Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə65/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   61   62   63   64   65   66   67   68   ...   198

sınanın cinayət başında yaxalanması haqda xəbər alanda 24 saat 

ərzində  ombudsmanın  tutulmasına  öz  razılığını  verməzsə,  onda 

ombudsman azadlığa buraxılır. 

Bizdəki ombudsman ləşkilatının növbəti xüsusiyyəti də onun 

təsisat  əlamətlərinin  mülayim-radikal  ombudsman  model 

növünə aid olmasından ibarətdir. 

Belə  ki,  son  zamanlar  irəli  sürülmüş  elmi  fikirlərə  əsasən 

ombudsman təsisatının milli modelləri üç növə bölünür: liberal, 

mülayim-radikal və radikal növlər. Təsnifatı tərtib etmək üçün 

pozulmuş  insan  hüquqlarının  bərpası  ilə  bağlı  səlahiyyətlərinin 

müxtəlif  ombudsman  milli  modellərində  həm  sayca,  həm  də 

hökmlülük 

(imperativlik) 

baxımından 

əsaslı 

surətdə 


fərqlənməsindən istifadə olunmuşdur. 

Liberal  ombudsman  modeli  hökmlülük  əlamətinə  görə  ən 

az  hökmlü  modeldir.  Bu  modeldə  hökmlülük  ombudsmanın 

şikayətləri araşdırma mərhələsində özünü göstərir, lakin pozulmuş 

hüquqların bərpası mərhələsində hökmlülük əlaməti artıq mövcud 

deyil,  çünki  bu  mərhələdə  ombudsman  səlahiyyətləri  ancaq 

tövsiyyə xarakterlidir. 



Ombudsman  təsisatının  mülayim-radikal  və  radikal 

modelləri  üzrə  fəaliyyətinin  özündə  hökmlülük  əlaməti  təkcə 

şikayətlərin  araşdırma  mərhələsində  deyil,  həmçinin  hüquqların 

bərpası  mərhələsində  də  mövcuddur  ki,  bu  da  özünü  həmin 

modellərdə  olan  məhkəmə-prosessual  tədbirlər  şəklində  büruzə 

verir.  Onu  da  əlavə  etmək  lazımdır  ki,  radikal  modelində  olan 

məhkəmə-prosessual tədbirlərin çeşidi mülayim- radikal modelinə 

nisbətən  daha  genişdir.  Digər  əsaslı  fərq  ondan  ibarətdir  ki, 

mülayim-radikal  modelində  hökmlülük  dolayı  yolla  həyata 

keçirsə,  radikal  modelində  isə  hökmlülük  bilavasitə  özünü 

göstərir. 

Mülayim-radikal 

modeli 


çərçivəsində 

çalışan 


ombudsman  lazımi  hökmlülük  səviyyəsini  əldə  etmək  üçün 

müvafiq  dövlət  və  məhkəmə  orqanları  qarşısında  vəsatət 

qaldırmaq  hüququndan  faydalanaraq,  bu  orqanların  hökmlü 

səlahiyyətlərini işə salır və öz məqsədləri üçün isti- 



 -------- 

199

^

  -------------------------------------  ------------------- - 


fado  edir.  Lakin  ombııdsman  tosisalının  radikal  modelindəki 

səlahiyyotbr birbaşa hökmlü səciyyə daşıyır, çünki onlar əslində 

prokuror səlahiyyətləridir. 

Demək  lazımdır  ki,  inkişaf  elmiş  ölkələrin  əksəriyyətində 

liberal  ombııdsman  modeli  fəaliyyət  göstərir.  Şərqi  avropa 

ölkələrində  isə  daha  geniş  mülayim-radikal  modeli  yayılmışdır, 

nəhayət, radikal ombııdsman modeli ancaq üç ölkədə mövcuddur: 

İsveçdə, Finlandiya və Polşada. 

