bir hakimə məhdudiyyətsiz çıxış etmək imkanı verilir. Səsvermə
açıq olur. Sədrlik edən bütün hallarda axırıncı səs verir. Hakimlər
səsvermədə bitərəf qala bilməzlər. Konstitusiya Məhkəməsinin
hakimi Konstitusiya Məhkəməsi qərarının təsviri-əsaslandıncı və
ya nəticə hissəsi ilə razı olmadıqda yazılı şəkildə xüsusi rəy tərtib
edə bilər. Hakimin xüsusi rəyi Konstitusiya Məhkəməsinin qərarı
ilə birlikdə dərc edilir. Qərar bütün iştirakçılar tərəfindən
imzalanır. Müşavirə protokola yazılır. Protokolu da müzakirədə
iştirak edən bütün hakimlər imzalayır.
«Konstitusiya Məhkəməsi haqqında» Qanun belə qərarların
formasına və məzmununa dair ciddi tələblər müəyyən etmişdir.
Belə ki, Plcnunuın qərarı giriş, təsviri-əsaslandıncı və nəticə
hissələrindən ibarət olur. Qərarın giriş hissəsində mütləq
qərarın adı, çıxarılması yeri və tarixi, hakimlərin tərkibi,
məhkəmə iclasının katibi, tərəflər, maraqlı subyektlər və işdə
iştirak edən digər şəxslər, konstitusiya icraatının üsulu və bu
icraatın başlanması üçün səbəblər göstərilməlidir. Qərarın
təsviri-əsaslandıncı hissəsində sorğu, müraciət və ya şikayətin
qısa məzmunu və xahiş, işdə olan sənədlər haqqında məlumat, işə
baxılması zamanı müəyyən edilmiş hallar, məhkəmənin rəhbər
tutduğu Konstitusiyanın və başqa qanunların maddələri,
konstitusiya işinə dair məhkəmənin qənaətini əsaslandıran
mülahizələr göstərilir. Qərarın nəticə hissəsində isə işə dair
Konstitusiya Məhkəməsinin qənaəti, qərarın dərc edilməsi və
qüvvəyə minməsi vaxtı qeyd olunur. Başqa sözlə, qərar dəqiqliklə
motiviə.şdirilməIi və əsaslandırılmalıdır.
Konstitusiya Məhkəməsinin icraatına məsələlərin qəbul
edilməsi barədə. Konstitusiya Məhkəməsinin iclaslarında yaranan
məsələlərin həlli üçün və qanunla nəzərdə tutulmuş başqa hallarda
Konstitusiya Məhkəməsi yuxarıda göstərildiyi kimi qərardadlar
qəbul edir. Konstitusiya Məhkəməsi Plenumunun qərardadları azı
5 hakimin səs çoxluğu ilə, palataların qərardadları isə hakimlərin
səs çoxluğu ilə qəbul
187
—
-
-
- - - -
edilir. Qərardadlarda hansısa hadisələr və onların nəticələri, işin
məzmununa aid məsələlər, məhkəmədə işin təşkili və yaxud
iclasların keçirilməsi, qəbul olunmuş qərarların şərh edilməsi ilə
bağlı məsələlər əks olunur. Onlar iclasa sədrlik edən tərəfindən
imzalanır.
11.11.
Konstitusiya Məhkəməsində işin təşkili,
onun aparatı və strukturu
Konstitusiya Məhkəməsi öz işinin təşkili üçün qərardadla
təsdiq olunan Daxili Nizamnaməsini qəbul edir.
Konstitusiya Məhkəınəsinin fəaliyyətinin lıiiquqi, təşkilati,
informasiya təminatını Konstitusiya Məhkəməsinin aparatı həyata
keçirir. Konstitusiya Məhkəməsinin aparatı Konstitusiya
Məhkəməsi sədrinin təsdiq etdiyi Konstitusiya Məhkəməsinin
aparatı haqqında Əsasnaməyə müvafiq fəaliyyət göstərir.
Konstitusiya Məhkəməsi aparatının işçilərinin hüquqları,
vəzifələri və məsuliyyəti əmək qanunvericiliyi və bu Əsasnamə
ilə müəyyən edilir.
Konstitusiya Məhkəməsinin fəaliyyətinin maddi-texniki,
maliyyə və təsərrüfat təminatını işlər idarəsi həyata keçirir.
Konstitusiya Məhkəməsinin sədri aparatın işçilərini işə
götürür və işdən azad edir, habelə aparatın strukturunu, ştat
cədvəlini, saxlanılması xərclərinin smetasını, işçilərinin əmək
haqqını müəyyən edir.
Konstitusiya Məhkəməsinin aparatı:
Konstitusiya Məhkəməsinin və onun hakimlərinin işini təmin
edir;
Konstitusiya Məhkəməsinin işi üçün zəruri olan arayışları və
başqa informasiya məlumatlarını hazırlayır;
Konstitusiya Məhkəməsini məhkəmə iclas katibləri ilə təmin
edir, iclasların stenoqrama alınması işini aparır;
Konstitusiya Məhkəməsinin kargüzarlığını aparır, sənədlərin
qeydiyyatını və saxlanmasını təmin edir;
vətəndaşların qəbulunu təşkil edir;
—
-=
188
=
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
müoyyon edilmiş qaydada Konstitusiya Məhkoməsino daxil
olmuş şikayotlori ilkin öyrənir;
məhkəmənin fəaliyyəti ilə əlaqədar Konstitusiya məhkəməsi
sədrinin və sədr müavininin, hakimlərinin ayrı-ayrı tapşırıqlarını
yerinə yetirir;
başqa vəzifələri həyata keçirir.
Konstitusiya Məhkəməsi aparatının özünəməxsus strukturu
vardır.
Aparatın işinin təşkili üçün onun tərkibində şöbələr və
bölmələr yaradılır. Konstitusiya Məhkəməsinin aparatının
strukturuna aşağıdakılar daxildir;
1.
Konstitusiya Məhkəməsi hakimlərinin katibliyi:
Katiblik Konstitusiya Məhkəməsi sədrinin müşavirindən,
sədrin köməkçilərindən, sədr müavinlərinin köməkçilərindən və
məhkəmə hakimlərinin köməkçilərindən təşkil olunur.
2.
Konstitusiya hüququ məsələləri şöbəsi;
Konstitusiya hüququ əsasları və vətəndaşların konstitusiya
hüquqları və azadlıqları bölmələrindən ibarətdir.
3.
Mülki hüquq, iqtisadiyyat və maliyyə məsələləri şöbəsi;
Mülki hüquq əsasları, iqtisadi və maliyyə hüquq
münasibətləri bölmələrindən ibarətdir.
4.
İnzibati hüquq, ədalət mühakiməsi və ədliyyə məsələləri
şöbəsi.
5.
Beynəlxalq hüquq məsələləri şöbəsi.
6.
Təşkilati-təminat şöbəsi:
Məhkəmə iclaslarının təşkili və məhkəmə qərarlarının icrası,
məktublara baxılması və vətəndaşların qəbulu və kom-
püteıiəşdirmə bölmələrindən ibarətdir.
7.
Xarici əlaqələr və məlumat .şöbəsi;
Xarici
əlaqələr və tərcüməçilər, hüquqi təminat
bölmələrindən, mətbuat xidmətindən və kitabxanadan ibarətdir.
8.
Maliyyə-təsərrüfat şöbəsi;
Mühasibat, təsərrüfat bölməsindən və mətbəədən ibarətdir.
189
Dostları ilə paylaş: |