Мөһсин Гәраәти



Yüklə 1,82 Mb.
səhifə15/76
tarix01.07.2018
ölçüsü1,82 Mb.
#52804
1   ...   11   12   13   14   15   16   17   18   ...   76

Bildirişlər


1. Oğru qadınla oğru kişinin cəzası eynidir.

2. Cəmiyyətin əmin-amanlığını qəti şəkildə qorumaq lazımdır.

3. Cərimə və ağır cəza oğurluğun qarşısını alan amillərdəndir.

4. İslamın cəza qanunlarında günahkarların tənbeh olunmasından əlavə başqalarının ibrət götürməsi də nəzərdə tutulur.

5. İlahi cəzaların icrasında mərhəmət hisslərinin təsiri altına düşmək olmaz.

6. Oğrunun əlinin kəsilməsi hakimin işi olsa da, Allah bütün möminlərə xitab edir. Bu xitabdan aydın olur ki, ilahi hədlərin icrası üçün zəmin hazırlığında onlar fəal olmalıdır.

7. Şəxsi mülkiyyət və ictimai əmin-amanlıq o qədər möhtərəmdir ki, ona xatir oğrunun əli kəsilməlidir.

8. Güc fəaliyyətləri hesablı olmalıdır.

9. Oğrunun əlinin kəsilməsi Allahın qüdrət cilvələrindəndir.
39. ﴿فَمَن تَابَ مِن بَعْدِ ظُلْمِهِ وَأَصْلَحَ فَإِنَّ اللّهَ يَتُوبُ عَلَيْهِ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ

Hər kəs öz zülmündən sonra tövbə etsə və (öz pisliklərini) islah etsə, şübhəsiz, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayan və mehribandır.”


Nöqtələr


◘İslamda cəza dəvət, tərbiyə və rəhmətlə yanaşıdır. Ötən ayədə oğrunun cəzası bəyan oldu. Burada bağışlayan Allahın dərgahına tövbəyə, çirkinliyin islahına dəvət olunur. Bu qayıdış ilahi lütfün nazil olması səbəbidir.

◘Əgər oğru həbs olunmamışdan qabaq tövbə etsə, oğuruladığı malı qaytarsa, həm dünyada, həm də axirətdə bağışlanar.3 Həbs olunduqdan sonra isə oğru cəzalandırılır və onun tövbəsi yalnız qiyamətdə təsirli olur.

◘Hədisdə deyilir: “Əli kəsilmiş bir oğru həzrət Peyğəmbərdən (s) soruşdu: “Mənin üçün tövbə yolu varmı?” Həzrət buyurdu:

“Bəli! Sən bu gün (cəzanı aldıqdan sonra) anadan doğulduğun gündə olduğun kimisən.”4


Bildirişlər


1. Xatakar insan üçün qayıdış və islah yolu həmişə açıqdır.

2. Tövbə təkcə daxili bir peşmançılıq deyil. Tövbə edərkən keçmişdəki günahları da yumaq lazımdır.

3. Əgər insan tövbə qılsa, Allah onun tövbəsini qəbul edər.

4. Oğurluq insanın özünə, cəmiyyətə zülm, ictimai asayişə təcavüzdür.

5. Günahkarları Allahın yoluna çağırmaq və onlara ümid vermək lazımdır.
40. ﴿أَلَمْ تَعْلَمْ أَنَّ اللّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ يُعَذِّبُ مَن يَشَاء وَيَغْفِرُ لِمَن يَشَاء وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

Yoxsa bilmirdin ki, göylərin və yerin hakimiyyəti yalnız Allahındır? O, istədiyini (hikmət əsasında) cəzalandırır, istədiyini bağışlayır. Allah hər şeyə qadirdir. (Günahkara əzab verir, tövbəkarı bağışlayır.)”


Bildirişlər


1. Varlıq aləminə hakim olan kəsin bu qanunları nizamlamaq haqqı var.

2. Günahkarlar bilsinlər ki, qaçmağa yol yoxdur və Allaha doğru dönəsidirlər.

3. Bəndələrin tövbəsinə Allahın ehtiyacı yoxdur. Çünki bütün varlıq aləmi Onundur.

4. İnsan ümid və qorxu arası bir halda olmalıdır.

5. Bağışlama və əzab hər ikisi ilahi qüdrət nümunəsidir.
41. ﴿يَا أَيُّهَا الرَّسُولُ لاَ يَحْزُنكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ مِنَ الَّذِينَ قَالُواْ آمَنَّا بِأَفْوَاهِهِمْ وَلَمْ تُؤْمِن قُلُوبُهُمْ وَمِنَ الَّذِينَ هادُواْ سَمَّاعُونَ لِلْكَذِبِ سَمَّاعُونَ لِقَوْمٍ آخَرِينَ لَمْ يَأْتُوكَ يُحَرِّفُونَ الْكَلِمَ مِن بَعْدِ مَوَاضِعِهِ يَقُولُونَ إِنْ أُوتِيتُمْ هَـذَا فَخُذُوهُ وَإِن لَّمْ تُؤْتَوْهُ فَاحْذَرُواْ وَمَن يُرِدِ اللّهُ فِتْنَتَهُ فَلَن تَمْلِكَ لَهُ مِنَ اللّهِ شَيْئًا أُوْلَـئِكَ الَّذِينَ لَمْ يُرِدِ اللّهُ أَن يُطَهِّرَ قُلُوبَهُمْ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ وَلَهُمْ فِي الآخِرَةِ عَذَابٌ عَظِيمٌ

Ey peyğəmbər! Küfrə tələsən kəslər səni qəmləndirməsin. (İstər) dildə “iman gətirmişik” deyib qəlbdə iman gətirməyən dəstə olsun, (istər) yalan qurmaq üçün sənin sözünə diqqətlə qulaq asan yəhudilər olsun ki, başqa bir qövm üçün sənin yanına gəlib sözlərinə qulaq asırlar. Onlar kəlmələrin yerini dəyişir və deyirlər: “Əgər bu mətləb sizə verilmişsə, alın və qəbul edin. Əgər sizə verilməmişsə, uzaqlaşın. (Ey peyğəmbər,) Allah kimi istəsə sınağa çəkər, rüsvay edər. Sən heç vaxt Allahın qəhri qarşısında həmin şəxs üçün bir şey edə bilməzsən. Onlar həmin kəslərdir ki, Allah qəlblərini pak etmək istəməmişdir. Onlar üçün dünyada zillət və xarlıq, axirətdə böyük əzab var.”


Nöqtələr


◘Ayədən məlum olur ki, yəhudi alimləri bir qrup yəhudi və münafiqi İslam peyğəmbərinin yanına göndərib özləri həzrətlə üzbəüz gəlmək istəmirdilər. Onlar qorxurdular ki, İslamın göstərişləri onların Tövratda təhrif etdikləri göstərişlərə uyğun olsun. Onlar göndərdikləri adamlara tapşırırdılar ki, əgər İslam Peyğəmbərinin (s) sözləri bizim sözlərimizlə üst-üstə düşsə, qəbul edin, üst-üstə düşməsə rədd edin. Münafiqlər həzrət peyğəmbərin yanına gəlib ona diqqətlə qulaq asırlar ki, ona qarşı daha inandırıcı yalan və şayiə qoşa bilsinlər.

Bildirişlər


1. Peyğəmbərlər günahkarlara can yandırmışlar.

2. Küfrün meydanı var və bu meydanda bir dəstə sürətlə irəli gedib öz küfrünü artırır.

3. Düşmənlər küfr və nifaqa tələsirlər. Bəs nə üçün müsəlmanlar haqq yolda süstlük göstərməlidir?!

4. Nifaq küfrün artması səbəbidir.

5. Dildə izhar yox, qəlbdə qəbul imanın təsdiqidir.

6. Qəlbə hopmuş iman dəyərlidir.

7. Qəlb imanın mərkəzidir.

8. Münafiqlər və yəhudilər çiyin-çiyinə eyni bir hədəfi izləyirlər.

9. Dinləmək yox, dinləməyin səbəbi mühümdür.

10. Kafirlərin müsəlmanlar arasında casusları var. Din təbliğatçıları dinləyicilər arasında belələrinin olduğunu unutmamalıdırlar.

11. Təhrif yəhudilərin özünəməxsus xəyanətidir.

12. Təqvasız halda məlumat ötürülməsi ilə məşğul olmaq təhlükəli peşədir.

13. Səmavi kəlmələrin hər birinin öz xüsusi yeri var.

14. İlahi hökmlər bizim arzularımız əsasında tənzimlənmir. Biz Allahın əmrlərinə təslim olmalıyıq. (Ayə öz könül istəklərinə uyğun müctəhid, alim, hakim, qanun axtarışını qadağan edir.)

15. Günah insanın hidayət ləyaqətini onun əlindən alır.

16. Münafiqlər peyğəmbər şəfaətindən məhrumdurlar.

17. Hətta peyğəmbərlərin də inadkar və həvəsbaz təəssübkeşlərə qarşı kəsərli silahı yoxdur.

18. İlahi əzab insanın pis rəftarının ardınca nazil olur.

19. Daşlaşmış və inadkar qəlb ilahi lütfə çatmaqdan məhrumdur.

20. Axirət əzabının müqabilində dünya əzabı bir şey deyil.

21. Münafiqlərin həm dünyada bədbəxtçilikləri var, həm də qiyamətin böyük əzabı onların intizarındadır.
42. ﴿سَمَّاعُونَ لِلْكَذِبِ أَكَّالُونَ لِلسُّحْتِ فَإِن جَآؤُوكَ فَاحْكُم بَيْنَهُم أَوْ أَعْرِضْ عَنْهُمْ وَإِن تُعْرِضْ عَنْهُمْ فَلَن يَضُرُّوكَ شَيْئًا وَإِنْ حَكَمْتَ فَاحْكُم بَيْنَهُمْ بِالْقِسْطِ إِنَّ اللّهَ يُحِبُّ الْمُقْسِطِينَ

Onlar yalan qoşmaq üçün diqqətlə dinləyirlər və daim haram mal (rüşvət və sələm) yeyirlər. Əgər (mühakimə üçün) sənin yanına gəlsələr, ya aralarında mühakimə et, ya da onlardan üz döndər. Əgər onlardan üz döndərsən heç vaxt sənə bir zərər yetirməyəcəklər. Əgər hakimlik etsən, aralarında ədalətlə mühakimə apar. Həqiqətən, Allah ədalət sahiblərini dost tutur.”



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə