Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə58/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   54   55   56   57   58   59   60   61   ...   198

Konstitusiya möhkəmə icraatında sorğuverənləri (ərizəçiləri) 

və cavabverənləri onların nümayəndələri təmsil edə bilərlər. 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının 

86-cı 


maddəsində,  88-ci  maddəsinin  I  hissəsində,  102-ci  maddəsində, 

104- cü maddəsinin II və III hissələrində, 107-ci maddəsində, 130- 

CLi  maddəsinin  IV  və  VI  hissələrində  və  153-cü  maddəsində 

nəzərdə  tutulmuş  hallarla  əlaqədar  Konstitusiya  Məhkəməsinə 

sorğu və ya müraciət vermiş orqanlar, bu cür sorğu və müraciətlər 

əsasında  mənafelərinə  toxunulan  orqanlar  və  şəxslər  xüsusi 

konstitusiya icraatının maraqlı subyektləri hesab olunur. 

Tərətlərin 

və 

maraqlı 


subyektlərin 

Konstitusiya 

Məhkəməsinin  iclaslarında  iştirak  və  çıxış  etmək,  sübutları  və 

digər materialları təqdim etmək, işə baxılmasına dair vəsatət  və 

təkliflər vermək, onlara verilən suallara cavab vermək, hakimlərə 

etirazlar  vermək,  şahid  və  ekspertlərin  dəvət  olunmasını  xahiş 

etmək,  Konstitusiya  Məhkəməsi  iclasının  protokolu  ilə  tanış 

olmaq  və  ona  dair  öz  qeydlərini  bildirmək,  yekun  çıxışı  etmək 

hüquqları vardır. 

Bunlardan  başqa,  tərəflərin,  həmçinin  konstitusiya  işinin 

materialları  ilə  tanış  olmaq,  onlardan  çıxarışlar  etmək,  surətini 

çıxarmaq, sübutların tədqiqində iştirak etmək, bir-birinə, şahidlərə 

və  ekspertlərə  suallar  vermək,  başqa  tərəfin  vəsatətlərinə, 

sübutlarına  və  çıxışlarında  söylədikləri  fikirlərə  etiraz  etmək 

hüquqları vardır. 

Tərəflər  və  maraqlı  subyektlər  Konstitusiya  Məhkəməsinə 

hörmət  etməli,  konstitusiya  icraatının  tələblərinə  riayət 

etməlidirlər,  onlar  Konstitusiya  Məhkəməsinə  çağırıldıqları 

vaxtda gəlməli. Daxili Nizamnamə ilə müəyyən edilmiş qaydada 

məhkəməyə  hörmətlə  yanaşmalı,  iclasa  sədrlik  edənin 

göstərişlərini  dərhal  yerinə  yetirməlidirlər.  Bu,  öz  növbəsində, 

tərəflərin və maraqlı subyektlərin vəzifəsidir. 



  - - - - -   

178

 

  - - - - - - - - -    


Konstitusiya  Mohkomosiııin  iclasında  baxılan  konstitusiya 

İ!ji üzrə hor hansı halı bilən şəxs «şahid» adlanır. Sorğu- verənin, 

ərizəçinin, cavabverənin və ya maraqlı subyektin xahişi ilə və ya 

Konstitusiya  məhkəməsinin  qərarı  ilə  şahid  ifadə  vermək  üçün 

Konstitusiya Məhkəməsinin iclasına çağırıla bilər. O, konstitusiya 

işi üzrə müəyyən edilməli olan ona məlum hallar haqqında ifadə 

verməlidir. 

Şahid 


Konstitusiya 

Məhkəməsinə 

hörmət 

etməli, 


konstitusiya icraatının tələblərinə riayət etməli, məhkəmədə qəbul 

edilmiş qaydaya hörmətlə yanaşmalı, sədrlik edənin göstərişlərini 

dərhal yerinə yetirməlidir. O, bilə-bilə yalan ifadə verməyə və ya 

ifadə  verməkdən  boyun  qaçırmağa  görə  məsuliyyətə  cəlb  oluna 

bilər. 

Konstitusiya  Məhkəməsi  öz  təşəbbüsü  ilə  və  ya  tərəflərin, 



yaxud maraqlı subyektlərin xahişi ilə Konstitusiya Məhkəməsinin 

iclasında baxılan məsələ üzrə elmə və ya başqa xüsusi biliyə malik 

olan şəxsi ekspert kimi dəvət edə bilər. Ekspert iş üzrə yazılı rəy 

təqdim edir. 

Ekspert  ona  verilən  suallara  obyektiv  və  əsaslandırılmış 

cavab  verməlidir.  Ekspert  suallara  cavab  vermək  üçün 

konstitusiya  işinin  materialları  ilə  tanış  olmaq  və  zəruri  əlavə 

materiallarla  tanış  edilmək  haqqında  vəsatətlə  Konstitusiya 

Məhkəməsinə  müraciət  edə  bilər.  O,  özündə  olan  materialları 

verilmiş suallara  cavab  vermək üçün  yetərli saymadıqda,  yaxud 

suallara cavab vermək üçün zəruri biliyə malik olmadıq- da, bu 

barədə  məhkəməyə  xəbər  verməlidir.  Ekspert  iclasda  sədrlik 

edənin  icazəsi  ilə  ona  verilmiş  suallara  cavab  vermək  üçün 

tərəflərə, maraqlı subyektlərə və şahidlərə sual verə bilər. 

Bunlardan əlavə, ekspert Konstitusiya Məhkəməsinə hörmət 

etməli,  konstitusiya  icraatının  tələblərinə  riayət  etməli 

məhkəməyə  çağırlıdığı  vaxta  gəlməli,  orada  qəbul  edilmiş 

qaydaya hörmətlə  yanaşmalı,  iclasa sədrlik edənin  göstərişlərini 

dərhal  yerinə  yetirməlidir.  Ekspert  bilə-bilə  yalan  rəy  verməyə 

görə məsuliyyətə cəlb oluna bilər. 



...........  .................................................... - ........ 

-

179

=

 .............................  


11.9.

 

Müxtəlif növ konstitusiya işləri üzrə konstitusiya 



icraatının xüsusiyyətləri 

Konstitusiyanın  130-cu  ııiaddəsinin  III  hissəsinin  1-7-ci 

bəndlərində,  V  və  VII  hissələrində  nəzərdə  tutulmuş 

məsələlərlə  əlaqədar  Konstitusiya  Mohkomosinə  daxil  olmuş 

sorğu  və  ya  şikayət,  bir  qayda  olaraq,  30  gün  müddətində 

Konstitusiya Məhkəməsi palatasının iclasına çıxarılır, sorğu və 

şikayətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən 

imtina edilməsi haqqında qərardad  qəbul  olunur.  Sorğu və ya 

şikayətə  Konstitusiya  Məhkəməsinin  Plenumunda  mahiyyəti 

üzrə  baxılması,  bir  qayda  olaraq,  onun  icraata  qəbul  edildiyi 



gündən ən geci 60 gün keçənədək başlanmalıdır. 

Konstitusiya 

Məhkəməsinin 

Plenumu 

ağır 

və 

bərpaedilməz  zərər  vurulmasının  qarşısının  alınması 

məqsədilə işin mahiyyəti üzrə qərar qəbul edilənədək mübahisə 

olunan  normativ  hüquqi  aktın  və  ya  bələdiyyə  aktının  icrasının 

dayandırılmasına  dair  qərar  qəbul  edə  bilər  və  tərəflərə 

mübahisənin məhkəməyədək nizamlanmasını təklif edə bilər. 



Qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyətləri 

arasında  səlahiyyətlər  bölgüsü  ilə  bağlı  mübahisələrlə 

əlaqədar  sorğu  haqqında  məsələ,  bir  qayda  olaraq,  15  gün 

müddətində palataların iclasına çıxarılır, sorğunun icraata qəbul 

edilməsi,  yaxud  icraata  qəbul  edilməsindən  imtina  edilməsi 

haqqında qərardad  qəbul olunur. Sorğuya Plenumda mahiyyəti 

üzrə  baxılması,  bir  qayda  olaraq,  onun  icraata  qəbul  edildiyi 

gündən ən geci 30 gün keçənədək başlanmalıdır. 

Konstitusiyanın  86-cı  maddəsinə  görə  Konstitu.siya 

Məhkəməsi Milli Məclis deputatları seçkilərinin nəticələrinin 

düzgünlüyünü yoxlayır və təsdiq edir. Seçkilərin nəticələrinin 

yoxlanılması  və  təsdiq  edilməsi  qaydaları  Azərbaycan 

Respublikasının  Seçki  Məcəlləsi  ilə  müəyyən  edilir.  Seçkilərin 

nəticələrinin  düzgünlüyünü  yoxlamaq  üçün  Plenumun  iclası 

Konstitusiya Məhkəməsinə materiallar daxil olduğu gündən 

-  

180

  -  



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə