Мөһсин Гәраәти



Yüklə 1,82 Mb.
səhifə12/76
tarix01.07.2018
ölçüsü1,82 Mb.
#52804
1   ...   8   9   10   11   12   13   14   15   ...   76

Nöqtələr


◘Habil dedi: «Mən səni öldürmək fikrində deyiləm. Qatilə təslimçilik təqvaya uyğun gəlmədiyindən müdafiəsiz də durmayacağam.»

Bildirişlər


1. Həsədçil insanla rəftarda aram danışaq və bu yolla həsəd alovunu söndürək.

2. Nəhy əz münkər yollarından biri budur ki, qarşı tərəfi hər hansı təcavüzün olmayacağından əmin edək.

3. Zəiflik səbəbindən yox, Allah qorxusu səbəbindən öldürməmək dəyərlidir.

4. Təqva və Allah qorxusu ən həssas məqamlarda günah və müxalifçiliyin qarşısının alınması amilidir.

5. Allahdan qorxu Onun hərtərəfli rübubiyyətinə iman təzahürlərindəndir.

6. Aləm ilahi rübubiyyətin izhar məhəllidir.


29. ﴿إِنِّي أُرِيدُ أَن تَبُوءَ بِإِثْمِي وَإِثْمِكَ فَتَكُونَ مِنْ أَصْحَابِ النَّارِ وَذَلِكَ جَزَاء الظَّالِمِينَ

Həqiqətən, mən istəyirəm ki, sən mənim günahım və öz günahınla (Allaha tərəf) qayıdasan və cəhənnəm əhlindən olasan. Və budur zalımların cəzası!»


30. ﴿فَطَوَّعَتْ لَهُ نَفْسُهُ قَتْلَ أَخِيهِ فَقَتَلَهُ فَأَصْبَحَ مِنَ الْخَاسِرِينَ

Nəfsi (həsəddən doğan vəsvəsələrlə) qardaşını qətlə yetirməyi onun üçün asan və ram etdi. Onu öldürdü, nəticədə ziyankarlardan oldu.”


Nöqtələr


◘İmam Baqir (ə) “fətəvvəət ləhu nəfsuhu” ayəsini oxuduqdan sonra buyurdu: “İblis Qabilə dedi: “Sənin qurbanlığın rədd, qardaşın Habilin qurbanlığı isə qəbul olundu. Əgər sağ qalsa, tarix boyu onun nəsli sənin nəslin qarşısında öyünəcək ki, atalarının qurbanlığı qəbul olunub. Yaxşısı budur ki, onu öldürəsən ki, nəslin zillət çəkməsin.”1

◘İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs bir mömini öldürsə, Allah öldürülənlərin bütün günahını qatilin hesabına yazar və öldürüləni günahdan pak edər.”2

◘Ayənin mənası bu deyil ki, günahların bağışlanması ümidi ilə insan zalımın qarşısında sussun.

◘Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir hədisdə oxuyuruq ki, hadisə Dəməşqdəki Qasiyun dağında baş vermişdir.3

◘İmam Səccad (ə) buyurmuşdur: “İblis qətl üsulunu Qabilə öyrətdi.”2

Bildirişlər


1. Öldürülənin günahları öldürənə keçir.

2. Döyüşdə zərərin məsuliyyəti döyüşə başlayanın öhdəsinə düşür.

3. Qardaş qətli cəhənnəmlik olmağa səbəbdir.

4. Məada etiqad yer üzündəki insanların ilkin əqidələrindəndir.

5. Qatil həm özünə, həm öldürdüyü şəxsə, həm öldürülənin ailəsinə, həm də cəmiyyətə zülm edir.

6. İnsanın nəfsi vəsvəsələr, təlqin və bəzək-düzəklə insanı aldadıb günaha çəkir.

7. Nəfs azğınlığı insandakı qardaşlıq hisslərini boğa bilər.

8. Pak insan fitrəti qətlilə uyğun deyil. Amma azğın nəfs bu işi gözəl göstərib, insanı qətlə sövq edir.

9. Bəşər tarixinin başlanğıcından haqla batil arasında döyüş olmuşdur.

10. Yer üzündə insan ölümü şəhadətlə başlamışdır.

11. Nəfs istəyinə tabeçilik zərərdir.

12. Qatil də daxilən vicdan əzabı çəkir. O, xalq tərəfindən məzəmmət olunur, qisas və ədalətdən yaxa qurtara bilmir, kam almaqdan məhrum qalır.

13. Müxalif üzərində qələbə bəzən başıucalıq gətirmir.
31. ﴿فَبَعَثَ اللّهُ غُرَابًا يَبْحَثُ فِي الأَرْضِ لِيُرِيَهُ كَيْفَ يُوَارِي سَوْءةَ أَخِيهِ قَالَ يَا وَيْلَتَا أَعَجَزْتُ أَنْ أَكُونَ مِثْلَ هَـذَا الْغُرَابِ فَأُوَارِيَ سَوْءةَ أَخِي فَأَصْبَحَ مِنَ النَّادِمِينَ

Allah bir qarğa göndərdi ki, yeri qazmaqla qardaşının cəsədini necə basdırmağı göstərsin. (Qabil) dedi: “Vay olsun mənə! Bu işdə bu qarğa qədər də olmaqda acizəm ki, qardaşımın cəsədini dəfn edəm! Nəhayət, o peşmançılardan oldu.”


Nöqtələr


◘Qabil qardaşını öldürdükdən sonra cəsədin ətrafına yırtıcıların toplaşdığını görüb, onu çiyninə götürdü. Amma bunun bir faydası olmadı. Yerində donub qalmış Qabil gördü ki, bir qarğa ölmüş başqa qarğanı basdırır. Qarğadan bu işi öyrənib öz qardaşının cəsədini dəfn etdi.

◘«Ğurab» dimdiyi və ayaqları qırmızı, qarğaya oxşar bir quşdur.3

◘İlk insanlar çox təcrübəsiz olmuşlar. Amma Allah-təala müxtəlif yollarla daim bəşəriyyətə lütf etmişdir.

◘İmam Səccad (ə) buyurmuşdur: “Allah iki qarğa göndərdi və qarğalardan biri o birini öldürdü. Sonra qatil qarğa dimdiyi ilə çala qazıb ölü qarğanı dəfn etdi.4

◘İmam Səccad (ə) buyurmuşdur: “Peşmançılıq doğuran günahlardan biri günahsız insanın qətlə yetirilməsidir.”1

Bildirişlər


1. Bəzən heyvanlar Allahın əmrini yerinə yetirir. Onlar ilahi göstəriş əsasında hərəkət edir və Allahın istədiyi yolla gedirlər.

2. Bəşəriyyət bir çox bilikləri heyvanların həyatından öyrənmişdir.

3. İnsan daim öyrənməlidir. Əsas məsələ öyrənməkdir, hətta heyvanlardan da olmuş olsa!

4. Allah bəzən insanı ilk baxışdan bacarıqsız görünən heyvan vasitəsi ilə öyrədir ki, qürrələnməsin və qarğadan da öyrənilməsi işlərin olduğunu anlasın.

5. Ölünün cəsədi torpaqda dəfn olunmalıdır. (Cəsədi saxlamaq, mumyalamaq, yandırmaq düzgün deyil.)

6. İnsanın ölüsünə də ehtiram lazımdır. Ölü insan qurd-quşa yem olmamalı, dəfn edilməlidir.

7. Peşmançılıq insan fitrətinin haqpərəstlik nişanəsidir.
32. ﴿مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا وَلَقَدْ جَاء تْهُمْ رُسُلُنَا بِالبَيِّنَاتِ ثُمَّ إِنَّ كَثِيرًا مِّنْهُم بَعْدَ ذَلِكَ فِي الأَرْضِ لَمُسْرِفُونَ

Bu səbəbdən Bəni-İsrail üçün yazdıq ki, qisas və ya yer üzündə fəsad cəzası olmadan bir insanı öldürən şəxs bütün xalqı öldürmüş kimidir. Hər kəs bir insanı diriltsə (ölümdən və ya azğınlıqdan qurtarsa), bütün xalqı diriltmiş kimidir. Əlbəttə, peyğəmbərlərimiz xalq üçün aşkar dəlillər gətirdilər. Amma (bununla belə) xalqın bir çoxu bundan (peyğəmbərlərin bildirişindən) sonra yer üzərində israfçı oldular.”



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə