Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə67/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   63   64   65   66   67   68   69   70   ...   198

dövlət  hakimiyyəti  və  yerli  özünüidarə  orqanların-dan, 

vəzifəli şəxslərdən zəruri məlumat, sənəd və materialları 10 gün 

müddətində almaq; 

cinayət, mülki və inzibati işlərə dair qanuni qüvvəyə minmiş 

qərarlarla, həmçinin cinayət işlərinin başlanmasının rədd edilməsi 

barədə materiallarla tanış olmaq; 

şikayətin  araşdırılması  zamanı  vəzifəli  şəxslərdən  yazılı 

arayışlar almaq; 

şikayətdə əks etdirilmiş halların yoxlanılması üçün müvafiq 

orqanlara  tapşırıq  vermək  (yoxlama,  qərarından  və  ya 

hərəkətindən  (hərəkətsizliyindən)  şikayət  edilən  orqana  və  ya 

vəzifəli şəxsə tapşırıla bilməz); 

müvafiq  dövlət  orqanları  və  təşkilatlarına  ekspert  rəyinin 

hazırlanmasını tapşırmaq; 

dövlət  və  yerli  özünüidarə  orqanlarının  rəhbərləri  və  digər 

vəzifəli  şəxsləri,  hərbi  hissələrin  komandirləri,  cəzaçək-  mə 

müəssisələrinin,  istintaq  təcridxanalarının  və  müvəqqəti 

saxlanılma  yerlərinin  rəhbərliyi  tərəfindən  təxirə  salınmadan 

qəbul edilmək. 

İnsan  hüquqları  pozulmuş  şəxsin  razılığı  ilə  xüsusi  ictimai 

əhəmiyyət  kəsb  edən  hallarda  və  ya  öz  hüquqlarını  müstəqil 

şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına 

toxunulduğu hallarda Müvəkkil öz təşəbbüsü ilə araşdırma apara 

bilər.  Araşdırma  zamanı  şikayətdə  qeyd  olunmayan  digər  hallar 

aşkar  edilərsə,  araşdırma  Müvəkkilin  səlahiyyətlərinə  aid 

olduqda,  onun  tərəfindən  aparılır,  onun  səlahiyyətlərinə  aid 

olmadıqda  isə  materiallar  digər  səlahiyyətli  dövlət  orqanlarına 

göndərilir. 

Müvəkkil şikayətə baxılması ilə bağlı görülmüş tədbirlər və 

nəticələr  barədə  5  gün  müddətində  ərizəçiyə  yazılı  surətdə 

məlumat verir. 

Müvəkkil  şikayətin  araşdırılması  zamanı  insan 

hüquqlarımı  pozulması  hallarını  aşkar  etdikdə,  aşağıdakı 

tədbirləri həyata keçirə bilər: 

205

 —

 



qorar  və  ya  horəkoli  (hərəkətsizliyi)  nəticəsində  insan 

hüquqlarını  pozmuş  dövlət  və  yerli  özünüidarə  orqanlarından, 

vəzifəli  şəxslərdən  həmin  hüquqların  bərpasını  tələb  etmək 

(müvafiq orqanlar, vəzifəli şəxslər 10 gün müddətində Müvəkkilə 

görülən  tədbirlər  barədə  yazılı  surətdə  məlumat  verməlidirlər. 

Məlumat  verilmədiyi  və  ya  müvəkkilin  tələbləri  həyata 

keçirilmədiyi hallarda Müvəkkil həmin təşkilatın yuxarı orqanına 

və ya digər dövlət orqanlarına müraciət edə bilər); 

cinayət əməlləri aşkar edildikdə, müvafiq orqanlara cinayət 

işinin başlanması barədə müraciət etmək

əlavə  kassasiya  qaydasında  şikayət  etmək  hüququna  malik 

olan subyektlərə müraciət etmək

qərar  və  ya  hərəkəti  (hərəkətsizliyi)  nəticəsində  insan 

hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb 

edilməsi barədə müvafiq orqanlara təkliflər vermək; 

insan  hüquqlarının  pozulması  ilə  əlaqədar  aparılmış 

yoxlamaların  nəticələri  ilə  kütləvi  informasiya  vasitələrini  tanış 

etmək; 


insan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb 

edən  hallarda  onların  bərpası  üçün  Müvəkkilin  səlahiyyətində 

olan 

təsir 


imkanları 

kifayət 


etmədikdə, 

Azərbaycan 

Respublikasının  Prezindentinə  müraciət  etmək.  Milli  Məclis 

qarşısında məruzə ilə çıxış etmək; 

dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli şəxsin qərarı 

və  ya  hərəkəti  (hərəksizliyi)  nəticəsində  pozulmuş  hüquqların 

bərpası üçün məhkəməyə müraciət etmək

şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda, 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə 

müraciət etmək. 



206 


XIII

 

FƏSİL 

Az

ə

rba

ycan Respublikasının Prokurorluğu və

 

prokurorluq orqanları

 

13.1.

 

Azərbaycan Respublikası Prokurorluğunun inkişaf 

mərhələləri 

Qanunçuluğun  və  hüquq  qaydasının  möhkəmləndirilməsi 

üzrə dövlətin qayğısı mövcud qanunvericiliyin təkmilləşdirilməsi 

ilə  yanaşı,  hüquq  mühafizə  orqanlarının  fəaliyyətinin 

təkmilləşdirilməsi  üzrə  tədbirlərin  həyata  keçirilməsində  də 

təzahür edir. Bu da hüquqi dövlətin formalaşdırılması prosesi və 

qanunun aliliyinin təmin olunması üçün olduqca vacibdir. 

Hələ  XVIII  əsrdə  mə.şhur  fransız  filosofu  və  hüquqşünası 

Monteskye  söyləyirdi  ki,  «ölkənin  qanunvericiliyi  dövlətin 

idarəçilik üsulundan birbaşa asılıdır.» 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının 

151-ci 

maddəsində  nəzərdə  tutulub  ki,  Azərbaycan  Respublikasının 



qanunvericilik  sisteminə  daxil  olan  normativ  hüquqi  aktlar  ilə 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  dövlətlərarası 

müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr 

tətbiq  edilməlidir.  Yəni  respublikamızda  qəbul  edilən 

normativ-hüquqi aktların beynəlxalq-hüquqi aktlara uyğunluğunu 

təmin etmək qanunvericilik hakimiyyətinin vəzifəsidir. 

Bugünkü  Azərbaycanda  prokurorluq  orqanları  məhz  həmin 

normativ-hüquqi  aktların  icrasına  nəzarəti  həyata  keçirir.Çünki 

prokurorluğun cəmiyyət qarşısında, ilk növbədə hüquqi müdafiə 

vəzifələrini yerinə yetirməsinə Konstitusiya səviyyəsində hüquqi 

təməl qoyulub. Latın dili mənşəli «pra- 

- - - 



207

^— 



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə