ən geci 10 gün keçənədək başlanmalıdır. Yoxlama prosesi tələb
etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.
Milli Məclisə təkrar seçkilərin nəticələrinin düzgünlüyünü
yoxlamaq üçün Plenumun iclası isə Konstitusiya Məhkəməsinə
materiallar daxil olduğu gündən ən geci 7 gün keçənədək
başlanmalıdır.
Konstitusiya Məhkəməsi Apellyasiya Məhkəməsindən və Ali
Məhkəmədən seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə
baxılmış ərizələr haqqında məlumat tələb edə bilər. Plenumun
iclasında Milli Məclisə seçkilər üzrə Mərkəzi Seçki
Komissiyasının sədri və üzvləri, habelə Konstitusiya Məhkəməsi
tərəfindən dəvət edilmiş digər şəxslər iştirak edirlər. Plenum
yoxlama nəticəsində Milli Məclisə seçkilərin nəticələrinin
bütövlükdə təsdiq edilməsi, qismən təsdiq edilməsi və ya təsdiq
edilməməsi barədə hakimlərin 5 səs çoxluğu ilə qərar qəbul edir.
Konstitusiyanın 88-ci maddəsinin I hissəsinə görə Milli
Məclisə seçkilərdən sonra martın 1 O-dək 83 deputatın
səlahiyyətləri təsdiq edilməzsə, Konstitusiya Məhkəməsi Milli
Məclisin ilk iclasının keçirilməsi vaxtını təyin edir.
Plenum Milli Məclisin 83-cü deputatının seçildiyini martın
10-dan sonra təsdiq edərsə, həmin iclasda yeni seçilmiş Milli
Məclisin ilk iclasının keçirilməsi vaxtını da müəyyən etməlidir.
Bu məsələ haqqında Plenumun qərarı hakimlərin azı 5 səs çoxluğu
ilə qəbul edilir.
Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları
haqqında məsələyə də Konstitusiya Məhkəməsinin Plenumunda
baxılır.
Plenum Azərbaycan Respublikası Prezidenti seçkilərinin
yekunlarına dair Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim
olunmuş sənədləri öyrənir, Apellyasiya Məhkəməsindən və Ali
Məhkəmədən seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə
baxılmış ərizələr haqqında məlumat tələb edir. Plenum
- - -
181
=
seçkilərin yekunlarına dair Morkozi Seçki Komissiyasının
sənədlərinin Seçki Məcəlləsinin tələblərinə uyğun olduğunu
müəyyən etdikdə seçkilərin nəticələrinin təsdiq edilməsi barədə
öz iclasında hakimlərin 5 səs çoxluğu ilə qərar qəbul edir.
Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının
Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə
günündən sonra 14 gün ərzində rəsnıəu elan edir.
Konstitusiyanın 104-cü maddəsinin II hissəsində nəzərdə
tutulmuş halda Azərbaycan Respublikasının Prezidenti
Konstitusiya Məhkəməsinə ərizə verə bilər və Konstitusiya
Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin yazılı və
imzalanmış istefa ərizəsinə baxmaqdan imtina edə bilməz.
Azərbaycan Respublikası Prezidentinin istefa ərizəsinə
Konstitusiya Məhkəməsinin Plenumunda mahiyyəti üzrə
baxılması ərizənin daxil olduğu gündən ən geci 3 gün keçənədək
başlanmalıdır. İstefa ərizəsini prezidentin özünün verdiyinə əmin
olduğu təqdirdə Konstitusiya Məhkəməsinin Plenumu
Azərbaycan Respublikası Prezidentinin istefasının qəbul
olunması haqqında qərar çıxarır. İstefa ərizəsini prezidentin
özünün verdiyinə əmin olmadığı təqdirdə Plenum Azərbaycan
Respublikası Prezidentinin istefasının qəbul olunmaması
haqqında qərar çıxarır. Həmin qərarlar hakimlərin 5 səs
çoxluğu ilə qəbul edilir.
Birinci halda qərar dərhal Azərbaycan Respublikasının Baş
nazirinə, ikinci halda isə Azərbaycan Respublikasının
Prezidentinə göndərilir.
Konstitıısiyanm 104-cü maddəsinin 111 hissəsində
nəzərdə tutulmuş halda Azərbaycan Respublikası Milli Məclisinin
müraciəti Konstitusiya Məhkəməsinə daxil olduğu gündən ən geci
3 gün keçənədək Konstitusiya Məhkəməsi Plenumunun iclasına
çıxarılır, hakimlərin azı 5 səs çoxluğu ilə müraciətin icraata qəbul
edilməsi və ya icraata qəbul edilməsindən imtina edilməsi
haqqında qərardad qəbul olunur və həmin gün Azərbaycan
Respublikasının Prezidentinə və Milli Məclisə
- - - - - - - -
182
göndərilir. Müraciətə Konstitusiya Məhkəməsinin
Plenumunda
mahiyyəti üzrə baxılması onun icraata qəbul edildiyi gündən ən
geci 7 gün keçənədək başlanmalıdır.
Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz
səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi ilə
əlaqədar vəzifəsindən kənarlaşdırılması barədə Konstitusiya
Məhkəməsinin qərarı Konstitusiya Məhkəməsi hakimlərinin 6 səs
çoxluğu ilə qəbul edilir. Konstitusiya Məhkəməsi bu faktı təsdiq
etmədikdə, məsələ bununla bitmiş sayılır və bu barədə dərhal
Azərbaycan Respublikasının Prezidentinə və Milli Məclisə yazılı
məlumat göndərilir.
Konstitusiyanın 107-ci maddəsinin I hissəsinə görə,
Azərbaycan Respublikasının Prezidenti ağır cinayət
törətdikdə
Konstitusiya
Məhkəməsi
onun vəzifədən
kənarlaşdırılması təşəbbüsü ilə çıxış edə bilər.
Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənar-
laşdırlması məsələsinə baxılmasını Konstitusiya Məhkəməsinin
azı 3 hakimi təklif edə bilər. Həmin fakt yazılı şəkildə
Konstitusiya Məhkəməsinin sədrinə verilməlidir. Təklif daxil
olduğu gündən üç gün müddətində Plenumun iclası çağırılmalı
və bu məsələyə baxılmalıdır. Konstitusiya Məhkəməsinin
Plenumu təklifi əsaslı saymazsa, bu barədə 5 hakimin səs
çoxluğu ilə qərar qəbul edir. Plenum təklifi əsaslı saydığı halda
Azərbaycan Respublikası Prezidentinin hərəkətlərində ağır
cinayətin əlamətlərinin olub-olmaması barədə rəy almaqdan ötrü
məsələni Ali Məhkəməyə göndərir. Bu barədə qərar Konstitusiya
Məhkəməsi hakimlərinin 6 səs çoxluğu ilə qəbul edilməlidir. Ali
Məhkəmədə məsələyə daxil olduğu gündən 30 gün müddətində
baxılmalı
və
Konstitusiya
Məhkəməsinə
yazılı
rəy
göndərilməlidir.
Konstitusiya
Məhkəməsi
Azərbaycan
Respublikası
Prezidentinin hərəkətlərində ağır cinayətin əlamətlərinin olması
qənaətinə gəlmədikdə məsələ bununla bitmiş sayılır.
183
-
=
=