Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə64/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   60   61   62   63   64   65   66   67   ...   198

«Azərbaycan  Respublikasının  insan  hüquqları  üzrə 

müvəkkili  (ombudsman)  haqqında»  Konstitusiya  Qanununun 

1.1-ci  maddəsində  göstərilir  ki,  «Azərbaycan  Respublikasının 

insan hüquqları üzrə müvəkkili vəzifəsi Azərbaycan Respublikası 

Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı 

beynəlxalq  müqavilələrdə  təsbit  olunmuş  və  Azərbaycan 

Respublikasının  dövlət  və  yerli  özünüidarə  orqanları,  vəzifəli 

şəxsləri  tərəfindən  pozulan  insan  hüquqları  və  azadlıqlarının 

bərpa  edilməsi  üçün  təsis  edilir».  Qanun  ombudsmana  hüquqi 

dövlət  quruculuğunda  və  hüquqi  dövlətin  mühüm  prinsiplərinin 

qorunması sahəsində geniş səlahiyyətlər vermişdir. 

Ombudsman  təsisatının  hüquqi  dövlət  quruculuğunda 

aşağıdakı fəaliyyət istiqamətlərini qeyd etmək olar: 

Ombudsman  təsisatı  əməli  hüquq-müdafiə  fəaliyyəti 

göstərməklə,  vətəndaşların  real  problemləri  ilə  yaxından  tanış 

olur; 


Ombudsman 

öz 


əməli 

fəaliyyətinin 

nəticələrini 

sistemləşdirib  təhlil  etməklə,  insan  hüquq  və  azadlıqlarının 

müdafiəsi,  təmini  istiqamətində  qanunvericiliyin  yeniləşməsinə 

kömək edir; 

Ombudsman  təsisatı  əhalinin  müxtəlif  təbəqələri  arasında 

insan hüquq və azadlıqları ilə bağlı maarifləndirmə işi aparır; 

Ombudsman  insan  hüquqlarının  beynəlxalq  müdafiə, 

müdafiə  vasitələrindən  istifadə  üçün  kamil  hüquq-müdafiə 

strukturlarından  biridir.  Bu  cür  təsisatın  yaradılması  və  effektiv 

fəaliyyətinin təmin edilməsi Azərbaycanın dünyanın vahid hüquq 

məkanına inteqrasiyasına təkan verir; 

Ombudsman  təsisatı  cəmiyyətin  birləşməsinə  real  şərait 

yaradır. 

Bu təsisat səriştəsiz idarəetmə və hakimiyyətdən sui-istifadə 

məsələlərini qaldırmaqla, dövlət orqanları və onların 

 ------  

-196

 =

 



vəzifəli  şəxslərinə  verilmiş  hakimiyyət  hüduduna  riayət 

edilməsinin təminatçısı kimi çıxış edir; 

Ombudsman  institutunun  hüquqi  dövlət  quruculuğunda 

zəruri  amillərindən  biri  də  vətəndaşların  bilavasitə  müvəkkilin 

özünə müraciət etməsidir. Yəni vasitəçilər kimi nə vəkilə, nə də 

qanuni  nümayəndəyə  ehtiyac  yoxdur.  Vətəndaşın  ərizə  ilə 

ombudsmana  müraciətinin  psixoloji  cəhətini  də  qeyd  etmək 

vacibdir.  Belə  ki,  hüquqları  pozulmuş  şəxs  ombudsma-  nm 

simasında həmin bu hüquq pozmanı elmiş inzibati orqanla bagiı 

problemin  sərbəst  tədqiqatçısını  əldə  etmiş  olur.  Bu  baxımdan 

ombudsman  təsisatı  bütün  sosial  qruplara  mənsub  şəxslərin 

etimad  göstərə  biləcəyi  hüquq-müdafiə  mərkəzi  rolunu 

oynayacaqdır; 

Ombudsman təsisatı vətəndaş və dövlət münasibətlərini daha 

yüksək  səviyyəyə  qaldırmaqla  ikitərəfli  etimadın  yaranması 

prosesinə  təkan  verir  və  bu  da  daxili  siyasi  gərginliyi  xeyli 

dərəcədə azaldır, dövlətçiliyə inamı möhkəmləndirir; 

Ombudsman  təsisatı  müstəqil  bir  struktur  olmaqla,  insan 

hüquq  və  azadlıqlarının  müdafiəsi  üçün  əlavə  bir  dövlət 

mexanizmidir. 

Ombudsman  institutu  dünyanın  sivilizasiyalı  ölkələrinin 

hüquq sistemlərində haqlı olaraq insan hüquqlarının müdafiəsində 

və 

dövlət 


orqanlarının 

qanuniliyi 

və 

fəaliyyətinin 



möhkəmləndirilməsində vacib mexanizm hesab olunur. 

Vətəndaşların  hüquqları  və  qanuni  maraqlarının  müdafiəsi 

məqsədi  ilə  malik  olduğu  bütün  səviyyələrdə  aparat  və  vəzifəli 

şəxslərin  fəaliyyətinə  geniş  nəzarət  funksiyası  Om-  budsmanm 

yüksək  nüfuzunun  və  ictimaiyyət  tərəfindən  geniş  şəkildə 

tanınmasının göstəricisidir. Bu onun statusunu xarakterizə edən və 

fəaliyyətinin 

.səmərəliliyini 

təmin 

edən 


demokratik 

xüsusiyyətlərlə bağlıdır. 



197 


12.3.

 

Azərbaycanda ombudsman təsisatının insan 



hüquqlarının miidatıəsində və hüququn 

mühafizəsində yeri 

Dünyada  ombudsman  təsisatının  milli  modellərinin  iki 



növü  mövcuddur.  Ombudsman  qurumunun  birinci  növünə  

milli  modellər  aid  edilir  ki,  onların  yaradılması  hakimiyyətin 

qanunverici qolunun tədbiri kimi olur, ombudsman fəaliyyəti isə 

məhz  parlamentin  hakimiyyətin  icra  və  məhkəmə  qollarının 

üzərində insan hüquqları ilə bağlı nəzarəti kimi çıxış edir. Buna 

görə  ombudsman  təsisatının  bu  növünü  həmçinin  parlament 



ombudsmanı adlandırırlar. 

İkinci ombndsman təsisatı növünün (kvaziombudsmanın) 

yaradılması əsasən hakimiyyətin icra qolundan asılıdır. Ona görə 

bu  növün  digər  adı  icraçı  ombudsmandır.  Aydındır  ki,  icraçı 

ombudsman  növü  parlamentin  hakimiyyətin  digər  qolları 

üzərində nəzarətçi rolunu icra edə bilməz. 

Azərbaycana  gəldikdə  «Azərbaycan  Respublikasının  İnsan 

hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Qanunda elə 

müddəalar  var  ki,  onlar  bizdəki  ombudsman  təsisatının  ikinci 

növünə  aid  olmasına  dəlalət  edir.  Belə  ki,  həmin  Qanunun  2-ci 

maddəsində  göstərdildiyi  kimi:  «Müvəkkili  Azərbaycan 

Respublikası  Prezidentinin  təqdim  etdiyi  üç  namizəd  arasından 

Azərbaycan  Respublikasının  Milli  Məclisi  83  səs  çoxluğu  ilə 

seçir». 

Demək  lazımdır  ki,  müstəqillik  ombudsmamn  aparıcı 



əlamətidir.  Bu  əlamətə  görə  həqiqi  ombudsman  təsisatı 

hakimiyyətin  heç  bir  qolunun  tərkibində  olmamalı  və  onun 

müstəqilliyini  qanunla  süni  sürətdə  məhdudlaşdırmaq  imkanları 

olmamalıdır.  «Müvəkkilin  toxunulmazlığına  yalnız  Azərbaycan 

Respublikası  Baş  prokurorunun  təqdimatına  əsasən  Azərbaycan 

Respublikası  Milli  Məclisinin  83  səs  çoxluğu  ilə  qəbul  edilmiş 

qərarı ilə xitam verilə bilər». 

Parlamentli  ombudsman  modelində  ombudsmamn  Baş 

prokurordan bu cür asılılığı olmur, parlament isə ombud- 

— .......... - 



=198

 =

 



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə