Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə32/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   28   29   30   31   32   33   34   35   ...   198

V

 

FƏSİL 

Rayon (şə

h

ə

r) m

ə

hk

ə

m

ə

l

ə

ri v

ə

 

Ağır cinayə

tl

ə

r

ə

 

dair işlə

r üzr

ə

 m

ə

hk

ə

m

ə

 

5.1.


 

Rayon (şəhər) məhkəməsi: 

səlahiyyətləri, təşkili və 

tərkibi 

Rayon  (şəhər)  məhkəmələri  məhkəmə  sistemində  mühüm 

yer tutmaqla, onun əsas özəyini təşkil edir. 

Rayon 

(şəhər) 

məhkəmələri 

birinci 

instansiya 

məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, 

cinayət  işlərinə,  inzibati  xətalara  dair  və  digər  işlərə 

baxırlar. 

Bundan  başqa,  rayon  (şəhər)  məhkəməsi  məhkəmə 

statistikasını  təhlil  edir,  məhkəmə  fəaliyyətinin  təşkili 

vəziyyətini,  məhkəmə  təcrübəsini  öyrənir  və  ümumiləşdirir, 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş 

digər səlahiyyətləri həyata keçirir. 

Respublikanın  məhkəmə  orqanlarına  daxil  olan  cinayət, 

inzibati  xətalara  dair,  mülki  işlərin  böyük  əksəriyyətinə  rayon 

(şəhər) məhkəmələrində baxılır. Məhkəmə orqanları sistemində 

rayon (şəhər) məhkəmələrinin mühüm yer tutması məhz bununla 

izah edilir. Rayon (şəhər) məhkəmələrinin fəaliyyəti bilavasitə 

əhaliyə  daha  yaxın  bir  şəraitdə,  onun  gözü  qarşısında,  ictimai 

nəzarət altında həyata keçirilir. 

Cinayət-Prosessual  və  Mülki-Prosessual  Məcəllələrində 

rayon  (şəhər)  məhkəmələrinə  aid  işlərin  dairəsi  müəyyən 

edilmişdir. 

Belə  ki,  mülki  məhkəmə  icraatı  qaydasında  mülki,  ailə, 

əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə 

olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər 

münasibətlərdən  irəli  gələn  mübahisələr  üzrə  tərəflərdən  heç 

olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar 



98

 



 




statusu  yoxdursa  vo  ya  belə  statusu  olsa  da,  mübahisə  onun 

sahibkarlıq  fəaliyyətini  həyata  keçirməsi  ilə  əlaqədar 

yaranmamışsa, 

həmin 


mübahisələr 

üzrə.işlərə 

ümümi 

məhkəmələr baxır. (MPM, m. 25). 



Rayon  (şəhər)  məhkəmələri  böyük  ictimai  təhlükə 

törətməyən və az ağır cinayətlərə dair işlərə baxırlar. 

Rayon  (şəhər)  məhkəmələri  həmçinin  məhkəməyədək 

sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında 

şikayətlərə,  habelə  məhkəmə  nəzarəti  funksiyalarının  həyata 

keçirilməsinə dair və digər materiallara baxırlar. 

Hər  bir  rayon  (şəhər)  məhkəməsinə  yalnız  məhkəmənin 

fəaliyyət  dairəsində  baş  vermiş  cinayətlərlə  bağlı  işlər  və  digər 

materiallar aiddir. (CPM, m. 67.) 

Rayon (şəhər) məhkəmələri, o cümlədən: insanın həyatına, 

sağlamlığına, azadlığına, şərəf və ləyaqətinə, hüquq və qanuni 

mənafelərinə qarşı yönələn cinayət işlərinə; 

quldurluq,  soyğunçuluq  ,  oğurluq,  talan,  dələduzluq  və  s. 

mülkiyyət növlərinə qarşı cinayətlər üzrə işlərə

vəzifədən  öz  xeyri  üçün  sui-istifadə  etmək,  vəzifə  həddini 

aşmaq,  vəzifədə  səhlənkarlıq,  israfçılıq  etmək,  rəsmi  dövlət 

sənədlərini saxtalaşdırmaq və s. cinayət işlərinə; 

vətəndaşlara verilmiş siyasi hüquqların pozulması və bir sıra 

demokratik qaydaların  yerinə  yetirilməsi  ilə əlaqədar olan seçki 

qanununu pozmaq və s. vəzifə cinayətlərinə

hökumət  nümayəndəsinə,  polis  i.şçisinə  vəzifə  borcunu 

yerinə  yetirərkən  müqavimət  göstərmək  və  s.  cinayət  işlərinə 

baxırlar. 

«Məhkəmələr  və  hakimlər  haqqında»  Qanunun  IV 

fəslində rayon (.şəhər) məhkəmələrinin səlahiyyətləri, təşkili, 

tərkibi,  sədrinin  səlahiyyətləri,  məhkəmənin  sədr  və  ya 

müavininin əvəz edilməsi qaydası müəyyən edilmişdir. 

Rayon  (şəhər)  məhkəməsi  Azərbaycan  Respublikasının 

rayonlarında,  şəhərlərində  (rayon  tabeli  şəhərlərdən  başqa), 

şəhərdəki rayonlarında təşkil edilir. 




Rayon (şohor) molıkəmosinin təşkili, olduğu yer və fəaliyyət 

dairəsi  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyənləşdirilir. Bir rayonda (şəhərdə) yalnız bir rayon (şəhər) 

məhkəməsi təşkil edilə bilər. 

Rayon (şəhər) məhkəməsi sədrdən və hakimlərdən ibarətdir. 

Konstitusiyanın  109-cu  maddəsinin  32-ci  bəndinə  uyğun  olaraq 

respublikanın 

məhkəmələrinin 

hakimlərini 

Azərbaycan 

Respublikasının Prezidenti təyin edir. Prezident həmçinin rayon 

(şəhər) məhkəməsi hakimlərinin sayını da müəyyənləşdirir. 

5.2.

 

Rayon (şəlhər) məlıkəınəsi sədrinin səlahiyyətləri 



Rayon (şəhər) məhkəməsinin sədri məhkəmədə işin təşkilinə 

və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və 

icra intizamına əməl olunmasını təmin edir. Sədr, həmçinin: 

məhkəmə  iclaslarına  sədrlik  edir,  işlərin  həcmini  və  sayını 

nəzərə alaraq hakimlər arasında işləri bölüşdürür

məhkəmə aparalı işçilərinin işə qəbul və işdən azad edilməsi, 

mükafatlandırılması  və  intizam  qaydasında  cəzalandırılması 

məsələlərini həll edir; 

Ali  Məhkəmənin Plenumunda rayon (şəhər)  məhkəməsində 

ədalət  mühakiməsinin  həyata  keçirilməsi  vəziyyətinə  dair 

məlumat verir; 

məhkəmə  fəaliyyətinin  təşkili  vəziyyətinin,  məhkəmə 

təcrübəsinin  öyrənilməsinə  və  ümumiləşdirilməsinə,  məhkəmə 

statistikasının aparılmasına rəhbərlik edir

şəxslərin  qəbulu,  təklif,  ərizə  və  şikayətlərə  baxılması 

sahəsində məhkəmənin işini təşkil edir; 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  ona  aid 

edilmiş digər səlahiyyətləri həyata keçirir. 



-=100

 ----------------- 

 


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə