Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə60/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   56   57   58   59   60   61   62   63   ...   198

Ali  Məhkəmənin  rəyini  nəzərə  alaraq  Konstitusiya 

Məhkəməsinin 

Plenumu 

Azərbaycan 

Respublikası 

Prezidentinin hərəkətlərində ağır cinayətin əlamətləri olduğu 

halda  onun  vəzifədən  kənarlaşdırılması  təşəbbüsü  ilə  çıxış 

etmək haqqında 7 hakimin səs  çoxluğu ilə qərar qəbul  edir. 

Bu  qərar  qəbul  edildikdə  dərhal  Milli  Məclisə  göndərilir.  Milli 

Məclis Konstitusiyanın  107-ci  maddəsinin  II  hissəsində nəzərdə 

tutulmuş  qaydada  95  səs  çoxluğu  ilə  Azərbaycan  Respublikası 

Prezidentinin  vəzifədən  kənarlaşdırılması  haqqında  qərar  qərar 

qəbul  etdikdə,  həmin  qərar  və  onun  əsasında  qəbul  edilmiş 

müraciət  dərhal  Konstitusiya  Məhkəməsinə  göndərilir. 

Konstitusiya Məhkəməsinin Plenumu Milli  Məclisin  qərarını və 

müraciətini  aldığı  gündən  7  gün  ərzində  həmin  qərar  qəbul 

edilərkən  onun  Azərbaycan  Respublikası  Konstitusiyasının, 

müvafiq  qanunlarının  tələblərinə  riayət  olunmasını  yoxlayır  və 



qərara tərəfdar çıxması  haqqında öz qərarını  7 hakimin səs 

çoxluğu ilə qəbul edir. Konstitusiya Məhkəməsinin sədri həmin 

qərarı imzalayır. 

Konstitusiya 

Məhkəməsinin 

Plenumu 

Azərbaycan 

Respublikası Milli Məclisinin qərarına tərəfdar çıxması haqqında 

qərar  qəbul  etməzsə,  Azərbaycan  Re.spublikası  Prezidentinin 

vəzifədən  kənarlaşdırılması  haqqında  Milli  Məclisin  qərarı 

qüvvəyə minmir. 



Azərbaycan 

Respublikası 

Konstitiısiyasnnn 

və 

qaııunları- mn şərh edilməsi barədə Konstitusiya Məhkəməsinə 

daxil  olmuş  sorğu  və  ya  müraciət  haqqında  məsələ,  bir  qayda 

olaraq, 15 gün müddətində Konstitusiya Məhkəməsi palatasının 

iclasına  çıxarılır,  sorğunun  və  ya  müraciətin  icraata  qəbul 

edilməsi,  yaxud  icraata  qəbul  edilməsindən  imtina  edilməsi 

haqqında  qərardad  qəbul  olunur.  Sorğunun  və  ya  müraciətin 

icraata qəbul  edilməsi,  yaxud icraata qəbul  edilməsindən imtina 

edilməsi haqqında qərardad qəbul olunduğu gündən ən geci 7 gün 

keçənədək  sorğuverən  orqana  və  ya  vəzifəli  şəxsə  göndərilir. 

Sorğuya və ya müraciətə Plenumda mahiy-  

 .„. 



yəti üzrə baxılması, bir qayda olaraq, onun icraata qəbul edildiyi 

gündən ən geci 60 gün keçənədək başlanmalıdır. 



Konstitusiyanın  I53-cü  maddəsinə  gÖrə  Azərbaycan 

Respublikasının 

Milli 

Məclisi 

və 

ya 

Azərbaycan 

Rcspublikasmııı 

Prezidenti 

Konstitusiyanın 

mətnində 

dəyişikliklər  edilməsi  haqqında  təklif  verərsə,  bu  barədə 

Konstitusiya  Məhkəməsinin  rəyi  alınmalıdır.  Konstitusiya 

Məhkəməsi təkliflərə dair rəy verməkdən imtina edə bilməz. 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  və  Azərbaycan 

Respublikası 

Prezidentinin 

təklillərinə 

mahiyyəti 

üzrə 


Konstitusiya Məhkəməsinin Plenumunda baxılması  onların  dərc 

olunduğu gündən ən geci 7 gün keçənədək başlanır. Konstitusiya 

Məhkəməsi  təklif  olunmuş  dəyişikliyin  Konstitusiyanın  155-ci 

maddəsinin  tələblərinə  uyğunluğu  haqqında  əsaslandırılmış  rəy 

qəbul  edir  və  referendum  keçiriləndə  həmin  rəyin  xülasəsi 

səsvermə bülleteninə daxil edilir. 

Beləliklə,  göstərilən  məsələlərlə  bağlı  hər  bir  konstitusiya 

icraatının öz xüsusiyyətləri vardır və onların dərindən öyrənilməsi 

böyük əhəmiyyət kəsb edir. 

11.10.


 

Konstitusiya Məiıkəmosiııin 

aktları, onların növü və hüquqi 

əhəmiyyəti 

Konstitusiya Məhkəməsi iki növ akilar qəbul edir: qərar və 

qərardadlar. 

Konstitusiya  Məhkəməsi  palatalarının  iclaslarında 

qərardadlar,  Plenumunun  iclaslarında  isə  qərar  və 

qərardadlar qəbul edilir. 

Konstitusiya  Məhkəməsi  Plenumunun  qərarı  konstitusiya 

işinə  mahiyyəti  üzrə  baxılması  nəticəsində  Konstitusiya 

Məhkəməsinin  gəldiyi  qənaəti  əks  etdirən  və  Konstitusiya 

Məhkəməsi  Plenumunun  iclaslarında  qəbul  edilən  yazılı 

.sənəddir.  Plenumun  qərarı,  Konstitusiyada  və  qanunla  ba.şqa 

qayda  nəzərdə  tutulmayıbsa,  5  hakimin  səs  çoxluğu  ilə  qəbul 

edilir. 


 - - - -  

185

 

 - - -    


Plenum  torofmdon  qəbul  edilmiş  qərarlar  Azərbaycan 

Respublikası adından çıxarılır, onlar qətidir, heç bir orqan və ya 

şəxs  tərəfindən  ləğv  edilə,  dəyişdirilə  və  ya  rəsmi  təfsir  edilə 

bilməz.  Plenumun  qərarlarını  iclasa  sədrlik  edən  imzalayır  və 

onlar,  bir  qayda  olaraq,  15  gün  müddətində  Konstitusiya 

Məhkəməsinin  iclasında  elan  edir.  Plenumun  qərarları  rəsmi 

dövlət qazetində dərc olunur. 

Konstitusiyanın  130-cu  maddəsinin  IX  hissəsinə  görə 

Konstitusiya 

Məhkəməsinin 

qərarları 

Azərbaycan 

Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Onlar 

qüvvəyə  mindikdən  sonra  şərtsiz  icra  olunmalıdır.  Konstitusiya 

Məhkəməsinin  qərarlarını  icra  etməyən  vəzifəli  şəxslər 

qanunvericiliklə nəzərdə tutlmuş qaydada məsuliyyət daşıyırlar. 



Konstitusiyanın  130-cu  maddəsinin  X  hissəsinə  görə 

qanunlar  və  digər  aktlar,  yaxud  onların  ayrı-ayrı  müddəaları, 

Azərbaycan  Respublikasının  hökümətlərarası  müqavilələri 

Konstitusiya  Məhkəməsinin  qərarında  müəyyən  edilmiş 

müddətdə  qüvvədən  düşür,  Azərbaycan  Respublikasının 

dövlətlərarası  müqavilələri  isə  qüvvəyə  minmir.  Azərbaycan 

Respublikası  Konstitusiyasına  və  qanunlarına  uyğun  olmayan 

hesab  edilmiş  məhkəmə  aktları  icra  edilməməli  və  müvafiq 

məhkəmə  işlərinə  Azərbaycan  Respublikasının  prosessual 

qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  yenidən 

baxılmalıdır.  Konstitusiya  Məhkəməsi  qərarının  qəbul  edilməsi 

üçün  əsas  təşkil  etmiş  Konstitusiyanın  müvafiq  norması 

referendum nəticəsində dəyişdirildikdə, həmin qərar Konstitusiya 

Məhkəməsi  tərəfindən  qismən  və  ya  bütövlükdə  qüvvədən 

düşmüş hesab olunur. 

Qərarların  və  qərardadların  qəbul  edilməsi  üçün  xüsusi 

qaydalar  müəyyən  edilir.  Belə  ki,  qərarlar  işdə  iştirak  edən 

hakimlərdən ibarət bağlı müşavirə otaqlarında qəbul edilməlidir. 

İclaslara  protokolların  aparılmasını  və  iclasın  normal  şəraitdə 

keçirilməsini təmin edən Konstitusiya Məhkəməsinin əməkdaşları 

buraxıla bilərlər. Qərarın müzakirəsi zamanı hər 

■ ■   -   ■  

186

 



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə