Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə61/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   57   58   59   60   61   62   63   64   ...   198

bir hakimə məhdudiyyətsiz çıxış etmək imkanı verilir. Səsvermə 

açıq olur. Sədrlik edən bütün hallarda axırıncı səs verir. Hakimlər 

səsvermədə  bitərəf  qala  bilməzlər.  Konstitusiya  Məhkəməsinin 

hakimi Konstitusiya Məhkəməsi qərarının təsviri-əsaslandıncı və 

ya nəticə hissəsi ilə razı olmadıqda yazılı şəkildə xüsusi rəy tərtib 

edə bilər. Hakimin xüsusi rəyi Konstitusiya Məhkəməsinin qərarı 

ilə  birlikdə  dərc  edilir.  Qərar  bütün  iştirakçılar  tərəfindən 

imzalanır.  Müşavirə  protokola  yazılır.  Protokolu  da  müzakirədə 

iştirak edən bütün hakimlər imzalayır. 

«Konstitusiya Məhkəməsi haqqında» Qanun belə qərarların 

formasına  və  məzmununa  dair  ciddi  tələblər  müəyyən  etmişdir. 

Belə ki,  Plcnunuın  qərarı  giriş,  təsviri-əsaslandıncı  və  nəticə 

hissələrindən  ibarət  olur.  Qərarın  giriş  hissəsində  mütləq 

qərarın  adı,  çıxarılması  yeri  və  tarixi,  hakimlərin  tərkibi, 

məhkəmə  iclasının  katibi,  tərəflər,  maraqlı  subyektlər  və  işdə 

iştirak  edən  digər  şəxslər,  konstitusiya  icraatının  üsulu  və  bu 

icraatın  başlanması  üçün  səbəblər  göstərilməlidir.  Qərarın 

təsviri-əsaslandıncı  hissəsində  sorğu,  müraciət  və  ya  şikayətin 

qısa məzmunu və xahiş, işdə olan sənədlər haqqında məlumat, işə 

baxılması  zamanı  müəyyən  edilmiş  hallar,  məhkəmənin  rəhbər 

tutduğu  Konstitusiyanın  və  başqa  qanunların  maddələri, 

konstitusiya  işinə  dair  məhkəmənin  qənaətini  əsaslandıran 

mülahizələr  göstərilir.  Qərarın  nəticə  hissəsində  isə  işə  dair 

Konstitusiya  Məhkəməsinin  qənaəti,  qərarın  dərc  edilməsi  və 

qüvvəyə minməsi vaxtı qeyd olunur. Başqa sözlə, qərar dəqiqliklə 

motiviə.şdirilməIi və əsaslandırılmalıdır. 

Konstitusiya  Məhkəməsinin  icraatına  məsələlərin  qəbul 

edilməsi barədə. Konstitusiya Məhkəməsinin iclaslarında yaranan 

məsələlərin həlli üçün və qanunla nəzərdə tutulmuş başqa hallarda 

Konstitusiya Məhkəməsi yuxarıda göstərildiyi kimi qərardadlar 

qəbul edir. Konstitusiya Məhkəməsi Plenumunun qərardadları azı 



5 hakimin səs çoxluğu iləpalataların qərardadları isə hakimlərin 

səs çoxluğu ilə qəbul 



187

 



 

-

 

-  

  - - - -    


edilir. Qərardadlarda hansısa hadisələr və onların nəticələri, işin 

məzmununa  aid  məsələlər,  məhkəmədə  işin  təşkili  və  yaxud 

iclasların keçirilməsi, qəbul olunmuş qərarların şərh edilməsi ilə 

bağlı  məsələlər  əks  olunur.  Onlar  iclasa  sədrlik  edən  tərəfindən 

imzalanır. 

11.11.


 

Konstitusiya Məhkəməsində işin təşkili, 

onun aparatı və strukturu 

Konstitusiya  Məhkəməsi  öz  işinin  təşkili  üçün  qərardadla 

təsdiq olunan Daxili Nizamnaməsini qəbul edir. 

Konstitusiya  Məhkəınəsinin  fəaliyyətinin  lıiiquqi,  təşkilati, 

informasiya təminatını Konstitusiya Məhkəməsinin aparatı həyata 

keçirir.  Konstitusiya  Məhkəməsinin  aparatı  Konstitusiya 

Məhkəməsi  sədrinin  təsdiq  etdiyi  Konstitusiya  Məhkəməsinin 

aparatı  haqqında  Əsasnaməyə  müvafiq  fəaliyyət  göstərir. 

Konstitusiya  Məhkəməsi  aparatının  işçilərinin  hüquqları, 

vəzifələri  və  məsuliyyəti  əmək  qanunvericiliyi  və  bu  Əsasnamə 

ilə müəyyən edilir. 

Konstitusiya  Məhkəməsinin  fəaliyyətinin  maddi-texniki, 

maliyyə və təsərrüfat təminatını işlər idarəsi həyata keçirir. 

Konstitusiya  Məhkəməsinin  sədri  aparatın  işçilərini  işə 

götürür  və  işdən  azad  edir,  habelə  aparatın  strukturunu,  ştat 

cədvəlini,  saxlanılması  xərclərinin  smetasını,  işçilərinin  əmək 

haqqını müəyyən edir. 

Konstitusiya Məhkəməsinin aparatı: 

Konstitusiya Məhkəməsinin və onun hakimlərinin işini təmin 

edir; 


Konstitusiya Məhkəməsinin işi üçün zəruri olan arayışları və 

başqa informasiya məlumatlarını hazırlayır; 

Konstitusiya Məhkəməsini məhkəmə iclas katibləri ilə təmin 

edir, iclasların stenoqrama alınması işini aparır; 

Konstitusiya Məhkəməsinin kargüzarlığını aparır, sənədlərin 

qeydiyyatını və saxlanmasını təmin edir; 

vətəndaşların qəbulunu təşkil edir

—  

-=

188

=

    - - - - - - - - - - - - - - - -    - - - - - - - - - - - - - -    - - - -    



müoyyon edilmiş qaydada Konstitusiya Məhkoməsino daxil 

olmuş şikayotlori ilkin öyrənir

məhkəmənin fəaliyyəti ilə əlaqədar Konstitusiya məhkəməsi 

sədrinin və sədr müavininin, hakimlərinin ayrı-ayrı tapşırıqlarını 

yerinə yetirir; 

başqa vəzifələri həyata keçirir. 

Konstitusiya  Məhkəməsi  aparatının  özünəməxsus  strukturu 

vardır. 


Aparatın  işinin  təşkili  üçün  onun  tərkibində  şöbələr  və 

bölmələr  yaradılır.  Konstitusiya  Məhkəməsinin  aparatının 

strukturuna aşağıdakılar daxildir; 

1.

 



Konstitusiya Məhkəməsi hakimlərinin katibliyi: 

Katiblik Konstitusiya Məhkəməsi sədrinin müşavirindən

sədrin  köməkçilərindən,  sədr  müavinlərinin  köməkçilərindən  və 

məhkəmə hakimlərinin köməkçilərindən təşkil olunur. 

2.

 

Konstitusiya hüququ məsələləri şöbəsi



Konstitusiya  hüququ  əsasları  və  vətəndaşların  konstitusiya 

hüquqları və azadlıqları bölmələrindən ibarətdir. 

3.

 

Mülki hüquq, iqtisadiyyat və maliyyə məsələləri şöbəsi



Mülki  hüquq  əsasları,  iqtisadi  və  maliyyə  hüquq 

münasibətləri bölmələrindən ibarətdir. 

4.

 

İnzibati hüquq, ədalət mühakiməsi və ədliyyə məsələləri 



şöbəsi. 

5.

 



Beynəlxalq hüquq məsələləri şöbəsi. 

6.

 



Təşkilati-təminat şöbəsi: 

Məhkəmə iclaslarının təşkili və məhkəmə qərarlarının icrası, 

məktublara  baxılması  və  vətəndaşların  qəbulu  və  kom- 

püteıiəşdirmə bölmələrindən ibarətdir. 

7.

 

Xarici əlaqələr və məlumat .şöbəsi; 



Xarici 

əlaqələr  və  tərcüməçilər,  hüquqi  təminat 

bölmələrindən, mətbuat xidmətindən və kitabxanadan ibarətdir. 

8.

 



Maliyyə-təsərrüfat şöbəsi; 

Mühasibat, təsərrüfat bölməsindən və mətbəədən ibarətdir. 



189 


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə