Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin


Hakimlər aşağıdakı vəzifələri yerinə yetirməlidirlər



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə30/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   26   27   28   29   30   31   32   33   ...   198

Hakimlər aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 

ədalət  mühakiməsini  həyata  keçirərkən  qanunların 

tələblərinə  dəqiq  və  dönmədən  əməl  etmək,  məhkəmə 

fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etmək, ədalətli 

və qərəzsiz olmaq; 

müşavirə  otağının  sirrini  qorumaq,  qapalı  məhkəmə 

iclaslarında müəyyən olunmuş məlumatları gizli saxlamaq

ədalət  mühakiməsinin  nüfuzuna,  hakimin  yüksək  adına, 

şərəf və ləyaqətinə xələl gətirən hər hansı hərəkətdən çəkinmək. 

Hakimlərin  digər  vəzifələri  qanunvericiliklə  müəyyən 

olunur. 

Hakim  ədalət  mühakiməsini  həyata  keçirərkən  baxılan 

məsələ  üzrə  yekun  qərar  qəbul  edilənədək  məsələnin 

mahiyyətinə dair fikir bildirməməlidir. 

Hakimlərin  Etik  Davranış  Kodeksi  hakimlik  fəaliyyətinin 

etika  prinsiplərini  və  standartlarını  özündə  əks  edir.  Kodeks 

hakimlər üçün spesifik əxlaq və ədəb tələblərini, onların peşəkar 

etika  məsələlərini,  iş  fəaliyyətindən  kənar  davranışını 

nizamlayır, peşə fəaliyyətinə münasibətini müəyyən edir. 

Hakimlərin Etik Davranış Kodeksi Məhkəmə-Hüquq Şurası 

tərəfindən  təsdiq  edilir.  Bütün  hakimlər  qanundan  başqa 

həmçinin bu Kodeksə də mütləq riayət etməlidirlər. 

Hakimlər  ümumi  maraqlar  əsasında  birləşərək,  könüllülük 

və  üzvlərin  hüquq  bərabərliyi  prinsipləri  əsasında  öz  ictimai 

birliklərini  təsis  edə  bilərlər.  Hakimlərin  ictimai  birliklərinin 

fəaliyyətinin əsas məqsədləri hakimləri birləşdirməkdən, onların 

müstəqilliyinin  möhkəmləndirilməsindən,  məhkəmə-  hüquq 

islahatlarının dərinləşdirilməsinə kömək etməkdən ibarətdir. 



92 


4.8.

 

Hakimlərin həvəsləııdirilınəsinin, hakimlər barəsində 



intizam icraatının başlanması və səlahiyyətlərinə xitam 

verilməsinin əsasları və qaydası 

Hakimlər  vəzifələrini  nümunəvi  yerinə  yetirdikdə,  uzun 

müddət  və  qüsursuz  işlədikdə,  habelə  digər  nailiyyətlər 

qazandıqda Məhkəmə-Hüquq Şurası onların barəsində aşağıdakı 

həvəsləndirmə tədbirlərini görür: 

təşəkkür elan etmək; 

mükafat vermək. 

Yerli  iqtisad  məhkəmələri,  beynəlxalq  müqavilələrdən  irəli 

gələn mübahisələrə dair iqtisad məhkəməsi, İqtisad Məhkəməsi, 

Apellyasiya  Məhkəməsi,  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məhkəməsi  və  Naxçıvan  Muxtar  Respublikası  rayon  (şəhər) 

məhkəmələrinin  hakimləri  barədə  həvəsləndirmə  tədbirlərini 

həmçinin  müvafiq  olaraq  İqtisad  Məhkəməsinin,  Apellyasiya 

Məhkəməsinin  və  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məhkəməsinin sədrləri tətbiq edirlər. 

Yuxarıda  göstərilən  təminatlar  hakimlərin,  andlı  iclasçı- 

larm və beləliklə də, məhkəmələrin müstəqil fəaliyyəti üçün əsas 

yaradır. 

Hakimlər  yalnız  aşağıdakı  əsaslara  görə  intizam 

məsuliyyətinə cəlb oluna bilərlər: 

işlərə  baxarkən  qanunvericiliyin  tələblərini  kobudcasına 

pozduqda; 

məhkəmə etikasını pozduqda; 

əmək intizamını kobudcasına pozduqda; 

hakim adma ləkə gətirən ləyaqətsiz hərəkətə yol verdikdə. 

Hakimlər barəsində intizam icraatının başlanmasının əsasları 

və  qaydası  «Məhkəmələr  və  hakimlər  haqqında»  Qanunun 

111-112-ci maddələri ilə tənzimlənir. 

Hakimlər  barəsində  intizam  icraatının  başlanılmasına  dair 

müraciət  aşağıda  göstərilən  səbəblərdən  biri  və  ya  bir  neçəsi 

olduqda edilir: 



 ---------  ------- ■■ — 



93

 =^==^= 


fiziki vo hüquqi şoxslorin şikayotlori; kütbvi informasiya 

vasitolorinclo dorc olunmuş molumal- lar

işbro  apellyasiya  və  ya  kassasiya  instansiyası  mahkəmob- 

rindo  baxılarkən  aşkar  edilmiş  qanun  pozuntuları  və  hakimlər 

haqqında bu məhkəmələrin çıxardığı xüsusi qərarlar

İnsan hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan 

Respublikasının  Konstitusiya  Məhkəməsinin  qərarlarında  əks 

etdirilmiş qanun pozuntuları; 

məhkəmə  təcrübəsinin  ümumiləşdirilməsi  nəticəsində 

aşkara çıxan qanun pozuntuları; 

intizam icraatının başlanılması barədə müraciət hüququ olan 

şəxslərin əldə etdikləri digər məlumatlar. 

Hakimlər  yalnız  aşağıdakı  əsaslara  görə  intizam 

məsuliyyətinə cəlb edilir: 

işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə və ya 

kobudcasına pozduqda; 

hakim etikasını pozduqda; 

əmək və icra intizamı haqqında qanunvericiliyin tələblərini 

pozduqda; 

«Korrupsiyaya qarşı  mübarizə haqqında»  Qanunun 5.1- ci 

maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl 

etmədikdə; 

«Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun 9-cu 

maddəsində göstərilən hüquqpozmaları törətdikdə; hakim adına 

ləkə gətirən hərəkətə yol verdikdə. 

Hakimlər  barəsində  intizam  icraatını  yalnız  Məhkəmə- 

Hüquq  Şurası  başlaya  bilər.  Ali  Məhkəmənin,  Apellyasiya 

Məhkəməsinin  və  İqtisad  Məhkəməsinin  sədrləri,  Naxçıvan 

Muxtar  Respublikası  Ali  Məhkəməsinin  sədri  və  Azərbaycan 

Respublikasının  Prezidenti  yuxarıda  göstərilən  səbəblər  vo 

intizam  məsuliyyətinə  cəlb  edilmə  əsaslarının  əlamətləri 

olduqda  öz  səlahiyyətləri  daxilində  intizam  icraatının 

başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməyə 

borcludurlar. 



- ■ 

■ 



94

 ■ ■ 


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə