Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə66/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   62   63   64   65   66   67   68   69   ...   198

Müvokkil ola bilməz. Müvəkkil həm də siyasi fəaliyyətlə məşğul 

ola və heç bir siyasi partiyanın üzvü, qeyri-hökümət təşkilatının 

rəhbərliyində təmsil oluna bilməz. 

Müvəkkil  vəzifəyə  seçildiyi  gün  Azərbaycan  Respublikası 

Milli Məclisinin iclasında and içir. 

Müvəkkil  7  il  müddətinə  seçilir  və  eyni  şəxs  bu  vəzifəyə 

yalnız bir dəfə seçilə bilər. Müvəkkilin səlahiyyətlərinə bitməsinə 

30  gün  qalmış  Azərbaycan  Respublikasının  Prezidenti  Milli 

Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini 

təqdim  edir.  Milli  Məclis  isə  15  gün  müddətində  müvəkkilin 

seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir. 

Müvəkkilin  fəaliyyətinin  hüquqi,  təşkilati,  elmi-analitik, 

informasiya,  maddi-texniki,  maliyyə  və  təsərrüfat  təminatının 

həyata keçirilməsi üçün onun aparatı yaradılır. 

12.5.

 

Müvəkkilin müstəqilliyinin və toxunulmazlığının 



təminatları, səlahiyyətlərinə vaximdan əvvəl xitam verilməsi 

Müvəkkil  müstəqildir  və  yalnız  Azərbaycan  Respublikası 

Konstitusiyasına və qanunlarına tabedir. 

Müvəkkilin dəyişilməzliyi, toxunulmazlığı, hər hansı dövlət 

və  ya  yerli  özünüidarə  orqanı,  vəzifəli  şəxs  tərəfindən  onun 

fəaliyyətinə  müdaxilə  edilməsinin  yolverilməzliyi,  maddi  və 

sosial təminatları, Fövqəladə və ya hərbi vəziyyətin elan edilməsi 

zamanı 


fəaliyyətinin 

dayandırılmaması 

və 

ya 


məhdudlaşdırılmaması onun müstəqilliyininə təminatlarıdır. 

Müvəkkil səlahiyyət müddəti ərzində toxunulmazdır. 

Müvəkkil  səlahiyyət  müddəti  ərzində  cinayət  başında 

yaxalanma  hallarından  başqa,  cinayət  məsuliyyətinə  cəlb  edilə 

bilməz, tutula və  ya saxlanıla bilməz, onun barəsində məhkəmə 

qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa 

məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Mü- 

 ----------- 



^

202

=

  ----------------------------------------------------  ------------------  

■ ^

 



vokkil cinayot başında yaxalanarsa, onu tutan orqan bu barədə 24 

saat  müddətində  Azərbaycan  Respublikası  Baş  prokuroruna  və 

Azərbaycan Respublikası Milli Məclisinə xəbər verməlidir. 

Müvəkkilin 

toxunulmazlığına 

yalnız 


Azərbaycan 

Respublikası  Baş  prokurorunun  təqdimatına  əsasən  Azərbaycan 

Respublikası  Milli  Məclisinin  83  səs  çoxluğu  ilə  qəbul  edilmiş 

qərarı ilə xitam verilə bilər. 

Müvəkkilin  toxunulmazlığı  həmçinin  onun  mənzilinə, 

xidməti  otağına,  nəqliyyat  və  rabitə  vasitələrinə,  poçt-teleqraf 

yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil edilir. 

Müvəkkil işləmiş şəxs vəzifədən getdikdən sonra Müvəkkil 

səlahiyyətlərini  həyata  keçirdiyi  dövrdəki  fəaliyyətinə  və 

söylədiyi  fikirlərə  görə  toxunulmazdır.  Bu  dövrdə  törətdiyi 

cinayətlərə  və  məhkəmə  qaydasında  inzibati  tənbeh  tədbirləri 

nəzərdə  tutulmuş  hüquq  pozuntularına  görə  həmin  şəxsin 

məsuliyyətə  cəlb  edilməsi  Qanunla  müəyyən  olunmuş  qaydada 

həyata keçirilir. 

Müvəkkilin səlahiyyətlərinə Milli Məclisin təşəbbüsü ilə və 

ya  Azərbaycan  Respublikası  Prezidentinin  təqdimatı  əsasında 

Milli  Məclisin  83  səs  çoxluğu  ilə  qəbul  edilmiş  qərarı  ilə 

Müvəkkilə  aid  tələblər  pozulduqda,  səlahiyyətlərini  icra  etmək 

qabiliyyətini tamamilə itirdikdə vaxtından əvvəl xitam verilir. 

Müvəkkil  vəfat  etdikdə,  barəsində  məhkəmənin  qanuni 

qüvvəyə minmiş ittiham hökmü olduqda, Milli Məclisin sədri öz 

sərəncamı ilə onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verir. 

Müvəkkilin  səlahiyyətlərinə  vaxtından  əvvəl  xitam 

verildikdə,  Azərbaycan  Respublikasının  Prezidenti  30  gün 

müddətində  Milli  Məclisə  yeni  Müvəkkilin  seçilməsi  üçün  üç 

şəxsin  namizədliyini  təqdim  edir  və  Milli  Məclis  15  gün 

müddətində  Müvəkkilin  seçilməsi  ilə  bağlı  müvafiq  qərar  qəbul 

edir. 




-^203

 ------------------------------------- ^ " 




12.6.

 

Müvəkil tərəfindən insan hüquqlarının pozulmasına dair 



şikayətlərə baxılması qaydası 

Müvəkkil 

Azərbaycan 

Respublikası 

vətəndaşlarının, 

əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin,  hüquqi  şəxslərin 

insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır. 

Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü 

şəxslər, o cümlədən qeyri-hökümət təşkilatları verə bilərlər. İnsan 

hüquqları  pozulmuş şəxsin  razılığını almaq mümkün olmadıqda 

(həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.), 

şikayət  üçüncü  şəxslər  və  ya  qeyri-  hökümət  təhkilatları  razılıq 

almadan da verə bilərlər. 

Dövlət orqanları Müvəkkilə şikayət verə bilməzlər. 

Şikayət  ərizəçinin  hüquqlarının  pozulduğu  və  ya  ona  bu 

barədə məlum olduğu gündən bir il müddətində verilə bilər. 

Cəzaçəkmə  müəssisələrində,  istintaq  təcridxanalarında, 

müvəqqəti  saxlanılma  yerlərində  saxlanılan  şəxslər  tərəfindən 

ünvanlanmış  şikayətlər  senzuradan  keçirilmədən  24  saat 

müddətində Müvəkkilə göndərilməlidir. 

Müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətdə əks 

etdirilmiş halların araşdırılması zamanı barəsində şikayət verilən 

orqanın və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini 

öyrənir. 

İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş 

halların  araşdırılması  zamanı  Müvəkkilin  aşağıdakı  hüquqları 

vardır: 

maneəsiz  və  əvvəlcədən  xəbərdarlıq  etmədən  dövlət 

hakimiyyəti  və  yerli  özünüidarə  orqanlarına,  hərbi  hissələrə, 

cəzaçəkmə  müəssisələrinə,  istintaq  təcridxanalarma,  müvəqqəti 

saxlanılma  yerlərinə  daxil  olrnac];  cəzaçəkmə  müəssisələrində, 

istintaq  təcridxanalarında,  müvəqqəti  saxlanılma  yerlərində 

saxlanılan şəxslərlə görüşmək və təkbətək söhbət etmək, onların 

həmin  yerlərdə  saxlanıl-masmm  qanuniliyini  təsdiq  edən 

sənədlərlə tanış olmaq; 

 -----------------  

=

204

=

 

 ----------- = 



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə