Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə63/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   59   60   61   62   63   64   65   66   ...   198

ilo  məşğuldur.  Müvafiq  səlahiyyətli  orqanlara  müraciəti  ilə  o, 

mübahisələrə  qanuna  müvafiq  olaraq  baxılmasına  nəzarət  edir. 

Ombudsman  öz  fəaliyyətini  həyata  keçirməkdə  müstəqildir. 

Ombudsman ilk fəaliyyəti haqqında parlament qarşısında məruzə 

şəklində  hesabat  verir.  Sözügedən  məruzədə  idarəedici 

hakimiyyət tərəfindən vətəndaşların hüquqlarının pozulması faktı 

göstərilir. Parlament qarşısında ilk hesabat şəklində vətəndaşların 

və ümumilikdə cəmiyyətdə insan hüquqlarının vəziyyəti haqqında 

məlumat formalaşır. 

Ombudsman  media  ilə  sıx  əməkdaşlıqda  olur.  Ondan  bir 

təsiredici  vasitə  kimi  istifadə  edir.  Müvafiq  orqanlar  tərəfindən 

vətəndaşların  pozulmuş  hüquqlarının  bərpasında  və  icraedici 

hakimiyyətin işində olan qüsurları üzə çıxarır. Buna baxmayaraq 

bütün  dünya  ombudsmanları  çalışırlar  ki,  vətəndaşlarla  inzibati 

orqanlar arasında etibarı möhkəmləndirsinlər. 

Baxmayaraq 

ki, 

ombudsman 



institutunun 

ümumi 


xüsusiyyətləri  vardır,  lakin  bu  fəaliyyətdə  hər  bir  dövlətin 

spesifik,  özünəməxsus  xüsusiyyətləri  və  milli  adət-ənənələri 

nəzərə alınır. 

12.2.


 

Hüquqi dövlət quruculuğunda onıbudsmanın rolu 

Öz fəaliyyətini qanun əsasında həyata keçirən təşkilat kimi 

dövlət  haqqında  təsəvvürlər  artıq  bəşər  sivilizasiyasının 

inkişafının  erkən  mərhələlərində  formalaşmışdı.  Hüquqi  dövlət 

ideyası  ictimai  həyatın  daha  təkmilləşdirilmiş  və  ədalətli 

formalarının  axtarışı  ilə  əlaqələndirilirdi.  Antik  dövr 

mütəfəkkirləri  olan  Sokrat,  Demokrit,  Platon,  Aristotel  və 

digərləri  belə  əlaqə  və  qarşılıqlı  fəaliyyəti  hüquqla  dövlət 

hakimiyyəti  arasında  aşkar  etməyə  səy  göstərirdilər.  Onların 

mövqeyinə  görə  bunun  aşkarlanması  o  dövr  cəmiyyətinin 

harmonik  fəaliyyətini  təmin  edə  bilərdi.  Qədim  dövrün  alimləri 

belə 


— 

—193

 --------------- 

 


hesab  edirdilər  ki,  adamların  birgə  yaşayışının  yalnız  o  siyasi 

forması daha ağıllı və ədalətlidir ki, həmin formada qanun həm 

vətəndaşlar, həm də dövlətin özü üçün ümumi məcburi qüvvəyə 

malik olur. 

Hüquqi dəyərlər sistemində adamların azadlıqlarının təşkili 

və  müdafiəsinin  yüksək  ifadə  forması  qanundur.  Dövlət 

qanunlarda  ümumməcburi  davranış  qaydaları  müəyyən  edir. 

Həmin  qanunlar  bərabərlik  və  ədalətlilik  əsasında  ictimai 

inkişafın  obyektiv  tələbatlarını  maksimum  dərəcədə  nəzərə 

almalıdır.  Məhz  buna  görə  də  qanun  yüksək  hüquqi  qüvvəyə 

malikdir.  Bütün  digər  hüquqi  aktlar  qanuna  müvafiq  olmalıdır. 

Qanunlar ictimai həyatın ən mühüm və vacib cəhətlərini tənzim 

edirlər.  Onlar  mühüm  həyati  sahələrdə  azadlıqların  dərəcəsini 

müəyyənləşdirir, cəmiyyətin mənəvi dəyərlərini mühafizə edirlər. 

Müstəqillik  əldə  etdikdən  sonra  hüquqi  dövlət  quruculuğu 

yolunu  seçmiş  Azərbaycan  Respublikası  insan  hüquqları  və 

azadlıqlarının  təmin  edilməsini  dövlətin  ali  məqsədi  kimi  qəbul 

edərək, bu ali məqsədin təmin edilməsi məqsədi ilə bir sıra hüquqi 

islahatlar həyata keçirməyə başladı. 1995-ci il 12 noyabr tarixində 

qəbul 


edilmiş 

Azərbaycan 

Respublikasının 

ilk 


milli 

Konstitusiyasında, 

İnsan 

Hüquqları 



Haqqında 

Ümumi 


Bəyannamədə  və  digər  beynəlxalq  müqavilələrdə  nəzərdə 

tutulmuş insan hüquq və azadlıqları tam və əhatəli şəkildə təsbit 

olunmuşdur.  Azərbaycan  Respublikasının  Konstitusiyasında 

insan  hüquq  və  azadlıqlarına  geniş  yer  verilməsi  Azərbaycan 

dövlətinin demokratik ənənələrə, insan hüquqları ideyasına əməl 

etmək  istəyindən  xəbər  verir.  Konstitusiyanın  ikinci  bölməsinin 

III  fəsli  bütünlükdə  insan  hüquq  və  azadlıqları  ilə  bağlı 

müddəaları təsbit edir. 

Azərbaycan  Respublikası  Prezidentinin  «İnsan  və  vətəndaş 

hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər 

haqqında»  1998-ci  il  22  fevral  tarixli  Fərmanından  irəli  gələn 

məqsəd və vəzifələri nəzərə alaraq, Azərbaycanın 





— 

—194

 ----------------  


konkret  inkişaf  morhobsino  uyğun  olaraq  insan  hüquqlarının 

müdafiəsi  sa-həsindo  həyala  keçirilən  tədbirlərin  səmərəliliyini 

artırmaq  məqsədi  ilə  Azərbaycan  Respublikası  Prezidentinin 

1998-ci il 18 iyun tarixli 832 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 

«İnsan  hüquqlarının  müdafiəsinə  dair  Dövlət  Proqramını» 

xüsusilə  qeyd  etmək  lazımdır.  Dövlət  Proqramında  insan 

hüquqları  üzrə  Azərbaycan  Respublikasının  səlahiyyətli 

müvəkkili  təsisatının  yaradılması,  Azərbaycan  Respublikasının 

insan  hüquqları  haqqında  beynəlxalq  sazişlərə  qoşulması,  bu 

sahədə  elmi-tədqiqat  institutunun  yaradılması,  normativ  hüquqi 

aktların  insan  hüquqlarına  dair  beynəlxalq  standartlara  tam 

uyğunluğunun 

təmin 

edilməsi, 



hüquqi 

mexanizmlərin 

təkmilləşdirilməsi,  insan  hüquqları  sahəsində  fəaliyyət  göstərən 

beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, 

bu  sahədə  fəaliyyət  göstərən  beynəlxalq  institut  və  mərkəzlərdə 

tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması, 

insan  hüquqları  haqqında  öhdəliklərə  riayət  edilməsi  və  digər 

mühüm məsələlər nəzərdə tutulmuşdur. 

Avropa  Şurasının  bərabər  hüquqlu  üzvü  olan  Azərbaycan 

Respublikası 2001-ci il 25 dekabr tarixində «İnsan hüquqlarının 

və 

əsas 


azadlıqlarının 

müdafiəsi 

haqqında» 

Avropa 


Konvensiyasına  qoşulmuş  və  üzərinə  milli  qanunvericiliyin 

beynəlxalq,  Avropa  standartlarına  uyğun  təkmilləşdirilməsi 

öhdəliyini qəbul etmişdir. 

Azərbaycanda  hüquqi  dövlət  quruculuğu  istiqamətində 

aparılan  hüquqi  islahatların  məntiqi  davamı  kimi,  ombudsman 

təsisatının yaradılması da zamanın belə tələblərindəndir. 



28  dekabr  2001-ci  il  tarixdə  Azərbaycan  Respublikası 

Milli  Məclisi  tərəfindən  «Azərbaycan  Respublikasının  insan 

hüquqları  üzrə  müvəkkili  (ombudsman)  haqqında» 

Konstitusiya  Qanunu  qəbul  edilmişdir.  Müvəkkil  təsisatının 

yaradılması və fəaliyyət  göstərməsi üçün maddi və hüquqi baza 

yaradılmışdır. 







 ---------- 

195

 

— 



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə