Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə59/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   55   56   57   58   59   60   61   62   ...   198

ən geci  10 gün keçənədək başlanmalıdır. Yoxlama prosesi tələb 

etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər. 

Milli  Məclisə  təkrar  seçkilərin  nəticələrinin  düzgünlüyünü 

yoxlamaq  üçün  Plenumun  iclası  isə  Konstitusiya  Məhkəməsinə 

materiallar  daxil  olduğu  gündən  ən  geci  7  gün  keçənədək 

başlanmalıdır. 

Konstitusiya Məhkəməsi Apellyasiya Məhkəməsindən və Ali 

Məhkəmədən  seçki  hüquqlarının  müdafiəsinə  dair  işlər  üzrə 

baxılmış  ərizələr  haqqında  məlumat  tələb  edə  bilər.  Plenumun 

iclasında  Milli  Məclisə  seçkilər  üzrə  Mərkəzi  Seçki 

Komissiyasının sədri və üzvləri, habelə Konstitusiya Məhkəməsi 

tərəfindən  dəvət  edilmiş  digər  şəxslər  iştirak  edirlər.  Plenum 

yoxlama  nəticəsində  Milli  Məclisə  seçkilərin  nəticələrinin 

bütövlükdə təsdiq edilməsi,  qismən təsdiq edilməsi  və  ya təsdiq 

edilməməsi barədə hakimlərin 5 səs çoxluğu ilə qərar qəbul edir. 

Konstitusiyanın  88-ci  maddəsinin  I  hissəsinə  görə  Milli 

Məclisə  seçkilərdən  sonra  martın  1  O-dək  83  deputatın 

səlahiyyətləri  təsdiq  edilməzsə,  Konstitusiya  Məhkəməsi  Milli 

Məclisin ilk iclasının keçirilməsi vaxtını təyin edir. 

Plenum  Milli  Məclisin  83-cü  deputatının  seçildiyini  martın 

10-dan  sonra  təsdiq  edərsə,  həmin  iclasda  yeni  seçilmiş  Milli 

Məclisin  ilk  iclasının  keçirilməsi  vaxtını  da  müəyyən  etməlidir. 

Bu məsələ haqqında Plenumun qərarı hakimlərin azı 5 səs çoxluğu 

ilə qəbul edilir. 

Azərbaycan  Respublikası  Prezidenti  seçkilərinin  yekunları 

haqqında  məsələyə  də  Konstitusiya  Məhkəməsinin  Plenumunda 

baxılır. 

Plenum  Azərbaycan  Respublikası  Prezidenti  seçkilərinin 

yekunlarına  dair  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən  təqdim 

olunmuş  sənədləri  öyrənir,  Apellyasiya  Məhkəməsindən  və  Ali 

Məhkəmədən  seçki  hüquqlarının  müdafiəsinə  dair  işlər  üzrə 

baxılmış ərizələr haqqında məlumat tələb edir. Plenum 



- -   -  

181

 =

 


seçkilərin  yekunlarına  dair  Morkozi  Seçki  Komissiyasının 

sənədlərinin  Seçki  Məcəlləsinin  tələblərinə  uyğun  olduğunu 

müəyyən  etdikdə  seçkilərin  nəticələrinin  təsdiq  edilməsi  barədə 

öz iclasında hakimlərin səs çoxluğu ilə qərar qəbul edir. 

Konstitusiya  Məhkəməsi  Azərbaycan  Respublikasının 

Prezidenti  seçkilərinin  yekunları  haqqında  məlumatı  səsvermə 

günündən sonra 14 gün ərzində rəsnıəu elan edir. 

Konstitusiyanın 104-cü maddəsinin II hissəsində nəzərdə 

tutulmuş  halda  Azərbaycan  Respublikasının  Prezidenti 

Konstitusiya  Məhkəməsinə  ərizə  verə  bilər  və  Konstitusiya 

Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin yazılı və 

imzalanmış istefa ərizəsinə baxmaqdan imtina edə bilməz. 

Azərbaycan  Respublikası  Prezidentinin  istefa  ərizəsinə 

Konstitusiya  Məhkəməsinin  Plenumunda  mahiyyəti  üzrə 

baxılması ərizənin daxil olduğu gündən ən geci gün keçənədək 

başlanmalıdır. İstefa ərizəsini prezidentin özünün verdiyinə əmin 

olduğu  təqdirdə  Konstitusiya  Məhkəməsinin  Plenumu 

Azərbaycan  Respublikası  Prezidentinin  istefasının  qəbul 

olunması  haqqında  qərar  çıxarır.  İstefa  ərizəsini  prezidentin 

özünün  verdiyinə  əmin  olmadığı  təqdirdə  Plenum  Azərbaycan 

Respublikası  Prezidentinin  istefasının  qəbul  olunmaması 

haqqında  qərar  çıxarır.  Həmin  qərarlar  hakimlərin  5  səs 

çoxluğu ilə qəbul edilir. 

Birinci halda qərar dərhal Azərbaycan Respublikasının Baş 

nazirinə,  ikinci  halda  isə  Azərbaycan  Respublikasının 

Prezidentinə göndərilir. 



Konstitıısiyanm  104-cü  maddəsinin  111  hissəsində 

nəzərdə tutulmuş halda Azərbaycan Respublikası Milli Məclisinin 

müraciəti Konstitusiya Məhkəməsinə daxil olduğu gündən ən geci 

3  gün  keçənədək  Konstitusiya  Məhkəməsi  Plenumunun  iclasına 

çıxarılır, hakimlərin azı 5 səs çoxluğu ilə müraciətin icraata qəbul 

edilməsi  və  ya  icraata  qəbul  edilməsindən  imtina  edilməsi 

haqqında  qərardad  qəbul  olunur  və  həmin  gün  Azərbaycan 

Respublikasının Prezidentinə və Milli Məclisə 



  - - - - - - - -   

182 


göndərilir.  Müraciətə  Konstitusiya  Məhkəməsinin  Plenumunda 

mahiyyəti üzrə baxılması onun icraata qəbul edildiyi gündən ən 

geci 7 gün keçənədək başlanmalıdır. 

Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz 

səlahiyyətlərini  icra  etmək  qabiliyyətini  tamamilə  itirdiyi  ilə 

əlaqədar  vəzifəsindən  kənarlaşdırılması  barədə  Konstitusiya 

Məhkəməsinin qərarı Konstitusiya Məhkəməsi hakimlərinin 6 səs 



çoxluğu ilə qəbul edilir. Konstitusiya Məhkəməsi bu faktı təsdiq 

etmədikdə,  məsələ  bununla  bitmiş  sayılır  və  bu  barədə  dərhal 

Azərbaycan Respublikasının Prezidentinə və Milli Məclisə yazılı 

məlumat göndərilir. 



Konstitusiyanın  107-ci  maddəsinin  I  hissəsinə  görə, 

Azərbaycan  Respublikasının  Prezidenti  ağır  cinayət 

törətdikdə 

Konstitusiya 

Məhkəməsi 

onun  vəzifədən 

kənarlaşdırılması təşəbbüsü ilə çıxış edə bilər. 

Azərbaycan  Respublikası  Prezidentinin  vəzifədən  kənar- 

laşdırlması  məsələsinə  baxılmasını  Konstitusiya  Məhkəməsinin 

azı  3  hakimi  təklif  edə  bilər.  Həmin  fakt  yazılı  şəkildə 

Konstitusiya  Məhkəməsinin  sədrinə  verilməlidir.  Təklif  daxil 

olduğu gündən üç gün müddətində Plenumun iclası çağırılmalı 

və  bu  məsələyə  baxılmalıdır.  Konstitusiya  Məhkəməsinin 

Plenumu  təklifi  əsaslı  saymazsa,  bu  barədə  5  hakimin  səs 



çoxluğu  ilə  qərar qəbul  edir. Plenum təklifi əsaslı saydığı halda 

Azərbaycan  Respublikası  Prezidentinin  hərəkətlərində  ağır 

cinayətin əlamətlərinin olub-olmaması barədə rəy almaqdan ötrü 

məsələni Ali Məhkəməyə göndərir. Bu barədə qərar Konstitusiya 

Məhkəməsi hakimlərinin 6 səs çoxluğu ilə qəbul edilməlidir. Ali 

Məhkəmədə  məsələyə  daxil  olduğu  gündən  30  gün  müddətində 

baxılmalı 

və 


Konstitusiya 

Məhkəməsinə 

yazılı 

rəy 


göndərilməlidir. 

Konstitusiya 

Məhkəməsi 

Azərbaycan 

Respublikası 

Prezidentinin  hərəkətlərində  ağır  cinayətin  əlamətlərinin  olması 

qənaətinə gəlmədikdə məsələ bununla bitmiş sayılır. 

183

 



=

  =

 



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə