəndaşların 

müraciəti və yaxud şərhlərə əsasən də ombudsmamn təşəbbüsü ilə 

reallaşır.  Əksər  hallarda  ombudsman  vəziyyəti  araşdırır, 

orqanların fəaliyyəti ilə konkret şəkildə tanış olur və məqsədyönlü 

qərar qəbul edir. 

Başqa  inzibati  orqanlardan  ombudsmamn  fərqi  ondan 

ibarətdir ki, o, ancaq vətəndaşların hüquqlarının müdafiəsi 



192

=

 

-  

=   ■  



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə