Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə68/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   64   65   66   67   68   69   70   71   ...   198

kurare»,  yəni  «prokuror»  sözünün  mənası  «qayğıya  qalmaq» 

deməkdir. 

Azərbaycan  dövlətinin  prokurorluq  orqanları  qarşısında 

qoyduğu  vəzifə  insan  haqlarını,  vətəndaş  hüquqlarını 

qorumaqdan, deməli, onların qayğısına qalmaqdan ibarətdir. 

Hələ  qədim  Romada  «prokurator»  adlı  məmur  vəzifəsi 

mövcud olub. Qədim Şərq dövlətlərində və Yunanıstanda belə bir 

təsisatın  əsas  təyinatı  birinci  növbədə  dövlət  hakimiyyətinin 

göstərişlərinin  icrasına  nəzarətdən,  ikincisi  isə  məhkəmədə 

ittihamı həyata keçirməkdən («natiqlər») ibarət idi. İranın tarixinə 

dair mənbələrdə Əhəmənilər dövründə müxtəlif məhkəmə işlərinə 

baxılması  zamanı  prokurorluq  funksiyalarını  həyata  keçirən 

«mühüm  şəxslər»  barədə  məlumatlara  rast  gəlinir.  Sırf  dövlət 

idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası 

ilk  dəfə  XIV  əsrin  əvvəllərində  Fransada  qoyulmuşdur.  Fransız 

prokurorluğunun  banisi  kral  IV  Filipp  hesab  edilir.  Həm  Qərb 

ölkələri, həm də Rusiya prokurorluğuna böyük təsiri olan Fransa 

prokurorluğunun  təşkili  və  fəaliyyəti  haqqında  qanun  1586-  cı 

ildə qəbul edilmişdir. Rusiyada prokurorluq I Pyotrun 12 yanvar 

1722-ci  il  tarixli  fərmanı  ilə  təsis  olunub.  Bu  orqanın  əsas 

vəzifələri  və  prinsipləri  «Baş  prokuror  vəzifəsi  haqqında»  27 

aprel 1722-ci il tarixli formanla müəyyən edilmişdir. 

1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri 

ilə  Azərbaycanın  parçalanmasının  əsası  qoyulur  və  Şimali 

Azərbaycan işğal olunur. 1841-ci il yanvarın 1-dək Azərbaycanda 

çar Rusiyasının komendant idarəçilik sistemi tətbiq edilir. Bundan 

sonrakı  dövrdə  Zaqafqaziya  da  ümumrusiya  mülki  idarəetmə 

sisteminə  keçirilir,  prokuror  nəzarəti  təsis  edilir.  1862-ci  ildə 

qəbul  edilən  «Prokurorluq  haqqında  əsas  müddəalar»  Rusiyada 

prokuror  nəzarətinin  təyinatını,  onun  predmetini,  prokurorların 

vəzifə və səlahiyyətlərini müəyyən edir. 

— ^ -■ 


^208

 = 



Azərbaycanda  prokuror  nəzarətini  Bakı  və  Yelizavelpol 

quberniyaları,  dairə  məhkəmələrinin  prokurorları  və  onların 

müavinləri, Azərbaycan məhkəmələri üçün apellyasiya hüququna 

malik Tiflis Məhkəmə Palatasının prokuroru və onun müavinləri 

həyata  keçirirdilər.  1868-ci  ilin  fevralında  Azərbaycanda 

tərkibində müvafiq prokuror nəzarəti və istintaq hissələri olan 13 

yeni idarə yaradıldı. 

Müstəqil  Azərbaycan  dövlətinin  prokurorluq  tarixinə 

gəldikdə  isə,  prokurorluq  orqanlarımızın  bu  tarixi  Azərbaycan 

Xalq Cümhuriyyəti hökumətinin 1 oktyabr 1918-ci il tarixli qərarı 

ilə  qoyuldu.  Həmin  qərarla  Bakı  Dairə  Məhkəməsinin  və  onun 

tərkibində prokurorluq orqanlarının fəaliyyəti bərpa edildi. Xalq 

Cümhuriyyəti  kimi  müstəqil  prokurorluğumuzun  da  həmin 

dövrdəki ömrü, təəssüf ki, çox qısa oldu. 

Azərbaycan  SSR  MİK  1922-ci  ildə  Azərbaycan  SSR 

Prokurorluğunu təşkil etdi. Prokurorluq Ədliyyə Komissarlığının 

tərkibində  təşkil  olundu.  Ona  ədliyyə  komissarı  -  Respublika 

prokuroru rəhbərlik edirdi. 

1936-cı  ildə  müttəfiq  respublika  prokurorluqları,  eləcə  də 

Azərbaycan  SSR  prokurorluğu  müttəfiq  respublika  ədliyyə 

komissarlıqlarından ayrılaraq birbaşa SSSR Prokurorluğuna tabe 

edildi.  O  vaxtdan  indiyə  kimi  prokurorluq  orqanlarının 

fəaliyyətini  tənzimləyən  bir  çox  qanunvericilik  aktları  qəbul 

edilmişdir. 

30  noyabr  1979-cu  il  tarixdə  SSRİ  Ali  Sovetinin  2-ci 

sessiyasında  «SSRİ  Prokurorluğu  haqqında»  Qanun  qəbul 

edilmişdir. Bu qanun 1,2, 15, 16, 17, 18, 22, 23, 26, 27, 28, 29, 32, 

33-cü  maddələrində  qanunların  icrasında  prokurorun  nəzarət 

funksiyalarını,  vəzifələrini,  müttəfiq  respublikaların  muxtar 

respublika,  diyar,  vilayət,  şəhər,  müxtar  vilayət,  muxtar  mahal, 

rayon  və  şəhər  proku-rorluqlarmın,  hərbi  prokurorluqların 

prokurorlarının,  müstəntiqlərinin  tabeçiliyini,  quruluşunu, 

prokurorun qanunların dövlət idarə orqanları, 





 ------- 

209

 -----------  — 



müəssisələr,  idarələr,  təşkilatlar,  vəzifəli  şəxslər  və  vətəndaşlar 

tərəfindən  icrasına  nəzarət  formasını,  səlahiyyətini,  ibtidai 

istintaqa nəzarət formalarım, səlahiyyətləri, məhkəmə qərarlarının 

qanunliyinə nəzarət formasını təsdiq etmişdir. 

«SSRİ  prokurorluğu  haqqında»  Qanunla  prokuror 

nəzarətinin ənənəvi olaraq təşəkkül tapmış sahələri, bu sahələrin 

hər  birində  prokurorların  vəzifə  və  səlahiyyətlərinin  dürüst 

müəyyən edilməsi ilə inkişaf etdirilirdi. 

Qanunda  prokuror  nəzarətinin  sahələri,  anlayışı  və  onların 

sayı ənənəvi olaraq aşağıdakılar üzrə müəyyən edilirdi: 

1)

 

dövlət  idarəçilik  orqanları,  müəssisələr,  idarələr, 



təşkilatlar,  vəzifəli  şəxslər  və  vətəndaşlar  tərəfindən  qanunların 

icrasına  nəzarət  (ümumi  nəzarət);  Qanunun  22-ci  maddəsinə 

əsasən,  ümumi  nəzarətin  iki  istiqamətdə  həyata  keçirilməsi 

nəzərdə  tutulurdu:  a)  hüquqi  aktların  qanuniliyinə  nəzarət;  b) 

vəzifəli  şəxslər  və  vətəndaşlar  tərəfindən  qanunların  dürüst  və 

eyni cür icrasına nəzarət; 

2)

 

təhqiqat və ibtidai istintaq orqanları tərəfindən qanunların 



icrasına nəzarət; 

3)

 



məhkəmələrdə işlərə baxılması zamanı qanunların icrasına 

nəzarət; 

4)

 

müvəqqəti  saxlama  yerlərində,  ibtidai  həbs  yerlərində, 



məhkəmə  tərəfindən  təyin  edilən  cəzaların,  məcburi  xarakterli 

digər tədbirlərin icrası zamanı qanunlara əməl edilməsinə nəzarət. 

Bundan  əlavə,  prokurorluğun  fəaliyyətinin  aşağıdakı  əsas 

istiqamətləri də müəyyən edilirdi: 

-

 

sosialist  mülkiyyətinin  mühafizəsi  haqqında  qanunların 



pozulmasına qarşı mübarizə

-

 



cinayətkarlığa  və  digər  hüquq  pozuntularına  qarşı 

mübarizə, cinayətlərin istintaqı, cinayət törətmiş şəxslərin cinayət 

məsuliyyətinə  cəlb  edilməsi,  cinayətə  görə  məsuliyyətin 

labüdlüyünün təmin edilməsi

 --------  

210

-^--^=- - 



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə