Konstitusiya Mohkomosino daxil olmuş şikayətlərin qanunda
nəzərdə tutulmuş tələblərə uyğunluğunun ilkin öyrənməsini
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi ilə müəyyən
edilən qaydada Konstitusiya Məhkəməsinin aparatı həyata keçirir.
İclasın hazırlanması üçün bir və ya bir neçə hakim-məruzəçi təyin
edilir. Məruzəçi-hakim bu məsələlərlə bağlı aparata tapşırıq verə
bilər.
Moruzəçi-hakinı aşağıdakı tədbirləri həyata keçirir:
məsələyə Konstitusiya Məhkəməsində baxılması üçün zəruri
olan sənəd və materialları toplayır;
dövlət və özünüidarə orqanlarından məsələyə aid olan sənəd,
material və işləri tələb edə bilər;
sorğunu və ya şikayəti tərəflərə, başqa növ sənədi isə maraqlı
subyektlərə təqdim edir və məsələyə dair onların yazılı
mülahizələrini alır;
şahidlərin, ekspertlərin, digər şəxslərin iclasa çağırılmasını
təşkil edir;
məsələyə baxılması üçün başqa zəruri tədbirləri həyata
keçirir;
məsələ üzrə məruzə hazırlayır.
Sorğu, müraciət və ya şikayətin tərtibi qanunun tələblərinə
uyğun
olmadıqda,
məsələ
Konstitusiya
Məhkəməsinin
səlahiyyətinə aid olmadıqda, onlar belə hüquqa malik olmayan
orqan və ya şəxs tərəfindən verildikdə, sorğu və ya müraciət onun
Konstitusiya Məhkəməsinə verilməsi barədə qərar qəbul etmiş
kollegial orqanın iclasında yetərsay və lazımi səs çoxluğu
olmadan verildikdə, məhkəmə aktından şikayət vermək
hüququndan tam istifadə edilməsini və ya məhkəməyə müraciət
etmək hüququnun pozulmasını təsdiq edən sənədlər təqdim
olunmadıqda, yaxud məsələ üzrə Konstitusiya Məhkəməsinin
qərarı mövcud olduqda sorğu, müraciət və ya şikayət bu hallarda
Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmir.
Konstitusiya Məhkəməsi Plenumunun iclasına hazırlıq
mərhələsində konstitusiya işi tərtib olunur.
■ -
175
-
- •
-
11.7.
Konstitusiya Məhkəməsində həyata keçirilən icraatın
üsulları və növləri
Konstitusiya Məhkəməsindo icraat aşağıdakı iki üsulla:
konstitusiya ınəhkəınə icraatı və xüsusi konstitusiya icraatı
üsulları ilə həyata keçirilir.
Konstitusiya Məhkəməsində baxılan konstitusiya işləri üzrə
konstitusiya nıəhkəınə icraatı aşağıdakı
növlərdə həyata
keçirilir:
1)
Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-7- ci
bəndlərində, V və VII hissələrində nəzərdə tutulmuş məsələlərin
həlli üçün verilmiş sorğular və ya şikayətlərlə əlaqədar işlərin
icraatı;
2)
Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında
səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrlə əlaqədar sorğular
üzrə işlərin icraatı.
Konstitusiya Məhkəməsində baxılan konstitusiya işləri üzrə
xüsusi konstitusiya icraatının aşağıdakı
növləri həyata keçirilir:
1)
Azərbaycan Respublikası Milli Məclisi deputatları
seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi ilə əlaqədar
işlərin icraatı;
2)
yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin
ilk iclasının keçirilməsi vaxtının təyin edilməsi ilə əlaqədar işlərin
icraatı;
3)
Azərbaycan
Respublikası
Prezidenti
seçkilərinin
nəticələrinin rəsmi elan edilməsi ilə əlaqədar işlərin icraatı;
4)
Azərbaycan Respublikası Prezidentinin istefa ərizəsinə
baxılması ilə əlaqədar işlərin icraatı;
5)
Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz
səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə
məlumatı aydınlaşdırmaq üçün Azərbaycan Respublikası Milli
Məclisinin müraciəti ilə əlaqədar işlərin icraatı;
------
—
6)
Azərbaycan Respublikası Prezidentinin vəzifodon kə-
narlaşdırılması mosoləsi ib olaqodar işlərin icraatı;
7)
Azərbaycan
Respublikası
Konstitusiyasının
və
qanunlarının şərh edilməsi üçün verilən sorğular və müraciətlər ilə
əlaqədar işlərin icraatı;
8)
Azərbaycan Respublikası Milli Məclisinin və ya
Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası
Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında
təkliflərinə dair Konstitusiya Məhkəməsinin rəyinin çıxarılması
ilə əlaqədar işlərin icratı.
11.8.
Konstitusiya Məhkəınəsində həyata keçirilən
icraatlarda tərəflər, onların hüquq və vəzifələri.
Şahid və ekspert.
Konstitusiya məhkəmə icraatının tərəfləri sorğuverənlər və
cavabverənlərdir.
Konstitusiyanın 130-cu maddəsinin III
və VII
hissələrində
göstərilən subyektlər konstitusiya məhkəmə icraatında sorğu-
verənlər, 130-cu maddəsinin V hissəsində göstərilən şəxslər isə
konstitusiya məhkəmə icraatında tərəf kimi «ərizəçilər»
adlandırılır.
Konstitusiya
məhkəmə
icraatında
aşağıdakılar
cavabverən
ola bilərlər:
1)
mübahisə olunan normativ hüquqi, məhkəmə və ya
bələdiyyə aktını qəbul etmiş müvafiq dövlət və ya yerli
özünüidarəetmə orqanı;
2)
mübahisə olunan Azərbaycan Respublikasının qüvvəyə
minməmiş dövlətlərarası müqaviləsini və ya Azərbaycan
Respublikasının hökümətlərarası müqaviləsini imzalamış vəzifəli
şəxs;
3)
qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında
səlahiyyətlər bölgüsü ilə bağlı güman edilən pozuntuya yol vermiş
müvafiq dövlət orqanı.
=
■
177