Ali Məhkəmənin rəyini nəzərə alaraq Konstitusiya
Məhkəməsinin
Plenumu
Azərbaycan
Respublikası
Prezidentinin hərəkətlərində ağır cinayətin əlamətləri olduğu
halda onun vəzifədən kənarlaşdırılması təşəbbüsü ilə çıxış
etmək haqqında 7 hakimin səs çoxluğu ilə qərar qəbul edir.
Bu qərar qəbul edildikdə dərhal Milli Məclisə göndərilir. Milli
Məclis Konstitusiyanın 107-ci maddəsinin II hissəsində nəzərdə
tutulmuş qaydada 95 səs çoxluğu ilə Azərbaycan Respublikası
Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar qərar
qəbul etdikdə, həmin qərar və onun əsasında qəbul edilmiş
müraciət dərhal Konstitusiya Məhkəməsinə göndərilir.
Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin qərarını və
müraciətini aldığı gündən 7 gün ərzində həmin qərar qəbul
edilərkən onun Azərbaycan Respublikası Konstitusiyasının,
müvafiq qanunlarının tələblərinə riayət olunmasını yoxlayır və
qərara tərəfdar çıxması haqqında öz qərarını 7 hakimin səs
çoxluğu ilə qəbul edir. Konstitusiya Məhkəməsinin sədri həmin
qərarı imzalayır.
Konstitusiya
Məhkəməsinin
Plenumu
Azərbaycan
Respublikası Milli Məclisinin qərarına tərəfdar çıxması haqqında
qərar qəbul etməzsə, Azərbaycan Re.spublikası Prezidentinin
vəzifədən kənarlaşdırılması haqqında Milli Məclisin qərarı
qüvvəyə minmir.
Azərbaycan
Respublikası
Konstitiısiyasnnn
və
qaııunları- mn şərh edilməsi barədə Konstitusiya Məhkəməsinə
daxil olmuş sorğu və ya müraciət haqqında məsələ, bir qayda
olaraq, 15 gün müddətində Konstitusiya Məhkəməsi palatasının
iclasına çıxarılır, sorğunun və ya müraciətin icraata qəbul
edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi
haqqında qərardad qəbul olunur. Sorğunun və ya müraciətin
icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina
edilməsi haqqında qərardad qəbul olunduğu gündən ən geci 7 gün
keçənədək sorğuverən orqana və ya vəzifəli şəxsə göndərilir.
Sorğuya və ya müraciətə Plenumda mahiy-
.„.
yəti üzrə baxılması, bir qayda olaraq,
onun icraata qəbul edildiyi
gündən ən geci 60 gün keçənədək başlanmalıdır.
Konstitusiyanın I53-cü maddəsinə gÖrə Azərbaycan
Respublikasının
Milli
Məclisi
və
ya
Azərbaycan
Rcspublikasmııı
Prezidenti
Konstitusiyanın
mətnində
dəyişikliklər edilməsi haqqında təklif verərsə, bu barədə
Konstitusiya Məhkəməsinin rəyi alınmalıdır. Konstitusiya
Məhkəməsi təkliflərə dair rəy verməkdən imtina edə bilməz.
Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan
Respublikası
Prezidentinin
təklillərinə
mahiyyəti
üzrə
Konstitusiya Məhkəməsinin Plenumunda baxılması onların dərc
olunduğu gündən ən geci 7 gün keçənədək başlanır. Konstitusiya
Məhkəməsi təklif olunmuş dəyişikliyin Konstitusiyanın 155-ci
maddəsinin tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəy
qəbul edir və referendum keçiriləndə həmin rəyin xülasəsi
səsvermə bülleteninə daxil edilir.
Beləliklə, göstərilən məsələlərlə bağlı hər bir konstitusiya
icraatının öz xüsusiyyətləri vardır və onların dərindən öyrənilməsi
böyük əhəmiyyət kəsb edir.
11.10.
Konstitusiya Məiıkəmosiııin
aktları, onların növü və hüquqi
əhəmiyyəti
Konstitusiya Məhkəməsi iki növ akilar qəbul edir: qərar və
qərardadlar.
Konstitusiya Məhkəməsi palatalarının iclaslarında
qərardadlar, Plenumunun iclaslarında isə qərar və
qərardadlar qəbul edilir.
Konstitusiya Məhkəməsi Plenumunun qərarı konstitusiya
işinə mahiyyəti üzrə baxılması nəticəsində Konstitusiya
Məhkəməsinin gəldiyi qənaəti əks etdirən və Konstitusiya
Məhkəməsi Plenumunun iclaslarında qəbul edilən yazılı
.sənəddir. Plenumun qərarı, Konstitusiyada və qanunla ba.şqa
qayda nəzərdə tutulmayıbsa, 5 hakimin səs çoxluğu ilə qəbul
edilir.
- - - -
185
- - -
Plenum torofmdon qəbul edilmiş qərarlar Azərbaycan
Respublikası adından çıxarılır, onlar qətidir, heç bir orqan və ya
şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə
bilməz. Plenumun qərarlarını iclasa sədrlik edən imzalayır və
onlar, bir qayda olaraq, 15 gün müddətində Konstitusiya
Məhkəməsinin iclasında elan edir. Plenumun qərarları rəsmi
dövlət qazetində dərc olunur.
Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə görə
Konstitusiya
Məhkəməsinin
qərarları
Azərbaycan
Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Onlar
qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya
Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər
qanunvericiliklə nəzərdə tutlmuş qaydada məsuliyyət daşıyırlar.
Konstitusiyanın 130-cu maddəsinin X hissəsinə görə
qanunlar və digər aktlar, yaxud onların ayrı-ayrı müddəaları,
Azərbaycan Respublikasının hökümətlərarası müqavilələri
Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş
müddətdə qüvvədən düşür, Azərbaycan Respublikasının
dövlətlərarası müqavilələri isə qüvvəyə minmir. Azərbaycan
Respublikası Konstitusiyasına və qanunlarına uyğun olmayan
hesab edilmiş məhkəmə aktları icra edilməməli və müvafiq
məhkəmə işlərinə Azərbaycan Respublikasının prosessual
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən
baxılmalıdır. Konstitusiya Məhkəməsi qərarının qəbul edilməsi
üçün əsas təşkil etmiş Konstitusiyanın müvafiq norması
referendum nəticəsində dəyişdirildikdə, həmin qərar Konstitusiya
Məhkəməsi tərəfindən qismən və ya bütövlükdə qüvvədən
düşmüş hesab olunur.
Qərarların və qərardadların qəbul edilməsi üçün xüsusi
qaydalar müəyyən edilir. Belə ki, qərarlar işdə iştirak edən
hakimlərdən ibarət bağlı müşavirə otaqlarında qəbul edilməlidir.
İclaslara protokolların aparılmasını və iclasın normal şəraitdə
keçirilməsini təmin edən Konstitusiya Məhkəməsinin əməkdaşları
buraxıla bilərlər. Qərarın müzakirəsi zamanı hər
■ ■ - ■
186