Мөһсин Гәраәти



Yüklə 1,82 Mb.
səhifə13/76
tarix01.07.2018
ölçüsü1,82 Mb.
#52804
1   ...   9   10   11   12   13   14   15   16   ...   76

Nöqtələr


◘Bu ayədə bir nəfərin qətli bütün xalqın qətli kimi təqdim olunur. Bu həqiqətin izahı üçün bir neçə məsələni nəzərdən keçirək:

a) Bir nəfərin qətlinin cəzası bütün xalqın qətlinin cəzası kimidir.

b) Allah üçün bir nəfərin qətli sizin üçün bütün xalqın qətli yerindədir.

v) Bir nəfərin qətli insanlıq məqamına etinasızlıqdır.

q) Bir nəfərin qətli bütün xalqın əmin-amanlığını pozur.

d) İnsanlar bir bədənin üzvləri kimi olduğundan, bir şəxsin qətli hamının qətli kimidir.

e) Bir nəfəri öldürənin cəhənnəm məskəni hamını qətlə yetirənin cəhənnəm məskəni kimidir.2

ə) Bir nəfərin qətli xalqın qətlinə zəmin yaradır.

j) Bir insan bir nəslin xilaskarı ola bildiyindən onun qətli bir nəslin qətli kimidir. (Bu ehtimal daha üstün görünür.)

◘Rəvayətdə oxuyuruq: Bir möminin qətli Allah üçün bütün dünyanın məhvindən də ağırdır.3

◘İmam Sadiq (ə) buyurmuşdur: “Su tapılmayan yerdə bir susuzu sirab edən kəs bir insanı diriltmiş kimidir.”1

◘Ayə və rəvayətlərə əsasən, xalqın haqq yola hidayəti bir növ həyatvermə, xalqın azdırılması isə bir növ qətldir. “Ənfal” surəsinin 24-cü ayəsi peyğəmbərin dəvətini xalqın həyat tapması kimi təqdim edir.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bir azğını hidayət etsə, onu diriltmiş, hər kəs bir insanı azdırsa, onu öldürmüşdür.”2

◘İmam Sadiq (ə) buyurmuşdur: “Diriltmə dedikdə qərq olmadan, yanmadan, yırtıcı və ya düşməndən xilas etmək nəzərdə tutulur.”3 Digər bir rəvayətdə deyilir: Aca yemək verməyən kəs onu öldürmüş kimidir. Yemək vermək isə həyat vermək yerindədir.4

◘İmam Baqir (ə) buyurmuşdur: “İsrafçılar o kəslərdir ki, haramları halal sayır və qanlar tökürlər.”5

Bildirişlər


1. Bəzən tarixi hadisələr ilahi hökmlər çıxarılmasına səbəb olur.

2. İnsanlar və onların taleləri tarix boyu əlaqəli olmuşdur.

3. İlahi hökmlər əbəs olmur, onlarda hikmət var.

4. Daşürəkliliyin və hadisələrin takrarının qarşısını almaq üçün cəzalandırma zəruridir.

5. İstənilən millətdən (irqdən) və məntəqədən olan insanların həyatı möhtərəmdir.

6. Bəni-İsrail qanunlarında da fəsad əhlinin edamı nəzərdə tutulmuşdu.

7. İntihar və uşaqsalma (abort) insan qətli nümunəsidir və haramdır.

8. Yer üzündə fəsad törədən, xalqın həyatını dəyərsiz sayan, onları qətlə yetirən insanın həyatı dəyərsizdir və ona son qoyulmalıdır.

9. İnsan iki halda ölümlə cəzalandırıla bilər: qatildən qisas və fəsadın qarşısını almaq adı ilə.

10. Əməlin dəyəri səbəb və məqsəddən asılıdır. Təcavüz məqsədi ilə bir insanı öldürmək bütöv bir cəmiyyəti qətlə yetirməkdir. Qisas məqsədi ilə öldürmək isə cəmiyyətə həyat verməkdir.6

11. Bir insanın hüquqlarına təcavüz cəmiyyətin əmin-amanlığını hədələyir. İnsanların həyatını xilas etməklə məşğul olanlar həkimlər, qəyyumlar, yanğınsöndürənlər, xeyriyyəçilər, dərman hazırlayanlar kimidir. Onlar özləri və işlərinin qədrini bilməlidirlər.

12. Ehtiyaclılara yardım və insan həyatının xilası cəmiyyətin dirilik nişanəsidir.

13. Xalqın imansızlığı və peyğəmbər göstərişlərinə itaətsizliyi tarix boyu olmuşdur.

14. İnsan azaddır (muxtar) və peyğəmbərlərin gəlişindən sonra da müxaliflik edə bilər.


33. ﴿إِنَّمَا جَزَاء الَّذِينَ يُحَارِبُونَ اللّهَ وَرَسُولَهُ وَيَسْعَوْنَ فِي الأَرْضِ فَسَادًا أَن يُقَتَّلُواْ أَوْ يُصَلَّبُواْ أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُم مِّنْ خِلافٍ أَوْ يُنفَوْاْ مِنَ الأَرْضِ ذَلِكَ لَهُمْ خِزْيٌ فِي الدُّنْيَا وَلَهُمْ فِي الآخِرَةِ عَذَابٌ عَظِيمٌ

Həqiqətən, Allah və Onun rəsulu ilə savaşa qalxanların, (silah, hədə, qarətlə) yer üzündə fəsad törətməyə çalışanların cəzası budur ki, ya öldürülsünlər, ya dara çəkilsinlər, ya əl-ayaqları çarpazı kəsilsin, ya da yerlərindən sürgün olsunlar. Bu onların zillət dolu dünyəvi cəzalarıdır və axirətdə onlar üçün böyük bir əzab var.”


Nöqtələr


◘Ayənin nazilolma şəni haqqında deyilir ki, Məkkə müşriklərindən bir qrupu Mədinəyə gəlib müsəlman oldular. Onlar xəstə olduqlarından peyğəmbərin göstərişi ilə Mədinə kənarında saf suyu və xoş havası olan bir məntəqəyə göndərildilər. Onlara zəkat olaraq dəvələrin südündən istifadə etmək icazəsi verildi. Bu qrupdakı adamlar sağaldıqdan sonra müsəlman çobanları tutub əl-ayaqlarını kəsdilər, gözlərini çıxardılar, dəvələri qarət edib apardılar. İslamdan çıxmış bu adamlar peyğəmbərin göstərişi ilə həbs edildilər. Çobanların başına gətirdikləri onların öz başlarına gətirildi. Yuxarıdakı ayə nazil oldu.

◘Ayədəki cəzalar Allahın haqlarındandır, hökumət və ya xalq həmin günahı bağışlaya, hökmü dəyişə bilməz.1 “Əl-Mizan” təfsirində nəql olunur ki, dörd cəzadan birini seçmək imamın ixtiyarındadır. Hətta qətlə yetirilənin sahibləri bağışlasalar da, cəzalardan biri icra olunmalıdır.

◘“Cəza” sözü yetərli cəza və ya mükafat mənasını bildirir. Yəni nəzərdə tutulan dörd cəza ədalətli və kafidir.2

◘Cəmiyyətin islahında həm möizə-nəsihətə, həm də qəti rəftara (qılınca) ehtiyac var. (Əvvəlki ayə qatilə xəbərdarlıq edirdisə, bu ayə təcavüzkar və fəsadçıl fərdlərin cəzasını bəyan edir.)

◘Cəza ədalətlə müşayiət olunmalıdır. Fəsad və fəsad əhlinin xüsusiyyətləri fərqli olduğundan cəzalar da fərqlənir. Məsələn, fəsad faciə ilə nəticələndikdə fəsad törədənin cəzası qətldir. Amma nəticə yüngül olduqda cəza sürgündür. Belə bir məna rəvayətlərdən əldə olunur. O cümlədən, qətlin cəzası edam, qorxutmağın cəzası sürgündür. Yol kəsmək və oğurluğun cəzası əl və ayağın kəsilməsi, qətl və silahlı yolkəsənliyin, oğurluğun cəzası əl-ayağın kəsilməsi, dara çəkilməsidir.3

◘İlahi hökmlər İslam hökumətində icra oluna bilər. Demək, din siyasətdən ayrı deyil.

İmama, müsəlmanların rəhbərinə, İslam hökumətinə qarşı çıxanlar Allahla döyüşə qalxanlar sayılır.4

◘“Bəqərə” surəsinin 279-cu ayəsinə əsasən sələmçi Allah və Onun rəsulu ilə döyüşə girişmiş hesab olunur. Çünki sələmçi iqtisadi durumda çaxnaşma salır. Rəvayətlərdə müsəlmanların alçaldılması Allahla döyüş kimi təqdim olunur.1



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə