Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə69/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   65   66   67   68   69   70   71   72   ...   198

-

 

digor dövlot orqanları ilo birlikdə cinayətlərin və s. hüquq 



pozuntularının  qarşısının  alınması  üzrə  tədbirlərin  işlənib 

hazırlanması; 

-

 

hüquq  mühafizə  orqanlarının  cinayətlərə  və  digər  hüquq 



pozuntularına qarşı mübarizə üzrə fəaliyyətinin əlaqələndirilməsi

-

 



qanunvericiliyin 

təkmilləşdirilməsində 

və 

sovet 


qanunlarının təbliğində iştirak (Qanunun 3-cü maddəsi). 

Qanunla nəinki prokuror təsirinin konkret vasitələri (protest, 

təqdimat,  qərar),  həm  də  prokurorun  aşkar  edilmiş  qanun 

pozuntularının  aradan  qaldırılması  üzrə  səlahiyyətlərinin 

imperativ  xarakteri  (aşkar  edilmiş  qanun  pozuntularının  aradan 

qaldırılmasına  dair  prokuror  tələblərinin  icrasının  məcburiliyi) 

müəyyən edilirdi. Qanun prokurorların səlahiyyətlərini bir qədər 

genişləndirirdi,  məsələn,  qanun  pozuntusunun  yol  verilməzliyi 

haqqında xəbərdarlıq etmək hüququ (23- cü maddənin 7-ci bəndi), 

tələb etmək hüququ (27-ci maddə) və s. kimi prokurorların  yeni 

səlahiyyətləri təsbit edilirdi. 

Bu dövrdə həm də 1966-cı il Əsasnaməsinin əvəzinə 1981- ci 

il avqustunun 4-də «Hərbi prokurorluq haqqında» yeni Əsasnamə 

təsdiq edilir. 

İxtisaslaşdırılmış  prokurorluqların  təşkili  sahəsində  də 

dəyişiklik baş verir. SSRİ Baş Prokurorunun 5 noyabr 1980- cı il 

46 №-li «Nəqliyyat prokurorluqlarının təşkili haqqında» əmri ilə 

vilayət prokurorluğu hüququnda fəaliyyət göstərən dəmir yolu, su 

və  hava  yolu  nəqliyyat  prokurorluqları  təşkil  edilir.  Müvafiq 

respublika 

prokurorluqlarının 

tabeçiliyində 

olan 

bu 


prokurorluqlara  rayon  prokurorluqları  hüququnda  fəaliyyət 

göstərən nəqliyyat prokurorluqlarının işinə rəhbərlik və nəzarətin 

həyata keçirilməsi həvalə edilirdi. 

Qaydaya  əsasən,  qanuna  zidd  olan  aktdan  protest  verilməsi 

belə aktın qüvvəsini protestə baxılanadək dayandırırdı. 

Qanunun yeni redaksiyasına uyğun olaraq, prokuror təsirinin 

yeni formaları (tələbnamə, xəbərdarlıq) müəyyən 

211 



edilir.  Prokurorluq  haqqında  qanuna  əlavə  edilən  yeni  24-cü 

maddə  qanun  pozuntusunun  açıq  xarakter  daşıdığı  və  dövlət, 

müəssisə,  idarə,  təşkilat  və  vətəndaşın  hüquq  və  qanuni 

mənafelərinə  mühüm  zərər  vura  biləcəyi  hallarda,  prokurora 

qanun  pozuntusunun  aradan  qaldırılması  haqqında  dərhal  icra 

edilməli olan tələbnamə çıxarmaq hüququ verirdi. 

Prokuror nəzarətinin predmet və hüdudlarının genişlənməsi 

öz.ünün  ən  yüksək  mərhələsinə  SSRİ  xalq  deputatları  qurultayı 

tərəfindən  1990-cı  il  dekabrın  26-da  qəbul  edilən  «Dövlət 

idarəetmə  sisteminin  təkmillə.şdirilməsi  ilə  əlaqədar  SSRİ 

Konstitusiyasına  (Əsas  Qanuna)  dəyişikliklər  və  əlavələr 

haqqında» SSRİ Qanunu ilə çatdı. SSRİ Konstitusiyasına edilən 

həmin dəyişiklik və əlavələrə uyğun olaraq, ali prokuror nəzarəti 

yerli  xalq  deputatları  sovetlərinin,  siyasi  partiyaların  və  kütləvi 

hərəkatların fəaliyyətinin qanuniliyinə də şamil edildi. 

İttifaq Konstitusiyasının respublika prokurorlarının təyini və 

tabeçilik qaydasını nizama salan maddəsinə də dəyişiklik edildi. 

Həmin maddənin yeni redaksiyasına görə, respublika prokurorları 

SSRİ  Baş  Prokurorunun  razılığı  ilə  respublikaların  ali  dövlət 

orqanları  tərəfindən  təyin  edilirdilər  və  sonunculara  hesabat 

verirlər.  Respublika  prokurorlarının  SSRİ  qanunlarının  icrasına 

nəzarət  üzrə  fəaliyyətlərində  həm  də  SSRİ  Baş  Prokuroruna 

hesabat vermələri nəzərdə tutulurdu. 

İttifaq Konstitusiyasına edilmiş bu əlavə və dəyişikliklər öz 

əksini  5  mart  1991-ci  il  tarixli  «Dövlət  idarəetmə  sisteminin 

təkmilləşdirilməsi  ilə  əlaqədar  Azərbaycan  Respublikasının 

Konstitusiyasında  (Əsas  Qanunda)  dəyişiklik  və  əlavələr 

haqqında» Azərbaycan Respublikası Qanununda tapdı.* Lakin bir 

müsbət cəhəti qeyd etmək lazımdır ki, əvvəlki dövrdən 

'Azərbaycan Respublikası Ali Sovetinin mo'lumatları, 1991, 

№ 5-6, mad.l 11; 

 ................



212

 = 



forqli  olaraq,  bu  dofo  respublika  konstitusiyasına  ittifaq 

konstitusiyasında  nozordo  tutulanlardan  forqli  normalar  daxil 

edilmişdir. Birincisi, yerli xalq deputatları sovetlərinin fəaliyyəti 

respublika  prokurorluğunun  nəzarət  obyektinə  daxil  edilmirdi, 

ikincisi,  respublika  prokurorunun  ittifaq  prokurorunun  heç  bir 

razılığı olmadan respublika prezidentinin təqdimi üzrə Ali Sovet 

tərəfindən təyin edilməsi nəzərdə tutulurdu. 

Sovetlər  imperiyasının  dağılması  ilə  müstəqillik  yoluna 

qədəm  qoyan  Azərbaycan  xalqı  gələcək  inkişaf  yollarını,  öz 

dövlətinin  daxili  və  xarici  siyasətini  sərbəst  müəyyən  etmək 

imkanı  əldə  etdi.  18  oktyabr  1991-ci  il  tarixli  «Azərbaycan 

Respublikasının  dövlət  müstəqilliyi  haqqında»  Konstitusiya 

Aktının 

9-

CLI 



maddəsi  öz  idarəetmə  formasını  seçməyi,  başqa, 

iqtisadi  və  mədəni  həyatını  öz  tarixi  və  milli  ənənələrinə, 

ümumbəşəri  dəyərlərə  uyğun  inkişaf  etdirməyi  Azərbaycan 

xalqının ayrılmaz hüququ olduğunu bəyan etdi. 

Müstəqilliyin  əldə  edilməsi ilə əlaqədar, ilk növbədə, digər 

dövlət quruculuğu məsələləri ilə yanaşı, prokurorluq orqanlarının 

qanunvericilik bazasını da müəyyən etmək zəruri idi. Konstitusiya 

Aktının 9-cu maddəsinin müddəasına uyğun olaraq, Azərbaycan 

Respublikasının  Milli  Məclisi  26  avqust  1992-ci  il  tarixli 

«Prokurorluq  orqanlarının  statusunu  müəyyənləşdirən  keçmiş 

SSRİ-nin  qanunvericilik  aktlarının  Azərbaycan  Respublikasının 

ərazisində  hüquqi  qüvvəsini  saxlamağının  təsdiqi  və  onların 

tətbiqi  qaydası  barədə»  Qanun'  qəbul  etmişdir.  Həmin  qanunla 

Azərbaycan Respublikasının müvafiq qanunları qəbul edilənədək 

prokurorluq  orqanlarının  statusunu  müəyyənləşdirən  keçmiş 

SSRİ-nin  bəzi  qanunvericilik  aktlarının,  o  cümlədən  «SSRİ 

prokurorluğu  haqqında»  1979-ci  ilin  Qanununun,  sonrakı 

dəyişiklik 

'Azərbaycan Respublikası Ali Sovetinin mə'lumatları, 1992, 

№ 16, mad.705. 

 ------------------  

 --------------------- 



213

 ----------------  




Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə