don tələb etmək, habelə vəzifəli şəxslərin bu məsələyə dair
izahatlarını dinləmək;
Konstitusiya Məhkəməsinin iclasında təqdim edilmiş
vəsatətlər və materiallarla tanış olmaq;
hakimlərin müşavirə otağında Konstitusiya Məhkəməsinin
qəbul ediləcək qərarına dair fikir söyləmək, qərarın leyhi- nə və
əleyhinə səs vermək;
Konstitusiya Məhkəməsi qərarının təsviri-əsaslandırıcı və ya
nəticə hissəsi ilə razı olmadıqda xüsusi rəyində qalmaq;
Konstitusiya Məhkəməsinin iclasının müəyyən edilmiş
müddətlərdə keçirilməsini tələb elmək;
Qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Bununla yanaşı Konstitusiya Məhkəməsinin hakimləri
müəyyən vəzifələri daşıyırlar. Onlar:
öz
fəaliyyətlərində
Azərbaycan
Respublikasının
Konstitusiyasını və qanunları rəhbər tutmalı;
Konstitusiya Məhkəməsində məsələlərə baxılarkən işlərə
hüquq və ədalət əsasında qərəzsiz yanaşmalı;
Konstitusiya Məhkəməsi hakiminin yüksək adına xələl gətirə
biləcək hərəkətlərə və çıxışlara yol verməməli, qanunun
tələblərini pozmamalı;
Konstitusiya Məhkəməsində baxılan məsələlər üzrə
səsvermədə iştirak etməli;
Konstitusiya Məhkəməsində baxılan məsələ haqqında qərar
qəbul
edilənədək
məsələnin
mahiyyətinə
dair
fikir
söyləməməlidirlər.
Qanuna görə. Konstitusiya Məhkəməsinin iclaslarında həll
edilən məsəblər istisna olmaqla, məhkəmənin daxili fəaliyyətinə
dair və digər məsələlərin baxılıb həll edilməsi üçün hakimlərin
yığıncaqları keçirilir. Hakimlərin yığıncaqları sədr tərəfindən
çağırılır, lakin hər hansı hakimin tələbi ilə də çağırıla bilər.
Hakimlərin yığıncağı Konstitusiya Məhkəməsinin azı 6 hakimi
iştirak etdikdə səlahiyyətli olur.
166
Konstitusiya Məhkəməsi
hakimlərinin yığıncağı aşağıdakı
məsələləri həll edir və bu məsələlər üzrə hakimlərin səs
çoxluğu ilə müvafiq qərarlar qəbul edir:
məhkəmədə işinin təşkili üçün Konstitusiya Məhkəməsinin
Daxili Nizamnaməsini qəbul edir;
Konstitusiya Məhkəməsinin rəsmi embleminin, möhürünün,
hakimlərin xüsusi geyimlərinin, döş nişanının təsvirini və
vəsiqəsinin nümunəsini təsdiq edir;
Konstitusiya Məhkəməsinin saxlanması üçün Azərbaycan
Respublikasının dövlət büdcəsinin layihəsinə dair təkliflər verir;
Konstitusiya
Məhkəməsi
hakiminin
səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsi haqqında məsələnin həlli üçün
təklif verir;
digər təşkilati məsələləri həll edir.
«Konstitusiya Məhkəməsi haqqında» Qanuna əsasən
Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə aşağıdakı
hallarda vaxtından əvvəl xitam verilir:
-
vəfat etdikdə;
-
vəzifədən könüllü çıxmaq barədə yazılı ərizə verdikdə;
-
Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda,
başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya başqa dövlət
qarşısında öhdəlik götürdükdə;
-
barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam
verildikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham
hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair
məhkəmə qərarı olduqda;
-
fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət
qabiliyyəti məhkəmənin qərarı ilə təsdiq
edildikdə;
-
məhkəmənin qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş
hesab edildikdə;
-
Konstitusiya Məhkəməsinin hakimlərinə aid tələblərin
pozulması aşkar edildikdə;
^
167
■ ■
- - - - - - - =
-
üzürsüz sobobdən dalbadal üç dofo vo ya il ərzində on dəfə
Konstitusiya Məhkəməsinin iclaslarında iştirak
etmədikdə;
-
Konstitusiya Məhkəməsində baxılan məsələyə dair
səsvermədə iştirak etməkdən imtina etdikdə;
-
altı aydan az olmayan müddətdə xəstəliyi ilə əlaqədar
vəzifəsini yerinə yetirmədikdə və bu barədə xüsusi həkim
komissiyasının xəstəliyi təsdiq edən rəyi olduqda.
Yuxarıda göstərilən hallarda Konstitusiya Məhkəməsi
hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi
məsələsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həll
edilir.
Konstitusiya Məhkəməsi hakiminin səlahiyyət müddəti
bitdikdə, bəzi hallarda səlahiyyətlərinə vaxtından əvvəl xitam
verildikdə o, istefada olan Konstitusiya Məhkəməsinin hakimi
sayılır.
Konstitusiya Məhkəməsi hakimlərinə qanunvericilikdə bir
sıra təminatlar verilmişdir.
Belə ki, Konstitusiya Məhkəməsi hakiminin vəzifə maaşı
əmək haqqından, əmək haqqına əlavələrdən, digər müavinətlərdən
və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin
ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisi
deputatının aldığı məbləğdə vergilərdən azad olunan aylıq pul t
əm i n a 1
1
n d a n i ba rətdir.
Konstitusiya Məhkəməsinin hakimi hərbi çağırı.şdan və
hərbi toplanışdan azad olunur. Onun həyatı və sağlamlığı dövlət
büdcəsi hesabına 5 illik əmək haqqı məbləğində sığorta edilir.
Özünə və ya ailə üzvlərinə məxsus əmlakın hakimlik fəaliyyəti ilə
əlaqədar məhv olması və ya zədələnməsi nəticəsində vurulan
ziyan tam həcmdə ödənilir. Zəruri hallarda Konstitusiya
Məhkəməsi hakimlərinin təhlükəsizliyi digər hakimlər üçün
qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin edilir.
Pensiya yaşma çatmış Konstitusiya Məhkəməsinin sabiq
hakimi hər ay fəaliyyətdə olan Konstitusiya Məhkəməsi haki
- - - -
168
=--
- - - - - - - - - - - - - - - - - - - - - =