Azərbaycandakı  ombııdsman  modeli  öz  əlamətlərinə  görə 

mülayim-radikal modelin əlamətləri ilə seçilir. Bizim müvəkkilin 

səlahiyyətlərinə  hökmlülük  xas  olmadığına  görə  o,  pozulmuş 

insan  hüquqlarının  bərpasına  yönəlmiş  öz  qərarlarına  lazımi 

icbarilik  gücünü  vermək  üçün  dövlət  orqanlarına  müraciətlər 

edərək, onların sələhiyyətlərində olan hökm- lülüyündən istifadə 

edir.  Məsələn,  bizim  ombudsman  insan  hüquqlarını  pozmuş 

vəzifəli şəxsin barəsində münasib ölçü götürüb onu məsuliyyətə 

cəlb  etmək  üçün  müvafiq  yuxan  orqanlara  təkliflər  verə  və  ya 

məhkəməyə müraciət edə bilər. 

12.4.

 

İnsan hüquqları üzrə müvəkkilin fəaliyyətinin 



və təyin edilməsinin əsasları 

«Azərbaycan  Respublikasının  İnsan  hüquqları  üzrə 

müvəkkili (ombudsman) haqqında» Azərbaycan Respublikasının 

Konstitusiya  Qanununa  görə  Azərbaycan  Respublikasının  İnsan 

hüquqları üzrə müvəkkili aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, 

qərəzsizlik  prinsipləri  əsasında  öz  fəaliyyətini  quraraq 

Azərbaycan  Respublikası  Konstitusiyasında  və  Azərbaycan 

Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit 

olunmuş  və  Azərbaycan  Respublikasının  dövlət  və  yerli 

özünüidarə  orqanları,  vəzifəli  şəxsləri  tərəfindən  pozulan  insan 

hüquqları və azadlıqlarının bərpa edilməsi vəzifəsini daşıyır. 

— ........................................................................................................... -=



200

=^= 



Qanunda  qeyd  olunduğu  kimi  müvokkilin  fəaliyyəti  insan 

hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının 

bərpasını  təmin  edən  digər  dövlət  orqanlarının  səlahiyyətlərini 

mədudlaşdırmır  və  əvəz  etmir,  Azərbaycan  Respublikası 

Prezidentinin,  Milli  Məclis  deputatlarının  və  hakimlərin 

fəaliyyətinin yoxlanılması Müvəkkilin səlahiyyətlərinə aid deyil. 

Müvəkkil  ölkədə  insan  hüquqlarının  qorunması  haqqında 

Azərbaycan Respublikası Prezidentinə illik məruzəni təqdim edir 

və  həmin  məruzə  ilə  Milli  Məclis  qarşısında  çıxış  edir.  İllik 

məruzədə  insan  hüquqlarını  pozan,  Müvəkkilin  tələbləri  ilə 

hesablaşmayan  dövlət  və  yerli  özünüidarə  orqanlarının,  vəzifəli 

şəxslərin  adları  çəkilir  və  bununla  əlaqədar  görülmüş  tədbirlər 

barədə məlumat verilir. 

Müvəkkilin  aşağıdakı  hüquqları  vardır:  əfv,  vətəndaşlıq, 

siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı Azərbaycan 

Respublikasının Prezidentinə, insan hüquq və azadlıqlarının təmin 

edilməsi  məqsədi  ilə  qanunların  qəbul  edilməsinə  və  yenidən 

baxılmasına  dair,  amnistiya  elan  edilməsi  barədə  Milli  Məclisə 

təkliflər vermək. 

məhkəmələrdə  süründürməçilik,  sənədlərin  itirilməsi  və 

vaxtında  verilməməsi,  habelə  məhkəmə  qərarlarının  icrasının 

gecikdirilməsi  ilə  əlaqədar  insan  hüquqlarının  pozulmasına  dair 

şikayətlərə baxmaq. 

Müvəkkilin namizədliyinə aid tələblər belədir. Yaşı 30- dan 

aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində 

təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan Azərbaycan 

Respublikasının vətəndaşı Müvəkkil vəzifəsinə seçilə bilər. İkili 

vətəndaşlığı  olan,  başqa  dövlətlər  qarşısında  öhdəliyi  olan, 

qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq 

edən,  elmi,  pedaqoji  və  yaradıcılıq  fəaliyyəti  istisna  olmaqla, 

başqa ödənişli fəaliyyətlə məşğul olan, fəaliyyət qabiliyyətsizliyi 

məhkəmə  tərəfindən  təsdiq  edilən,  ağır  və  xüsusilə  ağır 

cinayətlərə görə məhkum olunmuş şəxs 

^ - - 




201

 - = --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------  = 




Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə